Reklam



"Eylə" şeir (Nanə Yavərqızı)
Eylə
Nanə Yavərqızı
Vətən, məni al qoynuna,
Ocağında közün eylə.
Gün çırtanda səhərçağı,
Elə baxan gözün eylə.

Bulağından damla-damla,
Axıb gələn öz yoluyla,
Çaylarından hay-həşirlə,
Dolaylarda düzün eylə.

Haçaquyruq qayalarda,
Qaya üstü mamırında,
O tay, bu tay dağlarında,
Daşlarında izin eylə.

Daha açmır sünbüllərim,
Solub, gedib lalalarım,
Bircə sənsən varım, yoxum,
Çəmənlərdə gülün eylə.
19 Noyabr 2016
1480 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur