Hacı Cəmşid
Vaxtdır, daha heç kəsə minnət etmərəm.
Yaşın hökmüdür, istəmirəm övlada əzab verəm.
El dərdi çəkən olmuşam, indi fərsizəm,
Sizədir vəsiyyətim, əgər mən dünyamı dəyişsəm,
Qəbrimi qoymayın, qürbətdə qalsın,
Küsər Ağa nənəm,
Küsər Aldərəm.
Haçan darda olsanız, yuxuda harayınıza gələrəm,
Ölsəm haray salıb ağlamayın, inciyərəm.
Inanın o dünyada da haraya çatan Cəmşidəm,
Doyunca suyun içib, havasın udaram, vətəni görsəm,
Cənnəti-məkan olaram, qəbrim vətəndə olsa,
Mən Cəmşidi –Cəm təxtində olaram, vətəndə olsam.