Reklam



"Tariyel Əli Nüvədili"-dən Əldərə
ƏLDƏRƏ


1958-1960-cı illərdə orta məktəbi 8-10-cu siniflərini oxuduğum kənddir ƏLDƏRƏ. Aldərə də yazırdılar. Nüvədinin və rayonun bütün azərbaycanlı və Zəngilanın neçə-neçə oğullarını qoynunda doğma övlad kimi əzizləyər, yüksək təhsil verərək yola salardı bu unuda bilmədiyimiz kənd. 1988-ci ildən düşmən tapdağına buraxdığımız şəhər tipli qonşu ƏLDƏRƏ öz faciəvi taleyi ilə doğulduğum NÜVƏDİ qədər göynədir məni .
                       TARİYEL ƏLİ  NÜVƏDİLİ.

     Səndə arzuların sönən çırağı,
    Xəyal qanadında süsüldər lay-lay.
    Nə göyü işıldar, nə də torpağı, 
    Qırılıb tökülər ümidlər lay-lay.
           
               Min illik bir ömür getdimi badə?
               Sən boyun əyməzdin yağıya, yada,
               İndi nə oldu ki, çevrildin yada?
                    Gözümün işığı, canım, ƏLDƏRƏ,
                    Göynəyən qəlbimin qanı ƏLDƏRƏ.

    Gənclik illərimdə arzular çin-çin,
    O doğma məktəbə sığışmaz indi.
    Sanki səmalarda  uçan  göyərçin,
    Bir an sarayına yığışmaz indi.

    Uçub pərvazlandıq isti qoynundan, 
    Hicran qəsdə durdu kəsdi yolnundan,
    Qəza-qədər yeli əsdi qoynundan,
             Salıb inci kimi itirdik səni,
             Namərd caynağına ötürdük səni.

   Axı sən anasan, bağışla bizi, 
   Sürünək qiblənə biz dizi-dizi,
   Sürtək torpağına gözlərimizi,
            Kirpikdən od alıb yanaq, ƏLDƏRƏ,
            Bəlkə yoxluğunu qanaq, ƏLDƏRƏ.

31 Avqust 2010
606 dəfə oxunub
 
 



 

Reklam

Öz reklamınızı yerləşdirmək  üçün bizimlə əlaqə saxlayın  e-mail: info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur