Reklam



Dəyər
Hacı Cəmşid

Hərdən ki, dağı aranı salıram yada,
Musiqi zövq verir yaşayıb yaradana.
Həmişə musiqidir çatan imdada,
Ağlayan üçün musiqi milyona dəyər.

İndi gəzib dolanıram, nə isə çatışmır,
Tez qocaldım yaşamaq canıma yatmır.
Yaş keçi, gün daralır, ömür qurtarır,
Musiqiyə qiymət min bir loğmana dəyər.

Deyirlər ki, səbr et, Allah kərimdir.
Doğrusu, mən səbr edirəm, ömür tükənir.
Yenə köhnə yaralarım qövr etməkdədir,
Əlacım musiqidir, o, min bir dərmana dəyər.

Çobanla Qala daşı bir birinə naz eylər,
Pagey başı ilə məktublaşıb, göz eylər.
Gah duman, çiskin, gah da ayz eylər,
Dağda əlik, kəklik səsi, bir ziyarətə dəyər.

Olsa əgər tarda Bəhramın məharəti,
Indiki varlılarda yoxdur Zeynalabdin səxavəti.
Dərd bilən. məclis əhlinin olsa xəbəri,
Ağabalanın "Zabul"u min aləmə dəyər.

Ağıllı hər zaman dərdliyə gülməz,
Həyatdır, buraxılan səhv geri dönməz.
Bizim dərdimizə başqa nəsil dözməz,
Cəmşidin muğamla dəfni, təxti Süleymana dəyər.
12 Aprel 2010
1763 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur