Reklam



Əldərə kəndinin bəzi tarixi təsviri - Həzrətqulu Əhmədov
Əldərə kəndində 300 ev vardi.Üst-üstə hesablasan hər evə bes nəfərdüssə 1500 nəfər olardı.Kəndin hamamı,məscidi,məktəbi,rus dilində ayri məktəb binasi, 20 ikimərtəbəli,balkonlu,pəncərəli ev vardı.Kəndin özünəməxsus olan sənətkarlari var idi.Məsələn palanduz,ayaqqabıtikən,dərzi,dülgər,bənna,dəmirci,nalbənd,dəllək,kecəci,boyaqci,qəssab vardı.
Bu sənətkarlardan başqa qurd,it agzi baglayanlar(bunlar bicai acib bir necə ərəb sözü oxuyub bicagi balayardilar)vardi.Belə olanda nə qurdun nə də itin agzi acilmirdi,yaziq heyvanlar mat-məəttəl qoyuna baxarlarmiş.Bundan basqa göbək yazib doğmayan arvadlari doğuzduran,yaziq cinləri tutub kəməndə salan “sənətkarlar”da var idi.
Əldərədə 20 bəy evi var idi.Ancaq bu bəylər cox yoxsul idilər.Bir Həsənqulu adinda olan bəy az-cox varlı idi.Onun 3 oglu vardi:Fərrux bəy,Şahmar bəy,Məhəmməd bəy.
Fərrux bəy-pristav idi .yəni polis rəisi. -O vaxtlar bu cox böyük bir qulluq idi.Cünki biz azərbaycanlilari nə əsgərliyə,nə də dəmir yoluna işləməyə götürmürdülər.
Şahmar bəy-zabit idi (mayor). Moskvada hərbi məktəb qurtarmisdi.1914-cü ildə 1-ci dünya müharibəsində almanlara əsir düsmüşdü.Türk qoşunlari 1918-ci ildə Bakiya gələndə onu Almaniyadan alib Bakiya gətirdilər.Bakida hərbi məktəbin müdiri oldu.Şura hökuməti qurulandan sonra İran inqilabcilarina köməyə gedən Azərbaycan Milli qoşunu üstündə getdi.İranin Rəşt şəhərində vuruşmada yaralanib həlak oldu.Cox mədəni,olduqca sadə olan bu adami Şura hökuməti tutmamisdi.
Məhəmməd bəy-Bakida Müsavat hökuməti olanda şəhər polisinin rəisi idi.
Fərrux bəy və Məhəmməd bəy 1922-ci ildə İrana qacmişdilar.
Əldərəlilər iyulun birindən sentyabrin 15-nə kimi daga köcərdilər.Bəylər Xəllərgəyə,varlilar Meydan gədiyinə,kasiblar Garaya,oxumuşlar-ziyalilar Tasa.Kəndin cox yoxsul oldugunu yazmişdim.400-ə yaxin olan 3 kəndin adamlari bir qoyunun ətini ala bilmirdilər.200,300,400 qram ət alirdilar.Kim ki 400q(bir girvənkə) ət alsaydi,onu barmaqla göstərib deyərdilər ki,evin yixilmasin buna bax ha bir girvənkə ət alib.İndi 120 evi olan Əldərədə 2-3 öküz kəssələr 1 saatda satilib qurtarar.
31 Dekabr 2015
1816 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur