1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir.
Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışlar.
Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır.
Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda «Daşnaksütyun» partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir.
Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllərə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir.
Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır:
«Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər.
Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır.
Ermənilər uşaqlara...
XX əsrdə ikinci dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü və hətda bütün bəşəriyyəti təhlükə altına aldı.
Ikinci vətən müharıbəsi illərində azərbaycan xalqı həm cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişlər. Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstələri təşkil olundu. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycan oğlan və qızları cəbhəyə yollanırdılar. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçdilər. 130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər, 30 nəfəri Şərəf ordeni ilə təltif olundular. 170 min azərbaycan əskər və zabitçilər SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. Iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan ...
Hazırda Ermənistan ərazisi adlandırılan lakin əslən qədim Azərbaycan torpaqlarından departasiya edilmiş həmvətənlilərimiz daim vətən həsrəti ilə yaşayırlar.
Doğma yurd-yuvalarından didərgin düşmüş bu insanlar həmin yerlərin unudulmaması və gələcək nəslə tanıdılması üçün təbliğat işləri aparırlar.
Əslən Qərbi Azərbaycanın Əldərə kəndindən olan bu sahadə öz imkanları daxilində bir sıra tədbirlər görürür.
Sənəti fotoqraf olan Məmmədxan Əldərəli Qərbi Azərbaycanda çəkdiyi bütün şəkilləri bir yerə yiğaraq, onlardan fim hazırlayıb və bütün həmkəndlilərinə paylayıb.
Bununla da kifayətlənməyən Əldərəli Azərbaycan həqiqtlərini...