Vərtənəzirə yığılanların vəziyyəti Həzrətqulu Əhmədov
Hamısı bir səslə Əldərəyə getməyi məsləhət bilib, dərhal yola düşməyi qərara alırlar. Bütün şiə müsəlmanlarının başına bəla olan bu seyidlər yenə də işə başlayır. (1918-ci ildə Bakıda mart ayı qırğınını törədən bir seyid olub. O yığıncaqda şaşkasını sivirib: Ya Həzrəti Abbas sən bizə komək ol deyib aranı qızışdırır. Nəticədə 60 min azərbaycanlının ölümünə bais olur. Üç gün üç gecə Bakıda qırğın davam etmişdir.) Vərtənizirdə də Mir Mahmud adında bir seyid araya çıxır, əmmaməsini yerə vurub xalqa deyir ki; Ay camaat qorxmayın niyə qaçırsınız, bu gecə ağam Həzrəti Abbas yuxuma gəlmişdi, mənim belimə qılınc bağlayıb dedi ki, niyə qaçırsınız, ermənilərin ağzı-dilini bağlamışam onların tüfəngləri açılmayacaqdır.Dörd ayaqlı ----------- secilməyən bu iki ayaqli ----------- bu məlunun sözünə inanıb yükləri açıb tökürlər yerə.
Yuxarıda adını çəkdiyim Davud deyir ki, atama dedim, ay ata sən bu axmağın sözünə inanıb xalqı ölümə vermə, gəl bu axşam çıxıb gedək (ata, oğul yaxşı savadlı adamlar idi, özləridə çox varlı idilər) Atam sözümə baxmadı, dedi ki, ay oğul palaza bürün-el ilə sürün, xalq necə, biz də elə.(o gün çıxıb gəlsəydilər salamat qalarmışlar)
Davud sözünə davam edib dedi ki o gecə sabaha qədər gözümü yummadım. Qəti qərara gəldim ki, necə olursa-olsun tezdən çıxıb gedəcəyəm. Hələ yaxşı işıqlanmamışdı qatırı çəkib yüklədim. Bu vaxt dağın başından üç güllə atıldı, sən demə bu siqnal imiş. Hər tərəfdən güllələr atılmağa başladı. Necə ki, yazda dolu yağar, güllələr də elə tökülürdü. Kənd döşdə idi, hər tərəfdən güllə tökülürdü, adamlar evlərdən eşiyə töküldü. İnsan ölüsü lay-lay döşəndi, qiyamət qopdu, heç kəsin bir-birindən xəbəri olmadı. Uşaqlarını yerə atan arvadlar çığırışır, vayıldayan, zarıldayan, yaralılarən qışqırığı: ay aman bizi burda qoymayın.
Vərtənəzir dörd tərəfdən tutulmalı araya alınmalıydı. Bir nəfər olsun diri qalan olmamalıydı. Ancaq Meqri tərəfdən gələn dəstə vaxtında gəlib çıxmayır, meşə tərəf açıq qalır, həlqə bağlanmır. Odur ki, bir qədər qaçan olmuşdu. Çünki hələ meşə yarpağını tökməmişdi.
Deyilənə görə Meqri tərəfdən gələn dəstənin başçısı yerli erməni olub. Bilə-bilə yubanıb ki, camaata bir yol olsun, qaçıb qurtarsınlar. Yerli ermənilərin çoxu bu qırğına razı deyildilər.
Ardı var...