Əldərə və yaxud Əli damı kimi tanınan bu qədim azərbaycanlı kəndi Mehri şəhərindən
12 km cənub-şərqdə Araz çayının sol sahilində, Bakı-İrəvan dəmir yolundan 3 km şimalda yerləşir. Iki tərəfdən hündür Horal və Müşkastın dağları ilə əhatə olunur, ətrafı başdan-başa meyvə bağları ilə bürünmüşdür. Əldərə kəndinin adına XIV-XV əsrlərə aid mənbələrdə rast gəlinir və onun daxil olduğu Zəngəzur mahalının Hülakülər dövründə Naxçıvan tüməninə (vilayətinə) daxil olduğu göstərilir. Zəngəzur mahalı XV əsrdə Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin tərkibində olmuşdur. 1501-ci ildən 1736-cı ilədək bu mahal Azərbaycan Səfəvilər dövlətinin hərbi-strateji əhəmiyyət kəsb edən ərazisi olmuşdur. XVII əsrin II yarısında Zəngəzur ərazisi Naxçıvan, Qaradağ və Qarabağ xanlıqlarının tərkibində olmuşdur. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri İran və Çar Rusiyası arasında imzalandıqdan sonra Araz çayı sərhəd seçildiyi üçün Əldərə kəndi Zəngəzur mahalının son sərhəd kəndlərindən biri kimi Rusiyanın tərkibinə daxil edilmişdir. Mahalın qədim kəndlərindən biri olan Əldərədə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1914-cü ildə 1987 nəfər yaşamışdır. Rayonun ən iri kəndlərindən biri olan bu kənd də cəllad Andranikin qəzəbinə düçar oldu. Zəngəzur qəzası rəisinin Gəncə qubernatoruna 15 dekabr 1918-ci il 745 nömrəli raporunda Əldərə kəndinin dağıdılması belə təsvir edilir. “Qonşu kəndin erməniləri müsəlman kəndləri olan Əldərə, Mirzəcat və Tuğut kəndlərini dağıtmış və yandırmışlar”(Azərbaycan SSR EA Xəbərləri, №4, 1989, s.88). Beləliklə, 2000 nəfərə yaxın əhalisi olan kənd dağıdılıb yandırıldı və əhalisinin salamat qalan hissəsi...
Nərminə xanımın göndərdiyi 14 şəkil
Əli Əliyevin göndərdiyi 10 şəkil
Aldərə Bulaq verlişində
Qarış-qarış Aldərəni gəzib, o illərə qayıdacaqsınız.
(Şəkillər əsasında hazırlanmış Video)
30 il Vətən həsrətində
1988 - ci il noyabr ayının 25 - də Aldərəni sonuncu sakinlər məcburən tərk etdilər. Vətən düşmən işğalında qaldı. 30 ildir kəndimiz öz sakinlərinin yolunu həsrətlə gözləyir.
Bu həsrətə tezliklə son qoyulmalıdır ! ! !
Aldərə kəndinin canlı görüntülərini görmək istəyirsinizsə buraya daxil olun.