Reklam



Əldərədə mədəni-maarif işləri - Həzrətqulu Əhmədov
Əldərədə tarixi İyis kəndindən gəlmə mədrəsə -molla məktəbi olub. Orda din dərsi keçilirdi.Əsasən din dərsi keçilirdi,az da fars dili öyrə- Dilirdi.1906-cı ildə mən də o məktəbdə oxumusam.Məktəb deyilən bina böyuk bir dam idi.Yeri quru torpaq,pəncərəsi yox .Orada 8 ya- Şından 20 yaşina kimi uşaqlar oxuyurdular.Hamı yerdə otururdu. Derslər bir deyidi.Quranın hər yerindən uşaqlar iki cümlə oxuyardı. Uç ilə ərəb əlifbası öyrənilirdi.Tezdən o dustaqxanaya gəlib,axsam evə gedirdik.Arada bir saat yeməyə buraxirdilar.Yazi yazmaq qadagan idi. Molla kimin əlində qələm görsəydi onu döyərdi.Məktəbdə şiddətli cəza Vermək üsulu var idi.Heç bir şey üstündə uşaq falaqqa deyilən agac arasina qoyub çubuqla ayaqlarinin barmaqlarina o qədər vururdular ki, barmaqlarindan qan tökülürdü.Döyülən uşaq ayagini yerə qoya Bilmirdi.Onu arxalarina alib evə aparirdilar.Dərd burasi idi ki,məktəbdən evə qaçanda evdə də döyüb qaytarirdilar.Heç bir maraqli dərs yox idi.Özünüz düşünün yaz günləri 14-15 saat diz üstə oturub diz çökmək nə çətin bir şey imiş.
Heç bir mənasini bilməyib tutu quşu kimi iki-üç söz əzbərləmək vəssalam.Molla bizi daş daşimaga aparanda toy-bayram idi (özünə ev tikirdi),çünki heç olmasa bir açıq havaya çıxırdıq.Məktəb adlanan o dustaqxananın yanindan biri keçsəydi tökülüb ona yalvarardiq ki, Mollaya pul ver bizi evə buraxsin.
Məktəbin peçi torpaq idi.Böyük uşaqlar barit tapib mollanin döşəyinin altinı bir az çuxur edib barit tökürdülər,sonra döşəkdən çox aralı divarin dibi ilə torpagi çevirib barıt tökə-tökə aralanirdılar.Molla gəlib döşəyin üstündə oturandan sonra yavaşca barita od vururdular,barıt yana-yana döşəyin altına çatırdı.Barıt açılıb mollanı göyə qaldırıb yerə salirdı.Elə olurdu ki,mollanın qorxudan ürəyi gedirdi.Molla ayılandan sonra nə qədər uşaqları döyüb bu işi edəni bilmək istəyirdisə də tapa bilmirdi,çünki bunu deyən uşagi ölüncəyə qədər döyərdilər.
Hər uşaq ayda 50 qəpik ,indiki pulla 5 manat verməli idi.bundan başqa molla heç nəyə pul vermirdi.Hamı öz payını gətirirdi.Kim gətirməsəydi bir bəhanə tapib onu ölümcül döyürdü.Nə saat bilərdik,nə tətil.Yayda da oxumamışdiq.Molla çox əcaib,dodagı sallaq,qap-qara bir adamdı. Həmişə mürgülərdi,yekə bir papiros cəkmək çubugu var idi,onunla dalinı qaşiyirdı.Bu məktəbdə illərlə oxumagımıza baxmayaraq nə oxumaq nə də yazmaq bilirdik.
20-ci illərdə Şura hökuməti savadsizligi aradan götürmək üçün kurslar açdı.Mən də bu işdə komissiyanın üzvü idim.Arxivdən əlimə bir məlumat düşdü.Çar dövründə Azərbaycan iki quberniyadan ibarət idi- Baki və Yelizavetpol.1913-cü ildə savadliliq göstəricisi 6%-dən yuxari deyildi.6%-in 3-4%-ermənilər idi,azərbaycanlilar 2%-dən çox deyildi. Belə bir qaranliq dövrdə Əlidərə kimi yoxsul bir kənddə kişilərin 73%-i savadli idi.O rəqəmlərdə göstərilirdi ki, Baki şəhərinin ətrafinda olan rayonlarda hər 800 adamdan biri savadlı imiş.
31 Dekabr 2015
1808 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur