Mərziyit kəndinin tarixi haqqında əhvalat Həzrətqulu Əhmədov
Mərziyit kəndinin nə qədər qədim kənd olduğunu göstərən bir tarixi hadisəni yazıram:
1918-ci ilin yaz fəsli qeybəli adlı bir kişi oğlu ilə Mərziyit yaylağında cüt əkirmiş. Mənə danışdı ki, xış birdən daşa ilişdi və öküzlər xışı cəkə bilmədilər.Xışı geri dartdim ,torpagın altindan böyük bir yonulmuş daş çıxdı.Çox sevindik , fikirləşdik ki, yəqin bu daşın altından qiymətli bir şey çıxacaq. Daş çox böyük olduğu üçün tərpətmək olmazdı, ona görə də meşədən ağac qirib ling düzəltdim. Yer yamac idi, torpağı tulladiq, daşın alt tərəfini qazıb açdıq. Hər iki tərəfdən ağac lingi lingi salıb daşı aşırdıq. Daşın altından bir qəbir çıxdı. Oğlum qışqırıb məni qucaqladı: ay dədə gəl qaçaq mən qorxuram. Düzünü desəm mən öz oğlumdan da bərk qorxmuşdum. Bir az dayanıb özümüzü yığışdırdıq. Qəbirdə olan skelet indiki adamlardan azı-azı 3 dəfə böyük olardı, yanında böyük bir qılınc-şaşka var idi. Əlimi vuran kimi torpaq kimi ovxalanıb töküldü. Kim bilir neçə vaxtdi ki bu qılınc burada qalmişdir. Skeletin baş və saqqalının tükləri çürüməmişdi, rəngi də qap-qara idi.
Skeletin dabanından yuxarıda ayaqlarinda həlqəvari kəmənd var idi. Qollarında da həmin halqadan var idi. Böyük bir halqa də belində var idi. Bu halqalar kəməndlə kobud döyülmüşdü. Deyəsən çəkiclə döyülmüşdü. Yanında saxsı qablarda metal bəzək şeyləri var idi. O halqaları götürüb gətirdim kəndə. Onları Mirhaşım adında bir savadlı adama göstərdim və nə olduğunu soruşdum. O, qavara ilə onların bir-iki yerini sürtdü və dedi ki, heç bir şey deyil dəmirdi, buları ver mənə. Mən anladım ki, o yalan deyir, nə qədər dedisə vermədim. Əli boşa çıxandan sonra mənə dedi ki, düzünü bilmək istəyirsənsə bunlar təmiz qızıldı. Onları bərk saxla. Bizim kəndi ermənilər dağıdanda elə qaçdıq ki, var-yoxumuz da, o qızıl kəmərlər də kənddə qaldı.
Bu tapintılardan ğörünür ki, Mərziyit kəndi o dairədə olan kəndlərin hamısından qədim olub.