Reklam



ALDƏRƏ Sənədli povest (ixtisarla) 2-ci hissə
2-ci hissə

Rus dilini mükəmməl bilməsindən, bu dildə maşinistlərə dərs deməsindən söhbət açdı. Həzrətqulu əmi kəndimizin keçmişindən danışanda Sərməstbəyovları tərifləyir, rəhmət verər, bu barədə heç yerdə danışmamağa bizə - uşaqlara bərk-bərk tapşırardı, mən indi başa düşürəm ki, o əllinci, altmışıncı illərdə belə onun ürəyindən otuzuncu illərin vahiniəsi üzülməmişdi. Rəhmətlik Xəlil Rza demişkən, elə bilirdi ki,”... davam edir otuz yeddi”. Mən ondan öyrənmişdim ki, kəndimizdə - mahalda ilk rus-tatar məktəbinin yaradıcısı Həsənqulu bəy olub. Həsənqulu bəy ki, nəslinin sonuncu nümayəndəsinə qədər rəqib olundu və Almas İldırımın "sərsəm gediş" adlandırdığı so-vet hökuməti onun nəslini kəsdi. Şuşa qalasından qatırlara parta yüklətdirib gətirən, evlərindən birini məktəbə verən, müəllimlərin məişət qayğı-sına qalan adama “xalq düşməni” etiketi asıb arxivə göndərdilər. Anamın atasıgil dörd qardaş olublar. Səfər, Təxfur, Atlıxan, Ağalar. Xanım adlı bir bacıları da olub. Təxfur əmi pəhlivan olub, gəncliyində Bakı neft mədənlərində fəhləlik edib: Təxfur eminln bacanağı olan doğma əmim, müəllimim, himayədarım öz insanlığı ilə hamıya nümunə olan əməkdar müəllim Həsənqulu Hacıyev deyirdi: — Bizim yataqxanamızla qonşuluqda yerləşən iranlılar arasında həmişə mübarizə, daha doğrusu, yarış keçirilərdi. İranlılar şərt kəsmişdilər ki, ya bizim gülləşçimizin qabağına güləşçi çrxarın, ya da seçmə bir erkək alın verin. Biz şərtə əməl edirdik ki, güləşçimiz olmadığına görə hər bayramda bir erkək alıb onlara verirdik ki. Təxfur Bakıya gələndən sonra bu barədə söhbət apanrdıq. Pul toplamaq istəyəndə Təxfur nə üçün pul topladığımızı soruşdu, səbəbini açıqlayanda özöndən çıxdı: — Hər kəsdi gəlsin mənimlə güləşsin, yıxa bilsə, erkəyi öz pulumla alıb ona verərəm! - dedi. Mən söhbəti Fərrux bəyə çatdıranda Fərrux bəy: —Təxfur həmin adamı tanımır, tanısa elə söz deməz, - dedi. Mən çox azman olan həmin adamı Təxfura göstərdim. Qorxub geri çəkiləcəyini düşündüm, amma Təxfur nə desə yaxşıdır. —Lap iki bu boyda olsun, nə vaxt istəyir gəlsin güləşək! Bəli, Qurban bayramına bir həftə qalanda qonşularımızdan nümayəndə gəldi. “Erkəyi almağa hazırlaşmısınızmı?” - deyə soruşdu. Mən “Güləşən tapmışıq, güləşəcək. Yıxılsa, erkəyinizi alıb verəcəyik, arxayın olun”. Otuzuncu illəri xatırlayan aldərəlilərdən dönə-dönə eşitmişəm ki, Saakyan familyalı bir mayor vardı, hansı gün kəndimizə gəlsə, həmin gecə kənddən iki-üç nəfər tutular, onları bir daha görən olmazdı. Kəndimiz sərhəd zonasında yerləşdiyi üçün kənd əhlindən bəzilərini, xüsusilə dəmiryolçuları səfərbər edib İrana göndərir, müəyyən müddətdən sonra öldürürdülər. Kəndimizin belə “qurbanlarından” Əhmədəlini, yuxarıda pəhlivanlığından söhbət açdığım Təxfur əmini, Musanı və başqalarını göstərmək olar. Belə naqəlif “qurbanlara” Araz boyunda yerləşən bütün kəndlərdə rast gəlmək olardı. Kəndimizdən Gəncəyə köçmüş adamlardan biri də Bəylər bəyin oğlu Bahadır bəy olub. Neçə il Kirovabad şəhəri Stalin rayon partiya komitəsinin birinci katibi vəzifəsində işləmişdir. Səhv etmirəmsə, təqaüdə çıxana qədər də həmin vəzifədən uzaqlaşmadı. Yaxşı tanımasam da, savadlı, ziyalı övladları olduğunu eşitmişəm. Hal-hazırda sanballı postlar tutduqlarını söyləyirlər. Sənin atana lənət! - deyə Abdun əmi dilləndi. — Mən deyirəm yalançının atasına lənət! - deyə Bəxtiyar əmi dillənəndə Abdun əmi: — Dedim ki, sənin atana lənət! - deyə Abdun əmi qətiyyətlə səsləndi, Bəxtiyar əmi susmalı oldu. Abdun əminin iti ölür, itin öldüyünü eşidən bir neçə nəfər Abdun əmiyə başsağlığı verməyə gedirlər. Abdun əmi cavabında: — Rəhmətliyin dostlarını görəndə elə zənn edirəm ki, itin özünü gorürəm, sağ olun, sizin kimi dostları varsa, itim ölməyib! - deyir. Televizor kəndimizdə göstərməyəndə, söz-söhbət gedir ki, pul yığıb bəzi avadanlıqlar almaq lazım-dır. Abdun əmi deyir: — Neçə manat lazırridır verək, qoy kəndimizdə verilişlər getsin! — Abdun əmi, Bakını göstərməyəcək e, irəvanı göstərəcək. — Mənə Vazgenin şəkli lazım deyil! - deyə Abdun əmi öz fikrini bildirir. Abdun əmi yaxşı bağban kimi də şöhrət tapmışdı. Bağında, bağçasında becərdiyi meyvələr hamını heyrətə salardı. Bir dəfə foto şəklini çəkdiyim üçün mənə pay göndərmişdi. Noyabr ayında ağacdan əsl şaftalı dərib cəvərəyə yığmışdı, onun ətrini, dadını heç vaxt, heç yanda hiss etməmişdim. Abdun əmiyla görüşəndə pay üçün təşəkkür etdim və soruşdum: — Payız hülüsü çox gözəl idi, heyf ki, mənim bağımda ondan yoxdu. — Peyvənd etməyə nə var ki, bacarmırsansa mən eləyib verərəm. Həm də əslində hülü payızda olur, yazda, yayda olanlar bic törəməiərdir. Sənə verdiyim nastoyaşi hülüdü. (Abdun əmi rusca sözlər işlətməkdən xoşlanırdı). Elmi ədəbiyyatda “ay Aldərə” adlanan xüsusi üzüm növünü becərməkdə də Abdun əmiyə heç kəs çatmazdı. Həmin üzüm növü payızın sonunda yetişir, görünüşü, tamı ilə diqqət cəlb edir, necə deyərlər əsl bazar malıdır. Kəndimizə həmin üzümdən almağa gələn bir nəfər alverçi Abdun əmini tapır: — Səndə “ağ Aldərə” varmı? — Nə qədər istəsən! — Mənə üç yüz kilo lazımdır! — Lap beş yüz kilo lazım olsun! — Amma mən kiçik tərəzidə çəkib alacam. — Qarnıvın dərdini bilirəm, beş-on kilo artıq verərəm! — Mənə artıq lazım deyil, kiçik tərəzidə çəkib alacam! —Uzatma, heç satmerəm! - deyib Abdun əmi dönüb getdi. Oğlan onun ardınca getmək istəyəndə dedim: —Nahaq yerə zəhmət çəkmə, bütün dünyanı ona verəsən, fikrindən dönən deyil, onu nahaq hirsləndirdin! Abdun emi bürokrat dövlət qulluqçularını sevməzdi. Yeri gəldikcə oniarın cavabını verər, pərt etməkdən ləzzət çəkərdi. Çox vaxt kənd sovetinin katibi erməni olardı, ona görə ki, sovetliklə yarışmalar erməni dilində aparılırdı. Gevorkyan Qurqen katib idi. Abdun əmiyə nəsə tapşınr, uşağın da tapşırığını yerinə yetirən Abdun əmi onun sözünə məhəl qoymur. Qurqen hirslənərək: — Sənin üçün uşağam bəyəm, nə haqla mənim tapşırığıma əməl etmirsən, işdən çıxmaqmı istəyirsən?! — Podumayeş, ti bolşaya şişka, bundan sonra nə desən də yerinə yetirməyəcəm. Əlindən gələni də iki boşqaba çək. Mənə maaşı kolxoz verir, sovetlikyox. Abdun əminin uzunqulağı ölür, palanını çıxarıb taxta hasarın üstünə qoyur. Gəlib-gedənlərdən hər kəs birsözdeyir. Bir gün Mürid əmi soruşur: —Abdun əmioğlu, palanı saxlamaqda yəqin təzə eşşək almaq istəyirsən, eləmi? — Yox, təzədən eşşək aldım. Kim işlədəcək? Qocalmışam, nə oduna gedənəm, nə də ota. — Onda palanını nəyə saxlayırsa, yadigardı? — Yox yadigar deyil, vəsiyyəti var, əməl etməliyəm. — Eşşək də vəsiyyət edir? — Necə olur, it moliaya əlli qoyun vəsiyyət edir, mənim eşşəyim vəsiyyət edə bilmir? — Eşşəyin nə vəsiyyət edib? —Vəsiyyət edib ki, palanımı Qurgenə verərsiz. Ona görə də saxlamışam, Qurgenin ad günündə çatdıracağam. Abdun əmi haqda bütöv bir kitablıq söz Oktyabrda vardı. Ney-nim ki, rəhmətə gedib bildiklərini də özüylə aparıb. Abdun əmiylə Oktyabrın bir oxşarlıqları vardı. Heç biri yaylağa getməzdi. Yayı kənddə keçirərdilər. Ona görə də Oktyabr onun haqqında bizim hamımızdan çox bilirdi. Bir dəfə necə oldusa Oktyabrdan soruşdum: — Yaylağa getmirsən? Cavab dərhal gəldi: — Yaylağa əzizlərin getsin! Abdun əmi yay aylarında mirab (suvarma suyunu nizamlayan) dərdi, eyni zamanda kəndə, kəndlilərin həyət bacalarına da nəzər yetirərdi. Bir dəfə rayondan kəndimizə göndərilmiş təhkimçi İşxan Manuçaryan Abdun əmidən soruşur: — Niyə yaylağa ot biçməyə getməmisən?! — Mən mirovam, (mirab) həm də kəndə nəzarət etmək mənə tapşırılıb, qoyub yaylağa gedə bilmərəm! — Get yaylağa, köpək oğlu, ot biçmək lazımdır. — Mənə “köpəkoğlu” deyirsən? Bu saat Stalin yoldaşa teleqram vuracağam. Qorxuya düşən Manuçaryan kənarda əyləşmiş Məşədi Ağayar kişidən soruşur: — Ay ağsaqqal, mən ona söydüm? — Nə söydün, “köpəkoğlu” dedin! Abdun əmi qardaşı oğlu, məktəbli Muxtarı yanına çağırdı: —Muxtar, bala, yaz, yaz ki, Stalin yoldaş, sənin kommunistlərin kəndliləri, sıravi kolxozçuları söyüllər, durduğu yerdə “köpəkoğlu” deyillər. Əl-ayağa düşən Manuçaryan Cəbrayıl müəllimdən xahiş edir ki, Abdun əmini teleqramma vurmaqdan çəkindirsin. Çətinliklə də olsa Abdun əmi sakitləşir, ancaq sözünü də deyir: —Qurban olasan Cəbrayıl müəllimə, yoxsa başıva ip salıb Moskvadan belə sürüyəcəkdim. Mən sənin dədən kimi ikiüzlü dəyyuslardan deyiləm, dünənəcən keşişlikedirdi, indi dönüb kommunist olub. urumsaq, mənə “köpəkoğlu” deməyinə bax bunun. İşxan bu sözlərin qabağında ağzını da açmadı, məsələni tündləşdirib məcradan çıxaracağından qorxdu, Abdun əminin qətiyyəti mənə ləzzət verdi, ömrünün sonuna qədər onu belə də gördüm. Abdun əmi qoyunçuluqla da məşğul olardı, həm də onun qoyunları təmiz, gümrah olardı, çox zaman erkək bir quzunu, toğlunu yanınca gəzdirər, altından keçdiyi ağacdan yarpaq qoparıb ona verər, bəzən quzuya qənd, konfet yedizdirər, boynundan zınqırov asar, tez-tez alnını qaşıyardı. Quzu bu təmasdan o dərəcədə xoşlanardı ki, Abdun əmi adamlar arasında olanda da özünü o yerə verərdi. Abdun əmi quzularını çox vaxt Sənənbər dərəsi deyilən dərəyə ötürər. Axşam da quzular qayıdıb tövlənin qarşısında dayanar, Abdun əminin yolunu gözləyirdilər. Abdun əmi gəlib içəri qatar, sonra işinin ardınca gedərdi. Bir gün gəlib quzuları yerində görmür, soraqlaşa-soraqlaşa gedib Kar daşdan tapır, qarşısına çıxan Oruc əmi. — Axı sənin quzuların bu tərəf-lərə gəlməzdi, indi necə olub? — Ayə, bu Cəmil müəllimin üç-dörd bitərbiyə quzusu var, mənim quzularımı da yoldan çıxarıb Kar daşa aparıblar. Sonra kənddə aforizm yarandı, bitərbiyə quzu, “bi-tərbiyə inək”, “bitərbiyə keçi” və s. Bir də baxırdın kimsə zarafatla deyir: —Qonşu Musanı beş-on bitərbiyə toyuğu var, nə əkirsən, hamısını dimdikləyir. Kəndimizdən İrana da qaçanlar, orada məskunlaşanlar olub. Sovet hakimiyyətinin ilk illərində mənhus ictimai quruluşdan yaxa qurtarmaq üçün qaçaniarla yanaşı, həm də qohumluq əlaqələrinə görə qaçanlar da olublar. Yuxarıda adlarını çəkdiyim Sərməsbəyovların bütün nəsli irana qaçıb. Anamin doğmaca əmisi oğlu Məhəmmədin qayınatası Ayaz, onun yaxın qohumları, Seyid Əbülqasım Nəbatinin doğulduğu Üçtibin qəsəbəsinə köçməyə məcbur olmuş aldərəli Əli bəy də belələrindən olmuşdur. Kəndimizin sevimli sakinlərindən olan Məşədi Orucqulu əmi şəxsən özümə danışıb: —Əli bəy Üçtibinli Tağı xanın qızına nişanlı idi. Tez-tez adaxlısıgilə gedib-gələrdi, Aldərə qabağından pələ ilə Arazı keçər, oradan da atlanıb Arazboyu yolla Üçtibinə gedərdi. Bir dəfə onu başa salırlar ki, əsl bəylərin yanınca onların adamı getməli, lazım gələndə tez atdan düşüb bəyin atının noxtasını saxlamalı, üzəngini basıb atdan düşürməlidir. Əli bəy də məni seçir ki, öz zirəkliyimi göstərəm, ilxısından da öz atına oxşar bir ağ at tutdurur mənim üçün. Bəli, Arazı adlayıb Üçtibinə gəldik, qəsəbənin meydanına yaxın yerdə mən atdan düşüb tez Əli bəyin atının başından tut-malı, atdan enməsinə köməklik göstərməliydim. Atdan yerə sıçramaq istəyəndə necə oldusa, ayağım üzəngidən çıxmadı. At hürkdü və məni sürüməyə başladı. Köməyə çatmaq istəyənlər atı hürkütdüklərinə görə mənim vəziyyətimi daha da çətinləşdirdilər. Gülməyini güclə saxlayan Əli bəy pələng çevikliyi ilə atdan yerə sıçradı, mənim mindiyim atı bircə anda saxladı və mənim ayağımı üzəngidən çıxardı. Ancaq mənim eşidə biləcəyim səslə: —Bərəkəllah, yaxşıca saxladın atımın başını! - dedi, - mən olmasam, at səni sürüyüb qanına qəltan edəcəkdi! Bəylik qanununa görə mən onun - atının başını tutmalı, onü hörmətə mindirməliydim. Ancaq yıxılmağım, onun igidliyini nümayiş etdirmək üçün şərait yaratmağım ona daha artıq şöhrət gətirdi. Əhvalat ətraf kəndlərə yayıldı, onun necə cəld olduğu haqda söz-söhbət bizdən qabaq gəlib Aldərəyə də çatdı. Kəndimizdən Gəncəyə üz tutan ailələrdən biri Əsgərov qardaşları - Əsgər, Kərim, Məmmədqulu, Nəcəfqulu olub - onlardan ikisi Əsgər və Məmmədqulu inşaat mütəxəssisləri idilər. Kərim hərbçi, Nəcəfqulu maşinist işləyirdi, indi hamısı (Məmmədqulu vəfat edib) təqaüdçüdürlər. Kəndimizdən Gəncəyə köçənlər arasında Məşədi Məhəmməd eminin iki oğlu da vardı - Alməmməd və Həsən qardaşları, kiçik qardaşları İman kənddə - ata mülkündə qalmışdı, özünə də bir “Moskviç-407” almışdı, kənddə soruşan olsaydı Lehvazlı Aslanı tanıyırsanmı? - Vay onda deyəydin -tanımıram. İman sözə qarışardı. — Niyə tanımırsan, dayısı oğlu Mürsəlin mənim “Moskviç”inin ağından vardı, bizim kəndə də gəlib. Hər kəlməbaşı "mənim Moskviçim" deyərdi, az qala adını “mənim Moskviçim” qoyacaqdılar. Sözünü demekdən çəkinməz, hər kəsin nöqsanını üzünə deyərdi, qohum olandan sonra Baxşıyev Yavər deyerdi: — Mənim partiyaya keçməyimə İman mane oldu, iclasda üzüm-yuxarı dedi ki, mən Məşədi Məhəmməd oğlu İman Yavər Baxşıyevin Sov.İKP sıralarına qəbul olunmasının əleyhinəyəm. İmanın bir çox xüsusiyyətləri irsi idi, - Məşədi Məhəmməd əmidən çatmışdı, amma Məşədi Məhəmməd əmi yaxşı rəqs edərdi, özü də tünd Tərəkəmə oynayardı, mən uşaq olanda başa düşmürdüm ki, nisbətən yeyin çalınan “Tərəkəmə” rəqsinə kəndimizdə “tünd Tərəkəmə” deyirlər. Heydərov İsrafil onun rəqs etməyini elə məharətlə yamsılayırdı ki, toylardan birində onu yamsılayanda çıxarıb üç manat verib İsrafilə. Kəndimizdə belə hallardan heç kəsin açığı gəlməzdi, hətta xoşlanardılar da. Bir dəfə uşaqlardan biri Cəbrayıl Məmmədpvu yamsılayanda: —Sağ ol qoçaq, mən sən göstərdiyin kimi oynayıramsa, yaxşı oynayıram, o gün olsun sənin toyunda oynayım - demişdi. Kəndimizdə iki Məşədi Məhəmməd olub, - yuxarıda haqqında söhbət açdığım Məşədi Məhəmməd mərzitli olub, İmanın atası isə “Həsənxanllı” tayfasından idi, böyük oğiu Alməmməd (kəndimizdə “Əlməmməd” deyirdilər) Gəncəyə köçəndə bənnalıq edərdi, sonra təhsil alıb inşaat mühəndisi oldu, öz kəndimizdən evlənmişdi, Qaranın, Əmirin bacısı Bəyimnazla. Ortancıl oğlu Həsən əvvəlcə maşinist oldu, sonra təqaüdə çıxıb mollalığa başladı, ammaəldəqayırma molla olmadı, İslamın bütün qaydalarına əməl edən, bilən, dediyini əsaslandırmağı bacaran molla oldu, özü də atasına o qədər oxşayır ki, eynidirlər, başqa söz tapmadım. Kəndin bütün toylarında, eləcə də yaslarında Məşədi Məhəmməd əmi aşbazlıq edir, hər kəsdən də əməyi müqabilində muzd almazdı. Bu işi təmənnasız yerinə yetirərdi, kəndimizdə toybaşıya, tamadaya hər kəs heç vaxt haqq verməzdi, heç kəs də bacardığını əsirgəməzdi, kimə nə tapşırsan, onu canbaş-la yerinə yetirərdi. Məşədi Məhəmməd əmi zvena sədri - yəni manqabaşçısı işləyirdi, əzablı iş idi, ən çətini isə onda idi ki, meyvə, xüsusən də üzüm becərilməsində çoxlu kimyəvi maddələrdən - məhlullardan istifadə edilirdi, bu işdə ən çətini kükürd vurmaq idi, çünki kükürd çox primitiv üsulla vurulurdu. Hətta kəndimizdə olmuş bir əhvalatdan hamı danışırdı, bu söhbət Bakıya və Gəncəyə də çatmışdı. Əhvalat belə baş vermişdi; qonşumuz Bəyimcan xala əri Əbdülhüseynə yemək aparır, yolunu Kəvşən kəhrizindən salır ki, saxsı kürəni sərin su ilə doldursun, kəhrizin başında Məşədi Orucqulu əmini gözləri qızarmış halda ağlayan görəndə (kükürd vurduğu üçün gözləri qızarmış, yaşla dolmuşdu) vahiməyə düşür, onun niyə ağladığını soruşur: Bəyimcan xalanın avamlığını yaxşı bilən Məşədi Orucqulu əmi: — Necə ağlamayım, Allah ruzu paylaya-paylaya gəlirmiş, elə gəlib Aldərəyə dönmək istəyəndə voyennilər (hərbçilər) tutub qaytarıblar. Bizə ruzu çatmayıb. — Niyə gedib Calala demirsiz getsin hökumətin əliynən buraxdır-sın! — Calala dedik, getmədi, deyir mən Allahın işinə qarışa bilmərəm. — Ağzı nədi getməsin, bu saat gedirəm Əbdülhüseyni göndərəm. Bəyimcan xala futbolçu - idman ustası, min doqquz yüz altmış altıncı ilin bürünc mükafatçısı Adil Babayevin atası Allahqulunun xalası idi. Adilin anası Nadejda milliyyətcə rus idi, kəndimizdə söhbət gedirdi ki, bir gün Bəyimcan xala Adildən soruşur: —Adil, bala, anan uruşdu, xalan da uruşdu? Bu söhbəti Adil gülə-gülə hamıya danışırdı. Bəyimcan xala özünü Əbdülhüseyn əmiyə çatdırır, yetən kimi: — A evin yıxılmasın, Allahı tutublar, sən də burda qurdalanırsan? — Yenə kim səni aldadıb, Allahı kim tuta bilər, Allahı kim görüb, harda görüb, yüz dəfə demişəm ki, səfeh olma! Yeri gəlmişkən, Əbdülhüseynin iki oğlu, bir qızı olub, qızı Çiçək xalanın iki oğlu olub - Allahverdi və Mərdəli. Allahverdi hədsiz dərəcədə fanatik olub, araq-çaxır içmək nədir, heç onların adlarmı da çəkməyi özünə rəva bilməyib. Kəndimizdəki dülgərlərdən biri mənə dedi ki, sənə bir söhbət edəcəyəm, amma mənim adım olmasın, mən də söz verdim, görürsünüz, heç adını da demirəm, dülgər söhbəti belə başladı; Allahverdiyə eyvan salırdım, səhər-səhər yaxşı bir toğlu kəsdi, basdırma düzəldib, kabab ehtiyatı hazırladı, günorta manqalı alovlandırdı, həyətdən pomidor-xiyar, reyhan dərib salat düzəltdi, baxdım ki, bircə araq çatmır, ona görə də işarə etdim: —Əmoğlu, yanında bir şey olacaq? Kinli-kinli mənə baxıb fısıldadı, sonra üzünü arvadı Sonaya çevirdi: — Ay qız, Suna (Sonaya “Suna” deyirdi) dur, get o zəhrimarı gətir! — Mən əlimi vurammaram, get özün gətir! — Sənə demirəm, bilirsən ki, mən ona əlimi vurmaram, tez ol! Bir də nə görsəm, Sona maşanı keçirib qrafinin boğazına, gətirir. Kabab hazır olanda armudu stəkanın yarısına qədər araq doldurdum, içib bir pomidor parçası götürdüm, iyləyəndə üzümü necə turşutdumsa, Allahverdi: — Bu zibili işmə də, bilmərəm bu zəhrimarda nə görmüsüz?! — Doğru deyirsən, gərək içməyəydim, içməmişdən zəhrimar elədin, içəndən sonra da zibilə çevirdin! Bir dəfə Allahverdigil (Allahverdi kənddə yaşayan qohum-qəbilənin ən yaşlısı idi, - dayısı Calaldan başqa) Bakıya gəlirdilər, qaynı-kolxoz sədri Hüseynqulu da gəlirdi, mən də kəndimizdən işlədiyim Mincivan qəsəbəsinə qayıdırdım, Hüseynqulu dedi ki, Mincivana qədər bizimlə get, çörək yeyərik, sonra düşüb eyə gedərsən, mən də onların vaqonuna mindim, həmin illərdə Mərdəli Ermənistan SSR Ali Sovetinin deputatı idi, xüsusi vaqona bilet alınmışdı. Bakıya aparılan çoxlu paylar vaqonun dəhlizində düzülmüşdü və darısqallıq daha da artmışdı, qatarla Bakıya gedən, bizdən əvvəl, Naxçıvanda, Culfada, Ordubaddamı qatara minmiş bir sərxoş sərnişin vaqondan keçəndə Allahverdinin ayağını tapdaladı və əlini sinəsinə qoyaraq qarşısında baş əydi: — Üzr istəyirəm! - deyib keçdi və dərhal da qayıtdı (çünki yataq vaqonu əvvəldən birinciydi, ondan əvvəl teplovoz qoşulmuşdu) yenə də Allahverdinin ayağını tapdaladı, yenə də əlini sinəsinə qoyub: — Üzr istəyirəm, çox-çox üzr istəyirəm! - dedi və nəfəsindən araq qoxusu hiss olundu, hövsələdən çıxmış Allahverdi: — Ədə, yeri get işinə, arağın iyisin (iyini) mənə vermə! - dedi və ikrahla üzünü yana çevirdi. Payları kupedə yerbəyər edəndən sonra rahatlanıb əyləşdik, süfrə açıldı, aldərəlinin payız süfrəsi. Hüseynqulu dedi: —Arağı çıxarın yüz qram içək, çörək yeyək! Allahverdi dərindən nəfəs aldı: —Hə siz də için, siz də üzr istəyin! Mərdəli səkkiz yaşında olarkən atası cəbhəyə getmiş, geri dönməmişdi, bir gün yanıma gəldi: — Sənə bir işim düşüb! — Mənim gözüm üstə, buyur, nə lazımsa edərəm. —Atamla mənim şəklimi bir yerə sal, böyüt! Mən şəkillərə baxdım, atası həmin şəkli iyirmi, iyirmi beş yaşlarında, Mərdəli isə mənə göstərdiyi şəklini ən azı otuz yaşı olanda çəkdirmişdi, mən başa saldım ki, şəkli böyütsəm də ikl bir-birinə bənzəyən tay-tuşun şəkli alınacaq, ata-bala şəklinə oxşamayacaq, heç olmasa sənin uşaqlıq şəklin olsa bir şey alınardı. —Deməli, mənə atamla olmaq nəsib olmadı, taleyim belə imiş, - dedi və doluxsundu. Hüseynqulu Mərdəlinin həm bibisioğlu, həm də qardaşı Aflahverdinin qaynı idi, kəndimizdə kolxoz sədri olduğu illərdə kənd əhlinə yaxşı şərait yaratmışdı, uşaq ikən “Bədəl əmi” nağılını tez-tez danışdığı üçün qonşuları Hüseyn Bağırov ona “Bədəl əmi” ləqəbi vermişdi, əvvəlcə Gəncə Kənd Təsərrüfatı texnikumunu bitirdi, sonra Kənd Təsərrüfatı İnstitutuna daxil oldu, mexanizasiya fakültəsini bitirdi. Adam yeri biləndi. Hüseynqulunun həm də yaxşı yumoru var, gənclik illərində etdiyi bir zarafatı sizə də çatdırmaq istəyirəm, təhsil illərində kimin harada yaşamasından asılı olmayaraq hamımız vağzalın yaxınlığındakı dəmiryolçular parkının qarşısında toplaşmalıydıq, həmin “obyektə” birinci gələn mən olardım. Bir gün yenə gəlib yaxınlaşanda Məhərrəmi tək gördüm: — Murad hanı? - deyə soruşdum. — Elə ona görə tez gəlmişəm də, səninlə məsləhətim var! — Eşidirəm, de görüm nə olub? — Bu gün dərsə də getməyib, bütün günü ağlayıb, nə qədər çalışsam da ovuda bilməmişəm, elə indi də ağlaya-ağlaya qoyub gəlmişəm. — Axı nə olub, nəyə görə ağlayır, nə üçün ağladığını demir? — Niyə demir, deyir, anası ərə getdiyinə görə ağlayır. — Mən hətta zarafata saldım, dedim, mənim anam ərə getsəydi, qol götürüb oynardım, gedək anavı boşat, mənim anamı ərə ver, sənə qonaqlıq verim, yenə də ağlayır. — Hardadır? —Harda olacaq, yataqxanada, heç yemək də yemədi, elə ağlayır ki, ağlayır. Mən Muradı qınamırdım, Murad körpə ikən atasız qalmışdı, atası da, anası da, qardaşı da, dayısı da, əmisi də anasıydı. Yadımdadır ki, onun Qırqovul adlı bacısı vardı, uşaq yaşlarında rəhmətə getdi. Himayəçisi, canıyananı dayısı idi ki, o da Gəncədə yaşayırdı, ona görə də anasına elə öyrəşmişdi ki, əsgərliyi bitirib kəndə gələndə Mincivanda məndən anasını soruşdu: “Əgər anam sağ deyilsə, mən kəndə getməyim, anamsız mənim öçün dünyamn mənası yoxdur”. Mən iki nömrəli dəmir-yol peşə məktəbinin yataqxanasından çıxıb birbaşa tramvay dayanacağına getdim, tramvaya minib şəhərə - Hüseynqulunun sərəncamına yollandım, tapıb əhvalatı danışdım, ca-vabında: —Ayə, mən zarafat etmişəm, nə bilim ağlayacaq, pərt olacaq, yoxsa belə zarafat edərdimmi? —Mən qayıdıb zarafat etdiyini desəm də, mənə inanmayacaq, yaxşısı budur dur birlikdə gedək, yoxsa hövlündən partlayacaq. Hüseynqulu söz demədən mənimlə yataqxanaya gəldi. Güc-bəla ilə Muradı inandırdıq ki, zarafat eyləyib. Bu söhbəti uzun müddət Muradla zarafat elementinə çevirdik. Bəzən yaşımızın bu çağında belə yeri gələndə deyib gülürük, Murad da zarafatımızdan incimir. Digər tərəfdən Muradın xətrini ona görə çox istəyirəm ki, atama həmişə hörmət edib, xatirimdə insanlıq simvoluna çevrilmiş Həsən müəllimin yeganə dayısı oğlu idi. Murad kənddə “daş Murad” ləqəbilə tanınırdı, hətta bir dəfə ağır xəstə olanda ətrafa boylanıb demişdi: —Ayə, məndən narahat olmayın mən “daş Muradam”, adi Murad deyiləm. Hazırda yetmişi haqlasa da, əmək qabiliyyətini, gümrahlığını saxlayan kişilərdəndir. Hüseynqulunun böyük qardaşı İsmayıl idi, onun da çox incə yumoru vardı, heç nəyə ciddi yanaşmazdı. Hətta ali məktəbə imtahan verməli olanda institutun qarşısındakı çinarın dibində skamyanın üstündə uzanıb yatıb, imtahana getməyib, soruşan-da "neynim e, gördüm yuxum gəlir, yatdım, yoxsa sinfimizdəki beş nəfər riyaziyyatçıdan biri də o idi. O zaman bizə riyaziyyatı, fizikanı, hətta müəyyən müddət kimyanı da Həsən müəllim tədris edərdi. Özü də İsmayılı çox istəyərdi, onun məşəqqətlə böyüdüyünün şahidi idi. Yaxşı yadımdadır, bir dəfə dərsdən sonra məşğələmiz vardı, bir qədər tez gəldiyimiz üçün məktəbin yaxınlığındakı bağlardan yemlik, səbzə qırıb yedik. İsmayıl da hansısa otun oxşarını yeyib zəhərlənmişdi. Həsən müəllim necə çətinİiklə, eslinə qalsa məhəbbətlə özünə gətirdi. Aldərə kəndinin ən böyük komiklələrindən biri Əsədov Oktyabr idi. Yadımdadır ki, dayım Qasımxanla Oktyabr təxminən eyni vaxtda dünyalarını dəyişdilər və həmin vaxt qardaşım Şakir belə bir cümlə dedi: —Aldərə kəndinin incəsənətinə ağır itki üz verdi, özünün ən böyük komiklərini itirdi. (Bu doğrudan də belə idi, Oktyabr və Aydın qardaşdılar, Kərbəlayi Məhəmmədbağırın nəvələridirlər, atalan İbrahim Leninin şəkli olan qəzetə ət bükdüyü üçün həbs olunur. Ondan sonra daha necə olduğu bilinmir. Buna baxmayaraq, aşıqlar demişkən, “böyük Stalinin adı gələndə” Aydının ağzı qulağının dibinə çıxır. Yaxşı ki, Oktyabr onun insan cəlladı olduğunu yaxşı başa dü-şürdü və onu tərifləyənlər haqda klassik bir söz dedi. Oktyabrın başına gələnləri, onunla əlaqəli əhvalatları yazsan bütöv bir kitab olar, amma ondan söz düşmüşkən, bir neçəsini danışmaq istəyirəm. Oktyabra kəndimizdə Oktyabr deyirdilər, sonra “Oxdan” deməyə başladılar. Bir müddət Qafan molibden mədənlərində işlədi, sonra oradan qurtarıb (salamat qurtarıb) kəndə gəldi. Yaxşı dil öyrənmək qabiliyyəti olduğu üçün erməni dilini mükəmməl öyrənmişdi, elə həmin hesaba da bir neçə il sovetlikdə katib işlədi. Qafanda işlədiyi müddətdə partlayış texnikasını öyrənmişdi. Min doqquz yüz səksən səkkizinci ildə ermənilər bizi kənddən qovanda Oktyabr hər ehtimala qarşı bir-iki partlayıcı düzəldir və ehtiyatda saxlayır. Necə olursa milis xəbər tutur, partlayıcıları siniyə yığıb Mehriyə aparmaq üçün Oktyabra verir, dal oturacaqda əyləşdirirlər. Tanıyanlar yaxşı bilirlər ki, tunellərin qurtaracağında tikanlı məftillər lap yolun kənarında idi, Araza yaxın yerdə Oktyabr sini qarışıq partlayıcıları Araza atır, milis nə qədər yaxasını cırsa da: —Nə sini, nə partlayıcı? Mən nə sini görmüşəm, nə də partlayıcı, siz dediz otur maşına, rayona gedirik, mən də oturdum, - deyir. Əlacı kəsilmiş milis zabiti isə: —Düş, hansı cəhənnəmə gedir- sən get, yaxşıca bizə kələk gəldin! - deyir. —Mən heç vaxt heç kəsə kələk gəlməmişəm, kələk gəlmək fikrim də yoxdur. Bəlkə hansı maraqlı əhvalat, yaxud kəndimizin hansısa şəxsiyyəti yadımdan çıxıbsa, qoy həmyerlilərim yadıma salsınlar. Əhvalat, yaxud şəxsiyyət haqda gələcəkdə də yaza bilərəm. Ömür vəfa etsə, gələcəkdə buraxacağım “Aldərə” kitabına əlavə edərəm. Bircə arzum var. Aldərədə olmayan aldərəlilərə də onun özəlliklərini və gözəlliklərini çatdırmaq lazımdır. Qoy bilsinlər, sevsinlər və gələcəkdə oraya can atsınlar. Bütün Qərbi Azərbaycana, onun kiçik bir parçası oian Aidərəyə, əsl Azərbaycan torpaqları olan eüərə can atsınlar. Vaxtilə sığınacaq verdiyimiz ermənilər qanunsuz halda torpaq iddiasındadırlar. Biz niyə babalarımızın bizə pay qoyub getdiyi torpaqlardan imtina etməliyik, haqlı mübarizəyə başlamalıyıq. Bu yolda Allah bizə yar olsun! Bütün bu yazılarımdan sonra öz ocağımıza qayıtmaq, atamdan, ilk növbədə əmimdən təkcə öz kəndimizdə deyil, qonşu kəndlərdə də müdrik ağsaqqal kimi tanınan. Həsənqulu Hacıyevdən, onun yeganə oğlu Qiyasdan, kiçik qardaşı atamdan yüksək insani keyfiyyətlərilə seçilən bibim İzafadan, onun neçə övladlar böyüdüb tərbiyə etməsindən söhbət açacağam. Həm də əminəm ki, mənim söhbətlərimdən heç kəs narazı qalmayacaq. Ona görə yox ki, onlar haqda mən yazıram, ona görə ki, öz əməllərilə heç bir kəsin yaddaşında pis adam, pis işçi, pis qonşu və ya pis qohum kimi qalmamışlar. Hər bir kəsə bacardıqları yaxşılığı etmişlər. Yaxşılıq etməyə imkan olmadıqda, heç kəsə pislik də etməmişlər. Əmim Nüvədi, Lök kəndlərində, uzun illər öz doğma kəndimizdə - Aldərəda məktəb direktoru olmuş, necə deyərlər, insanlığın klassik kriteriyalarına əməl etmişdir. Aşıq Ələsgərin ustadnaməsində deyilən kimi, “dalısınca xoş sədalı olmuşdur. İki min beşinci ilin yayında Xanlar rayonunun Çaykənd kəndində istirahət edirdim. Altmış il əvvəl tanıdıcıım Löklü Seyfəllə görüşdüm. Kəndimizin dili ilə desək, mənə xəcalətlik verdi, yəni orada əzizləyib darıxmağa qoymadı. Evinə, bulaq başına qonaq apardı, dilinə gətirməsə də, mən başa düşdüm ki, bütün bu yaxınlıqlar mənə görə yox, nəcib insan kimi xatirələrdə yaşayan əmim Həsənqulu Hacıyevə görədir. Bəzən öz qohumlarımız belə əmimi aldatmağın asan olduğundan danışırlar. Amma unudurlar ki, heç vaxt dilinə yalan gəlməyən insanları aldatmaq asandır. Özü yalançı olan kəs, gördüyü həqiqətə də inanmaq istəmir. Əmimin bir xususiyyəti də təkcə bizim kənddə yox, bütün kəndlərdə nümunə göstərilirdi. Nənəm hər il Buğukara - pirə gedərdi. Əmimi raykomun bürosuna çağırıb danlayardıiar. Lakin azacıq da olsa, nənəmin xətrinə dəyməzdi. Büroda da demişdi: —Nə cəza istəyirsiniz verin! Mən anamın xətrinə dəyə bilmərəm. İnamını da dəyişə bilmərəm. Ağızlara düşən bu sözlərdi. Mənə gülməli görünən isə başqa cəhət idi. Nənəm əmimə vəziyyətdən çıxış yolu öyrədirdi: — Həsənqulu, deynə qatır tutmuşam. Üstünə döşək salıb anamı mindirmişəm, noxtasından yapışıb çəkə-çəkə pirə aparmışam. Neynim, özü qöşulub arvadlara, gedib mənim heç bir xəbərim olmayıb! — Deyəcəm, hamısını deyəcəm! — De, başına dönöm, de, nədən qorxursan? — Qorxmaq nədir, ay nənə, mən qorxağa oxşayıram? — Dayın Kərbəlayı Lətif təkbaşına bir erməni kəndinin qabağına durardı. Bir köpəkoğlu onun qorxusundan cınqırını çəkməzdi. Mütəllim dayın iki qazağı çaya basmışdı. Nənəmin qardaşları haqda söhbətləri tükənməzdi. Həm də böyük həvəsfə danışardı. Əmimin Qiyas adlı yeganə oğlu vardı. Orta məktəbi qızıl medalla bitirmişdi. Q vaxt qızıl medalla orta məktəb bitirənlər istədiyi ali məktəbə imtahansız qəbul edilirdilər. Qiyas isə özünə çətin ixtisas seçdi. İndiki Neft Akademiyasının “Neft və qaz zavodlarının mexaniki avadanlığı fakültəsi”nə daxil oldu. Mükəmməl təhsil aldı. Təyinatla Hövsan qəsəbəsiro - NORD Istehsalat birliyinə işə göndərildi. Bir defə Hövsan qəsəbəsində toyda olanda Çingiz adlı bir nəfərlə tanış oldum. O mənə dedi: —Bu qəsəbənin azərbaycanlılaşmasında ən böyük xidmət Qiyas müəllimə məxsusdur. O kadr işinə rəhbərlik etdiyi müddətdə bizim Neft Akademiyasının məzunlarına üstünlük verdi. Elə ona görə də qəsəbədə azərbaycanlıların sayı gün-gündən artmağa başlamışdı. Qiyas sənətini ürəkdən sevən, onu mükəmməl bilən mühəndis idi. Oğlanları Lətif və Natiq də Neft Akademiyasını bitirmiş və neft sahəsində də işləyirlər. Yeganə qızı, anasının adlısı Leyla babası kimi müəllimlik sənətini seçib, Atam Hacıyev Hacı gəncüyində tay-tuşları arasında ən çevik adam olub, yaxşı güləşmək bacarıb, qardaşlarından üçü - Mütəllim, Mübariz və Hafiz ona oxşamışlar. Güclü və çevik olduqları üçün bütün tay-tuşlarından fərqləniblər. Onların cəld, çevik oiouqiarından danışanda atam iftixarla deyərdi: —Xaliqim haqqı, özümə oxşayıblar, tay-tuşlarından bir nəfəri də biləyirndər. yapışa bilməzdi. Mənim və Şakirin dil pəhləvanı olduğumuzu, gücsüzlüyümüzü söyləyəndə isə deyərdi: —Dayılarına oxşayıblar! Atam şirin söhbətlərilə də məşhur idi. Söz üçün məəttəl qalmazdı. Cavabları da sərt olardı, illərlə ağızdan-ağıza gəzərdi. Bir dəfə bir nəfər atama deyir: —Sənə də hörmət ediblər, yolunu azma, gəl min belimə, gəl min belimə! Atam diqqətlə ona baxır və sakitcə: —Mən heç cavanlığımda uzunqulağa minməmişəm, qaldı ağsaqqal yaşımda minəm! And içirlər ki, həmin adam kənarda dayanıb söhbətə qulaq asanlara yalvarır ki, bu söhbəti heç yerdə danışmayın. Mən öz atama həsr etdiyim bir şeri də ondan razılığımı belə bildirmişəm: ... Onun təmiz adı, insaniyyəti Hər yerdə, hər zaman tutub əlimdən. Onun ünvanına el arasında, Rəhmət qazanmışam hər əməlimdən. Ömrü insanlıqla başa vuranlar, Övladına zəngin irs qoymuş olur. Elə razıyam ki, mən öz atamdan, Çünki ondan mənə təmiz ad qalır. Atamm kəndimizdə çoxlu dostları vardı. Amma onlardan iki nəfəri - Oruc əmi və Əsəd əmi (Allah hər ikisinə rəhmət eləsin) daha mehriban idilər. Günün əksər vaxtı atamla birlikdə olardılar. Atamla birlikdə əsgərlikdə, daha doğrusu, mübaribədə olmuş Baba əmi də atası çox istəyirdi. Həmişə atarnı tərifləyitdi: —Canın haqqı hansı ölkəyə gedirdik. Bir həftə ərzində Hacı oniarın düini öyrənirdi. Alman di-lini, italyan dilini təmiz bilir. Bu barədə atamdan soruşanda: —Heç Azərbaycan dilini təmiz bilmirəm. Mənasını bilmədiyim yüzlərlə söz var. Baba əmi çox şirin söhbət edər. Bəzən bir qədər gopçuluğa yol verərdi. Hətta kəndimizdə-yaylaqda belə bir söhbət baş verir. Mehdixan sürüyə qırx canavarın birdən hücum etdiyini deyəndə, mənim ədəbiyyat müəllimin Şirindil Qasımov dillənir: — Mehdixan, əmoğlu, gop deyəndə insafla de də. Qırx canavar bir yerə yığılmaz axı — Yaxşı eləyirəm gop deyirəm. Xalpğlun Baba gündə qırxın deyir, mən heç dillənmirəm. Xata oldu bir gor dedim. Bir dəfə qardaşım Şəkir, Baba əminin oğlu Famil həkimlə mübahisə edir ki, atan gopçudur. Famil də deyir ki, sənin atan da gopçudur. Mübahisə qızışır. Onlar üçüncü şəxsə - Mehdixana müraciət edirlər. Şakir ondan soruşur: —Əmoğlu, mənim atam gopçu olar, ya Baba əmi Mehdixan dərhal cavab verir: —Zavquna (zakona) qalsa, sənin atan! Amma Baba əmi gop deyir, savadi yoxdur, davamını düzəldə bilmir. Atan savadiıdır, arxasını düzəldə bilir. İnanan olmayanda bir “Xaliqim haqqı”" deyib hamını inandırır. (Bibim haqda yazdıqlarımı bu hissədə verin). Epiloq əvəzi Mən bu söhbətləri Aldərəni, onun özünəməxsus gözəlliklərini görənlər üçün söyləməmişəm. Orada qalan ata-baba məzarlarını yaddan çıxarmamaq, qanuni sahibi olduqları torpaqları dünya xristianlarınm gücü ilə ermənilərə bağışlamamaq vəzlfəsini öz öhdələrinə götürməli olan gənclər, yeniyetmələr, Aldərədən kənarda doğulmuşlar üçün yazmışam. Yuxarıda yazdıqlarımdan narazı olanlar varsa, öz narazılıqlarını mənə bildirmələrini xahlş cdirəm. Kimin haqqındasa yazmalı olduqlarımı yazmamı-şamsa, mənə demələrini xahiş edirəm, onların iradlarını məmnunluqla qəbul edər, ömür vəfa etsə “Aldərə” adlı kitabın nəşrində nəzərə alaram. Bir daha sizə üz tuturam, ey həmyerlilərim. Tənqidlərinizi, iradlarınızı məmnuniyyətlə qəbul etməyə hazıram. Öz köməkliyinizi məndən əsirgəməyin! Unutmayın ki, öz el-obasını ürəkdən sevən şəxs, ellərini sevməyə bilməz! İradlarınızı gözləyirəm. Bibim İzafa bəlkə də dünyada ən yaxşı bibi idi. Xüsusən də övlad tərbiyəsində. Üç oğlunun hamısına ali təhsil verdi (əri Məşədi Camal min doqquz yüz qırx birinci ildə müharibəyə getmiş, yeri dönməmişdir). Bibimin kiçik oğlu Sabir Hacıyev hal-hazırda Moskvada işləyir və nüfuzlu terapevt kimi tanınır. Böyük qardaş-lar Cəmil və Cabir Bakı şəhərində tanınan riyaziyyat müəllimləridir, dərslik və metodik vəsait müəllifləridirlər. Bir dəfə bir nəfər kəndlərinclə savadlı adamların çoxluğu üə öyünəndə: —Bizim kənddən altı nəfər həkim var, - dedi. Mən ona cavabverdim: —Mənim bibimin yeddi nəvəsi həkimdir! (Maşallah olsun!). Bibim kənddə ən ağır zəhmət tələb edən işlərdə işləmiş, ağıllı, savadlı övladlar tərbiyə etmişdir. Balalarına zəhməti sevməyi, zəhmətlə yaşamağı öyrətmişdir. Oğlanları Cəmil və Cabirin uşaq yaşlarında gördükləri işə, kəndimizin handa bir işgüzar adamı qibtə ilə baxardı. Kəndimizin Səkas adianan kövşənindəki üzüm bağlarına su arxı çəkmək üçün gördükləri işi ancaq ekskavatorla görmək olardı. Başqa yazılarımda da bibim və onun övladları haqda çox yazmışam. Yoxsa onun mehribanlıgından, qohum-canlığından, insanpərvərliyindən kitab bağlamaq olardı. SON
11 Aprel 2010
2161 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur