Reklam



Aldərə dağları

Şəmsəddin Həsənoğlu

Tanrı mələk kimin qaldırsa göyə.
Birinci uçuşum sizədi dağlar.
Qızıl daş vüqarlı qala daş sakit,
Qəcəlin dörd yanı dumanlı dağlar.

Beynival, Şaxsuvar, Babalı məhlə.
Digayda, Caxısda özünü gözlə
Hüsnünə deməyə çatmayır söz də
Ucadan ucasan ay bizim daglar.

Əlvanə, Tas, Caxıs, Pranov.
Qışı sərt şaxtalı, yazında qırov.
Əlibəy çəməni Səkinə yurdu,
Palçıxlı sinənə sığınıb dağlar.

Quş güneyi, Qoşa palıd
Ucalıbdır göyə Qəcəl
Şeşkird, Şpırd, O tarqulu
Möhlət versə bizə əcəl
Gəlib görrəm sizi dağlar.

O taydan boylandım Qala daşına.
Gizli-gizli axan o göz yaşına.
Həsrətlə boylandım Qazax diki, kar dasina.
Yandırıb yaxırsan sən məni dağlar.

Tas ilham alıb ulu qəcəldən.
Nənələr bayatı deyib əzəldən.
Çoxları yazıb qoşma qəzəldən.
Ucadan-ucasan dağlar əzəldən.

Oyanı Cəfərdil, Buyanı Digay.
Səsimə səsverir Avadan garay.
Xaraba garaydan yoxdu bir haray.
İyisi qoynunda sizlayan dağlar.
21 Oktyabr 2012
588 dəfə oxunub
 
 



 

Reklam

Öz reklamınızı yerləşdirmək  üçün bizimlə əlaqə saxlayın  e-mail: info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur