Reklam



Kənd toyu
 Toy çalınır, mənim dodaqlarımsa bu şeiri pıçıldayırdı. Qara zurnanm harayını eşidən kimi kənd uşağı dərəyə doğru axışmağa başladı, onların ardınca başlarını qırmızı şalla örtmüş, əllərində sinilər olan qadınlar cərgələndilər. Örtüklə bağlanmış olsalar da həmin sinilərdə nələr olduğu mənə bəlli idi və bilirdim ki, ən zəngin sini çoxdan bəri tutmağa hazırlaşan kirvəmin arvadının sinisidir. Təbii ki, toy qabağına çıxanlar (kəndimizdə onlara belə ad verirlər) əksəriyyəti ailəmizə yaxın adamlar idilər. Qara zurnanm səsi güclə eşidilsə də, qadınlar rəqs edə-edə dərəyə tərəf gedirdilər. Kəndimizdə bütün dərələrin adı var: Hamar dərə, Lülə dərəsi, Şanbax dərəsi, Mirzəmməd dərəsi, Sulu dərə və s. Amma kəndin kənarındakı dərənin adı yoxdu. Hamı "Dərə" deyir, heç kəs də hansı dərə - deyib sual etmir, hansı dərədən söhbət getdiyini dərhal anlayır. Ona görə mən də "Dərə" yazıram, hansı dərəni yazdığım da başa düşülür.
Toy qabağına çıxanlar oynamaqlarında olsunlar, mən sizlərə toy adətlərimizdən söhbət açım. Mənim toyumda dəvətnamə paylansa da kənd camaatı toylara dəvətsiz gedərdi. Toy varsa, deməli hamı oraya getməlidir, toy evinə şirinlik aparmalıdır, toy sahibi diqqətli olmah, kimin necə iştirak etməsi ilə maraqlanmalı, xeyirdə şərdə əvəzini çıxmalı idi.
Lap uzaq qohumlarımız da "toy qabağı"na getmişdilər və mən başa düşdüm ki, bu mehribanlıq valideynlərimin xatirinədir, mənim xatirimə isə eyni sinifdə oxuduğum, kəndimizdə ailə qurmuş 3 nəfər qız toy paltarı geyib sini hazırlamış və "toy qabağı"na çıxmışdılar. Vaxtilə mənimlə oxusalar da oğul-uşaq sahibi idilər və mən də fıkrimdən keçirdim ki, onların ailələrində xeyir işlər olanda iştirak edəcək və əvəzini çıxacağam, həm də bu ənənə kəndimizdə (yəqin ki, başqa kəndlərdə də) çoxdan var idi. Arvadı şəhər qızı olan maşinist Qibləlini arvadı Bakıya köçməyə məcbur etmişdi. Kənddəki mehribançılığı, birliyi şəhərdə görməyəndə arvadının necə deyərlər mərəkə qurardı. And içirlər ki, bir qonşuları rəhmətə gedəndə öna bəslənən münasibəti görüb kəndə qayıtmaq istəyirmiş.
Bəli, bütün kəndlərdə olduğu kimi bizim kənddə də milli ənənələrə dövlətin qanunlarından ciddi surətdə əməl edilirdi. Xüsusən toy və yas mərasimlərində bu ənənələr qanun şəkilinə düşmüşdü. İşinin vacibliyinə baxmayaraq ənənələrə hamı əməl edərdi və bunu özünün əməl etməli olduğu vacib şərtlərdən sayardı. Bu gün də belə günlərdən biri idi. Ona görə də diqqət kəsilib toyumda kimin nə iş gördüyünü izləyir "borc"ları üzərimə yığırdım. Borcluluq pis olsa da, heç kəsin ondan xoşu gəlməsə də, insanlıq borcu yaxşı borcdu, onu ödəmək hamıya ləzzət verir, xoş gəlir. Ona görə də məni "borclu"ya çevirənlərə fərəhlə baxır ləzzət alırdım. İndiki toylar mənə heç ləzzət vermir. İki sahədə yarış gedir. Kim süfrəsini daha zəngin edə bilər, yaxud kim daha artıq gurultu yarada bilər, maraqlısı da budur ki, heç kəs həmin zıppıltı, guppultunu sevmir. Amma yerinə yetirməkdən heç kəs imtina etmir. Adamlar tanıyıram ki, həmin küyün "qorxusundan" toya getmir, pul gцndərməklə borcundan зıxır. Belə yerdə təmtəraqlı kənd toyları yada düşür və hamı da təsdiq edir ki, əsl toy kənd toylarıdır.
Yenə də oxucularıma tanış olan İsrafildən söhbət açmaq istəyirəm. Əmisi oğlu Tofiq Muxtarov onu oğlunun toyuna dəvət edir. İsrafıl pay-püşlə Bakıya gəlir, nahar vaxtı:
—Mən acmışam, mənə yemək verin, - deyir.
O zaman Neft trestində rəis işləyən Tofiq deyir:
Əmoğlu, iştahanı saxla axşama, axşam istədiyin qədər yeyərsən!
Kəndə gələndə səhər-səhər xaş yeyirsən, günortaya aş yeyirsən, axşama bozbaş yeyirsən, evinə qayıdanda da yolun üçün sьfrə hazırlayıram, içməyin üçün araq da qoyuram. Tez ol mənə yemək ver, yoxsa axşam çıxış edib səni abırdan salacam.
Əlacı kəsilmiş Tofıq müəllim İsrafili restorana aparıb yaxşıca yedirdib sakitləşdirir.
Mən ba haqda İsrafildən soruşanda, gülə-gülə:
— Səni Allahın, düzünü de, pis hərəkət etmişəm?
Vallah lap düzgün hərəkət etmisən, düz də danışmısan, elə də lazımdır. Kəndə gələndə ayaqları altında toğlu təsir, yollarında hinduşqa soyutması qoyur, hər cür meyvə payı yığıb verir, bunlar da bizi axşama, - şadlıq evinə dəvət edirlər. Günorta ac qaldın, qalmadın xərprləri də olmur. Məclisdə də təbrik etməyə, "mübarəkdir" deməyə adam tapmırsan, səs-küy də ağıllını dəliləndirir. Mənim şəhər toyundan ləzzət aldığım yadıma gəlmir. Kim oxusa da, kim çalsa da. Yaddaşlarda həkk olub qalıb Əbülfəz Əliyevin, Əlibaba Məmmədovun, İslam Rzayevin kəndimizdə keзirdikləri toy məclisləri, hər qəzəlin, qoşmanın diqqətlə dinlənməsi, sonradan həmin bəstələrin, şerlərin öyrənilməsi, ayrı-ayrı adamların rəqsinin yamsılanması, qızların ağ libasda oğlan evindən qız evinə gəlin köçməli qızın görüşünə getmələri toyun mərhələləridir. Əsas mərhələ isə "Yallı" məqamı və xan bəzənməsində baş verir. Kəndin ən baməzə, hazırcavab adamını xan seçər, onun əməllərini iki fərraş yerinə yetirərdi. Xan nar ağacıridan bəzənilmiş şax dibində oturar, fərraşlara göstəriş verib adamlar çağırtdırardı. Təbii ki, "çağırılanlar" toy sahibinin yaxınları olardı, onlara son tapşırıq belə idi:"
—Çox damşma, get cəriməni gətir!
Əksər toylarda "cağrılanlar" məclisə sovqatla gələr və "cəriməsini" dərhal ödəyərdi. Evi yaxınlıqda olanların isə həyat yoldaşı, gəlini, yaxud da qızı dərhal evə yollanar "cəriməni" gətirib gələrdi.
Cərimə meyvədən, yaxud şirniyyatdan ibarət olardı. Şaxın dibində qoyulmuş məcməilər və təknələr meyvə və şirniyyatla dolardı, Xan isə öz məzəli zarafatları ilə toy əhlini güldürərdi.
Bir toyda "xan" olan Qurbanəli əmi nəfəsi yalanla gəlib-gedən bir gopçunu çağırtdırdı və camaata üz tutub dedi:
—Məclis əhli, bu adamın o işindən xoşum gəlir ki, öldürsələr belə, yalan danışmaz.
Başqa bir haqverməzi xidmətinə çağırtdırıb:
—Bu adamı ona görə sevirəm ki, aldığını tez qaytarır, - dedi.
Deməli, belə məclislər həm də tərbiyələndirmək məqsədi daşıyırmış.
Bəli, ağ paltarlarlı qızlar geyinib qız evinə gedirdilər. Həmin qapıda mahnılarını oxuyub qayıdırdılar və toyun ən maraqlı hissəsi, - "Yallı" başladı. İki cərgəyə bölünmüş dəstənin hər birində 12 adam, - kişi vardı, cərgələrin başında əllərində uzun nar şivləri tutmuş üz-gözlərindən qəzəb yağan kişilər dayanmışdılar. Onlar musiqi sədaları altında rəqs edir ---- d nin başında gedənin etdiklərini edirdilər. Onun etdiklərini olduğu kimi təkrar edə bilməyənlər elastik nar çubuğunun zərbələrinə dözməli olurlar. Dəstəbaşı rəqs edə-edə cibindən nə isə çıxarıb nümayiş etdirirdi. Vay o yallı, üzvünə ki, həmin əşyadan onun cibində olmurdu, dəstəbaşına da bebsi lazımdı. Dərhal onu cəzalandırır və nə üçün cəzalandırdığını nьmayiş etdirirdi, rəqs istirakзıları rəqsin sonunda bir oğlan uşağı tutur və boynuna qaldırmayan çubuq cəzasına məruz qalırdı. Yallı qurtarandan sonra uşaqlar məşəl hazırlığına başlayırdılar, həmin məşəllərin hazırlığına toy ərəfəsində başalayardıq. Konserv zavodunun istehsalı olan boş kompot qablarını hündür, mцhkəm зubuğa bağlayar, içərisini əsgi ilə doldurardıq. Əvvəlcə ----- limizə üzümüz neft tцkər, yandırıb toy evinə aparır, toyun gedişində nefti qurtaran məşəllərin neft təchizatı toy sahibinin üzərinə düşürdü, məşəllərə neft tökür, əlindəki məftillə əsgiləri qurdalayırdı.
Lap sonda ziyafət məclisi olurdu ki, həmin məclislərdə şəhər toylarından fərqli olaraq bəy təkcə əyləşirdi, amma mərf tək oturtmadılar. Ona görə ki, Borçalıdan çoxlu qonaqlarımız gəlmişdilər, həm də orada bəy tək oturmurmuş. Həmin adəti burada da həyata keçirməyi qızın yaxın qohumları tələb etmişdılər. Mən belə məsələlərə qarışmasam da, qızın dayısının dediyi sözlərdən söhbətin nədən getdiyini anladım:
— İndiki zamanada nə şəhər, nə kənd, həm də bu gənclərin hər ikisi universitet qurtarıb, müasir gənclərdilər. Biz də müasirliyə əməl etməliyik.
Süfrəyə növbənöv içkilər qoyulsa da, kənd əhlindən bir neçəsi ev məhsulu tələb etdilər. Ev məhsulu deyəndə çəkmə arağı məsbhət görürdülər. Yaxud da kolxozun əmək gününə böldüyü çaxın nəzərdə tuturdular. Mən hansı arağa, hansı çaxıra yaxşı deyildiyini bilməsəm də, əmək gününə bölünən çaxırın yaxşı olduğunu eşitmişdim, həm də üzümdən çəkilən arağı tərifləyirdilər. Amma etiraf edim ki, onu da fərqləndirə bilmirdim. Lakin bu sahədə "mütəxəssis" sayılan adamlardan eşitmişdim ki, araq da, çaxır da istifadə olunan xammalın keyfıyyətindən asılı olurmuş. Kəndimizdə tut və üzüm bol olsa da, araq çəkənlər az idi. Çünki kənd adamları xüsusən dindarlar belələrinə pis münasibət bəsləyirdilər.
11 Aprel 2010
2163 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur