Səfər Səfərov
Qazax diki göz yaşların hardadır?
Qala daşı borandadır qardadır.
Aldərənin igidləri hardadır?
Vətən dərdi məni yaman sıxıbdır.
Ağlama Kar daşım, qan qusar qəlbim,
Kəndimin çayına qarışmaq üçün,
Duz töküb öpərəm dağ ayrımından,
Yalvarıb kəndimlə barışmaq üçün.
İndi qərib eldə xəyala dalıb,
Sənli günlərimi yadıma salıb,
Hərdəndə bir gizli ağlayıb,
Sənli günlərimə qayıtmaq üçün.