Reklam



Aldərə kəndinin dağılması 1918-ci il (Həzrətqulu Əhmədov)
Aldərə kəndinin dagılması 1918-ci il


Türklər Azərbaycandan gedər getməz daşnaklar yenidən qızışdilar. Bizim dünyadan xəbərimiz yox idi.Ermənilər türklərin getməsini bizdən qabaq bilmişdilər.Azərbaycanın və Ermənistanin hər yerində vəziyət agırlaşdı. Bizim tərəflər daha qorxulu idi. 1918-ci ilin axırı yəni dekabır ayına kimi bir təhər dolandıq.Ancaq qorxu,ölüm,saatba saat yaxınlaşırdı. İş o yerə çatdı ki, ermənilərlə bızım aramızda olan az-çox əlaqə tamamilə kəsildi. El arasında belə bir məsəl var “Ölüm var,ölüm kimi, ölüm var zülüm kimi” Bizim qabağımızda duran ölüm zülüm kimi idi. Doğrudur bizim Meğri tərəfdə belə ağır hadisə olmasa da ancaq Kafan Zəngəzurda daşnaklar olmazın vəhşiliklər etmişdilər.Qadinları qızları zorlayandan sonra,onları çılpaq edib qarinlarinin üstündə kart oynayırmışlar,samavarı dallarına bağlayıb qaynadırmışlar,döşlərini kəsirmişlər,uşaqları analarının gözü qabağında oda atıb yandırırmışlar,qollarını,ayaqlarını sümüklərini sındırırmışlar və bir çox vəhşiliklər etdikdən sonra sonra öldürürmüşlər.
Azərbayçan kəndləri dağıldıqdan sonra orada qalan naxırçı.çoban,nökər olan azərbayçanlıları varlı ermənilər öz islərinin xatirinə saxlayıb öldürməmişdilər. Sonra Zəngəzurda –Kafanda qırğına başçılıq edən Nijdeh adlı erməni əmr verir ki,əgər bir nəfər türk tapsam o kəndi dağıdacağam.Ona görədə kəndlərdə olan naxırci –cobanları və onlarin ailələrini yığıb kəndin kənarında güllələmişdilər. (Ancaq Əldərəlilərdən erməni kəndı olan Mallevlilər onları tez qaçırtmışdılar birinidə öldürməmışdilər). Kafan rayonundan qaçan bir oğlan deyirdiki bizim kənddən olan çoban-naxırçıları yığmışdılar. mən ələ keçməmişdim gizlənib bu fəlakətə baxırdım. Ermənilar bir çobanın qızını gətirirlər kəndin meydanına.Orada bir çox arvad-uşaq yığılıb baxırdılar,erməni arvadları hönkür-hönkür ağlayırdılar. Çobanın arvadı cavanidi,özüdə hamilə idi quruyub baxırdı. Cavan bir erməni əlində xənçəri oynada-oynada bu qızın yanına gəldi. Yırtıcı canavar kimi bunun üzünə baxıb xəncəri soxdu bunun qarnına qız bərkdən çığırdı,qarin soyulmuş qoyun qarni kimi cırıldı və kəsildi uşağı bağirsaqlarıda yerə töküldü,qız o saat öldü,erməni arvadları ucadan ağladilar.
Nədənsə cənab Kirokosyan öz kitabında bir kəlmədə olsun belə yazmır. Ancaq yazır bizi qırdılar,dağıtdılar,öldürdülər.
Əvvəlrdə yazdığım kimi ermənilərin bir metoduda varidi. Adamları yağlı dil ilə məçidlərə doldurub (guya iclas edirmişlər) sonra məcidi yandırıb məhv edirmişlər. Daşnaklar bu metodu Şamaxı və başqa rayonlarda işlətmişlər. Qafan rayonunda Oxcu,Şabədin kəndlərində bu metodu işlətmişdilər.
Ermənilər felən işə başladilar:
Meqri rayonunda ölən Əldərəlilər:
Noyabr ayının axırları idi.iki əldərəli Kərimxan,Hüseyin adlı,birdə Ordubadlı, Ordubada gedəndə Qərçivan ermənləri onları öldürürlər.Əldərəli Mahmudun dayısını Vəhrivarda öldürrdülər:
İki nəfər Nemət,Əlibəyi süngüranda meqrililər tutub aparib yolda dəhrə ilə başlarını kəsirlər.(Əlibəyin 13 yaşı var imiş)
İki Əldərəlini İbiş,Cavad adında Galırlılar Xəllərgədə gülləilə vururlar.Sadatqulu adlı bir Mərziyitli dağda cüt əkirmiş ermənilər onu tutub vəşicəsinə öldürürlər bütün bədəninin sümüklərini sındırmışdılar. Mərzitlilər gizlincə gedib ölünü tapıb gətirib basdırırlar. Vəlidə gedib Mallev bağlarında Mosu adında qoca bir kişini öldürdü.
Bu hadisələrdən sonra kəndin dağılmasına söz ola bilməzdi.Kənddən yüz addım qırağa çıxmaq olmurdu.
Payız mövsümü ağaçlarda yarpaqlar saralıb yerə tökülür,Müşgastın dağının ətrafına duman çökür,qarğalar qırıldaşır,payızın qəmli günü biz ölümə məhkum olan bədbəxtlərin dərdinin üstünə bir dərddə artırırdı.
Bır-birini görən Əldərəlilər heç bir söz demədən nə kimi fəlakətin qarsıda durmasını andıran bir baxışla gedirdilər Payızdır təbiət solur gedirsədə ancaq yenə ümüdi var qayıtmağa,ancaq bizlərin geri qayıtmasına hec bir ümüd yoxdur. Dağ kəntlərindən olan Tey adlı kəndin adamları və mal-qarası Sevadan çayı aşağı Əlidərəyə gələndə Mallevlilər yolu kəsib onları qırmaq,mal-qarasını aparmaq istədilərsədə br nəfər kor Simon adında erməniyə gullə dəyir və ermənilər qaçırlar. Teylilər salamat gəlib Əlidərəyə çatırlar.
O günlərdə Astazurlılar Mərziyit kəndinin qoyunlarını örüşdən sürüb aparırlar.
Daşnaq yuvası olan Mehri kəndində bir iclas olur.Orada qərara gəlirlər ki, işi ləngitmək olmaz, bu yaxınlarda Azərbaycan kəndləri dağılmalıdır.Qərar olduqca gizli olmasına baxmayaraq bu sirr dəlik deşikdən qırağa cıxır.
` Daşnakların hər yerdə işlətdiyi metodu burada da işlətməyi qərara alırlar.Hər kəndə bir dəsdə silahlı adamlar gedib guya iclas edəcəklərmiş kimi bəhanə ilə azərbaycanləları məscidə doldurub sonra binanı yandıracaqlarmış. Bu iş isə baş tutmur.
Gizli xəbər tutan yerli ermənilər,ən şiddətli qorxulara baxmayaraq hərə öz yaxın tanış-dostu olan azərbaycanlını bu qorxunc iclacdan xəbərdar edirlər və vaxt ikən tezliklə kənddən qaçmağı məsləhət bilirlər.Deyirlər ki, qaçmasaz büs-bütün məhv olmağınız labüddür.

Ardı var...
11 Yanvar 2016
1766 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur