Reklam



Yaylaq dərdi
Səfər Səfərov

İndi Xəllərgədə lalə qızarıb,
Xaş-xaş qalxıb yolu izi basırıb,
Qoşa palıd təklənibdir tək qalıb,
Yaylaq dərdi məni yaman sıxıbdır.

Çolan çayı laylasını bitirib,
Kəvən qalxıb cığırları itirib.
Digay-Dırbıstana xəbər göndərib,
Yaylaq dərdi məni yaman sıxıbdır.

Gəncəcürdə qındırçalar uzanıb,
Atanım yox kəkliklərim çoxalıb.
Əkənim yox zəmilərim boş qalıb,
Yaylaq dərdi məni yaman sıxıbdır.

Ho-ho deyib hodağımı sürən yox!
Davarım yox, pətəyim yox, balım yox!
Çoxdandır ki, Əbgasımdan xəbər yox.
Yaylaq dərdi məni yaman sıxıbdır.

Tasda almalığı çayır basıbdır.
Yenə piş-pişədə əliy azıbdır.
Barzuda canavar yasa batıbdır.
Yaylaq dərdi məni yaman sıxıbdır.

Əlvanada yalquzaqlar ulaşmır,
Arxaçlarda bulamalar bulanmır.
Kəkeyinə sarmaşıqlar dolanmır,
Yaylaq dərdi məni yaman sıxıbdır.

Qəcəldə keygidar dövr vuranda,
Çil madyan çəməndə şahə qalxanda,
Hər axşam obamı duman alardı,
Yaylaq dərdi məni yaman sıxıbdır.
12 Aprel 2010
1796 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur