Reklam



Zəngəzur mahalında yerləşən Mehri rayonunun şəfali kəndi Aldərə
Aldərə ərazisini əhatə edən rayon və qonşu kəndlərdən ayıran sərhəd yerlərinin (torpaqlarının) adları belə başlayır:
1.Ağabəy daşı Astazur sərhəddini ayırır.
2.Sarigədik Mehri stansiyanin yanı.
3.Cəfərdil.
4.Süngüranın yuxarı dirsəkləri ilə.
5.Garaydaşları Mehri sərhəddi.
6.Qaladaşının arxa tərəfi ilə.
7.Meydangədiyinin aşağısında Zəylik.
8.Paygeyqabağı böyük güney.
9.Xokəlinin ayaq hissəsi.
10.Düzün aşağı hissəsi ilə.
11.Düzün arxası Vartanidzor sərhəddi.
12.Xəllərgənin bəy Çeşməsi
13.Cavad düzü: Maral zəmi sərhəddi.
14.Maralzəmi sərhəddindən sonra Galır sərhəddi.
15.Xəllərgədə məntəqədən yuxarı bitirilmiş sərhəd daşı, o da Galır sərhəddidir, sərhəd daşından dolayı piyada yol ilə gedir.
16.Əlibəy qəcəli.
17.Tanrıqulu yaylağı.
18.Şıpırdlı, Şıpırdlıdan dolayı gedir, Əli qəbrinə çatanda qayıdırsan, piyada yolu ilə gəlirsən.
19.Davarcıq çeşmə, ondan sonra.
20.Mərzid yaylağı (Astazur sərhəddi). Qozludərənin başından keçən piyada yol ilə gəlib çatırsan-Dırbıstana ondan sonra Kürdəzir.
21.Kürdəzirin yan hissədə baş tərəfi.
22.Heriyan.
23.Maxık.
24.Maxıyın qızıl daşı (Astazur sərhəddi).
25.Qızıl daşdan dağların zirvəsilə gedir Astazur dikinə, ora Dağdağan diki də deyirlər, orada böyük bir dağdağan ağacı var.
26.Müşkastın dağının zirvəsi gedir çatır Mirzəmməd dərəsinin başına, oradan dağın yuksəkliklərilə düşürsən əvvəlki yazılmış Ağabəy daşına. Beləliklə, sərhəd dairəsi başa çatır. Dövrələrin daxilində qalan torpaqlar Aldərənin ərazisidir. Qeyd etdiyimiz ərazinin tərkibində aran hissədən hektarlarla üzüm və meyvə bağları: Yaylaq və dağ hissədə hektarlarla əkin və ot biçənəyi sahələri yerləşir. Kolxozun 42-hektara qədər üzüm bağı, 20-hektara qədər meyvə bağı var idi. Bu sahələrə rəhbərlik edən kolxoz sədrləri vəzifəsində işləmişlər;
1.Oruc Hüseynov.
2.İsrafil Məmmədov.
3.Cəbrayıl Məmmədov.
4.Cəmşid Həsənov.
5.Hüseynqulu Məmmədhəsənov.
1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində bollu taxıl istehsal olunurdu. 300 ton taxıl dövlət tədarükü idarəsinə təhvilverilirdi, planı yerinə yetirdikdən sonra kolxozçuların əmək haqqına taxıl bölünürdü. Kolxoz sədrlərindən Cəmşid Həsənov inzibatçı olmasına baxmayaraq onun yaratdığı yenilikləri, xariqələri tarixlər boyu qoyduğu yadigarları qeyd etmk yerinə düşərdi. O, 21 il kolxoz sədri vəzifəsində işləmişdir. Həmin illər ərzində kolxozda çoxlu üzüm və meyv bağları artırılmışdır. Kəndin Araz sahilində dörd yerdə su nasosu stansiyası tikdirmişdir:
1. Aldərə çayının Araza qarışan yerdə.
2. Zastavanın qabağında.
3. Garaysuyu adasında.
4. Garaysuyunun yuxarı hissəsində.
Zastavanın qabağındakı su nasosunun suyu Tasməhləyə qədər, yəni Mallev bağlarına qədər çatdırılmışdır. Bir xətt boru Müşgastın dağına, bir xətt boru Aldərə köhnə kəndinin başına çatdırılmışdır. Digər tərəfdən kənddə yeni tipli idarələr, yaraşıqlı mədəniyyət evi, yeni tipli çox sayda mal tövlələri, yaylaqlarda müasir tipli qoyun kahaları tikdirmişdir. Yaddaşlarda qalan işlərdən ən yaxşısı Aldərədən yaylağa və yaylaqlardan yuxarı kəvşənlərə çəkdiyi şose yollarıdır. Bunları heç vaxt unutmaq olmaz. Çünki əhalini əzab-əziyyətdən qurtarmışdır. Həmin şose yollarından:
1. Aldərə-Əbgas
2. Əbgas-Barzu
3. Əbgas-Yuxarı Mallev
4. Əbgas-Pronov
5. Əbgas-Cinçi Məzrə-Zərdəhür-Caxız-Aşağı Caxız
6. Aşağı Caxızdan Əlvanaya və oradan magistral yola birləşdirmişdir.
7. Əbgas-Quşgüneyi
8. Əbgas-Gəncəcür Həzrətəliyə
9. Əbgas-Xəllərgə-Düz-Xokəli-Pagey
10. Xəllərgədən Malgədiyinə, Tanrıqulu yaylağına, oradanda Şıpırtlıya.
Aldərədə sahələrə rəhbərlik edən briqada sədrləri:
1. Hacıyev Balaca
2. Quliyev MəşədiSəfər
3. Ağarzayev Əbdülkərim
4. Mənsimov Muxtar
5. Məmmədov Məmmədəli
1 nömrəli briqadada təxminən 13 ha. üzüm bağı, 6 ha. meyvə bağı,
2 nömrəli briqadada 13 ha. üzüm bağı, 7 ha. meyvə bağı,
3 nömrəli briqadada 13 ha. üzüm bağı, 6 ha. meyvə bağı,
4 nömrəli briqadada 4 ha. üzüm bağı, 4 ha. meyvə bağı var idi.
Briqadaların yaylaqlarda və dağlardakı əkin və otlar sahələrinin hektarlarını yazmaq mümkün deyil. Kolxozda çoxlu manqa başçıları işləyibdir. Onlardan çoxları cavanlardır. Ancaq bir neçə nəfər qoca manqa başçılarını qeyd etmək istəyirəm:
1. Məmmədov Məşədi Orucqulu
2. Əliyev Əbdülhüseyn
3. Məmmədov Xeyrulla
4. Mahmudov Ata
5. Məmmədov Məşədiməhəmməd
6. Əliyev Məmmədqulu
7. Quliyev Mürüd
8. Əliyev Allahverdi
9. Fərəcov Həmzə
10. Məmmədov Qaraş
11. Əliyev Məşədi Əli
12. Hacıyev Hacı
13. Babayev Məşədi Səfər
14. Hüseynov Oruc və başqaları.
Kolxoz əvvəllər və sonralar kolxozçuların əmək gününə aşağıdakı məhsulları paylayardı: Üzüm, nar, kartof, soğan, pendir, yağ, bal, doşab, yemiş, araq, çaxır, taxıl. Kolxozun vəziyyəti ildən-ilə yaxşılaşırdı. 1954-cü ildən başlayaraq kolxozçuların əmək gününə pul bölünürdü, təxminən yadımdadır ki, 1954-cü ildə bir əmək gününə 5 qəp. Pul bölünmüşdür. Beləliklə illər ötdükcə kolxozun gəliri artırdı. 1954-cü ildən başlayaraq 1988-ci ilə qədər müxtəlif məbləğdə pul bölünürdü. Yəni, 5 qəpik, 10 qəpik, 20 qəpik, 50 qəpik, 1 manat, nəhayət 3-4 manat bir əmək gününə pul bölünürdü. Kolxozun dirçəlməsi, vəziyyətinin yaxşılaşması Cəmşid Həsənovun səmərəli əməyi nəticəsində olmuşdur. Kolxozun ərazisinin tərkibində çoxlu adda kəvşənlər, yəni əkin-biçin və otlaq yerləri var idi. Onlardan;
1.Kəvşən Ağabəy daşından başlanır,
2. Kəleybər
3.Kardaşın düzü,
4.Garaysuyu,
5.Qabaqlıq,
6.Horgədiyi,
7.Ardıclı bərə,
8.Süngüran,
9.Avadangəray,
10.Təpəbaşı,
11.Sudayarsuyu,
12.İyis,
13.Mevli Dərə zəmisi,
14.Qazqoz ağacı,
15.Xarbagəray,
16.İri,
17.İribaşı,
18.Meydan gədiyi,
19.Pagey,
20.Xokəli
21.Əyri zəmilər,
22.Düz,
23. Gorhandil,
24.Xəllərgə,
25.Gəncəcür,
26.Ağdaş,
27.Quşgüneyi
28.İlanlı yurd,
29.Mərzit yaylağı,
30.Vanggüneyi,
31.Palanzəmi,
32.Əbgas taxtalıqları,
33.Təpəbaşı,
34.Palçıqlıbaxarı,
35.Kəndbaşı,
36.Yuxarı Mallev
37.Əbgas
38.Məncərçuxuru
39. Pranov
40.Cinçiməzrə
41.Caxız
42.Aşağı Caxız
43. Zərdəhür
44.Digay
45.Nəsirgüneyi
46.Əlvana
47.Sevadan
48.Miker
49.Uzunzəmi
50.Tas
51. Qozludərə
52.Qəmbərəliyurdu
53.Dırbıstan
54. Kürdəzir
55. Maxik
56. Ağalardüzü
57.Kır
58.Dərəbağları
Bunların hamısı vaxtı ilə əkin sahələri olmuşdur, ətrafları isə ot biçənəkləri olmuşdur. Yuxarıda qeyd olunan 43 ha. üzüm bağlarından əvvəllər təxminən 100 tona qədər üzüm istehsal olunurdu. Bağların becərilməsi əl əməyi ilə görünürdü. Məhsul isə kənd anbarına uzunqulaqlarla daşınırdı. Sonralar həm məhsul bollandı, həm də kolxoz nəqliyyat vasitələri əldə etdi. O cümlədən yük maşınları alındı. Məhsullar anbara və rayon zavoduna nəqliyyat ilə daşınırdı. Əvvəlki illərdə 100 ton üzüm istehsal olunurdusa Son illərdə üzümün istehsalı 600 tondan 800 tona çatdırıldı. Tarixi yadımda deyil, bir il 1002 ton üzüm istehsal olundu. Rayon çaxır zavodu öhdəsindən gələ bilmədiyinə görə bir neçə tonlarla üzüm Ardaşat çaxır zavodna göndərildi. Çoxlu miqdarda meyvə də istehsal olunurdu. O da, rayon konserv zavoduna təhvil verilirdi. Nar isə nar-şirə zavoduna verilirdi. Kolxozda təxminən 400 başa qədər qara mal var idi. Onun 150 başa qədəri sağmal, 250 başa qədəri subay və kökatma mal idi. Kolxozda 2000 başa qədər xırdavat heyvan var idi. Onun 1200 başa qədəri sağmal, 800 başa qədəri subay heyvanlar idi. Son illər kolxozçuların əmək gününə heç bir məhsul bölünmürdü. Ona görə ki, kolxozçular almırdı. Özlərinin məhsulu bol olduğu üçün kolxoz böldüyü məhsulu almağa ehtiyac yox idi. Kolxozçuların özləri razılıq verdi ki, məhsulun hamısı satılsın pulu bölünsün əmək gününə. Son illər yalnız pendir və pul bölünürdü. O vaxtlar Qafqar ölkələrinin heç bir kəndində sürücülük məktəbi yox idi. Yalnız Aldərə kəndində sürücülük məktəbi açılmışdı.(!). Həvəskarların tələbi və səyi nəticəsində Həmin məktəbdə 31 nəfər oxuyub sürücülük vəsiqəsi almışdır. 29 Nəfəri Aldərəli, 1 nəfəri Vartanizovlu, 1 nəfəri isə Cəbrayıl rayonundan olub Mehridə yaşayan vətəndaş olmuşdur.
12 Aprel 2010
1726 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur