Reklam



Qalıbdır
Hacı Cəmşid

Qarbaçov “yenidən qurdu” dövləti,
"Dığalar" yaraqlı, saqqallı oldu.
Dünənki yaltaqlar, qab yalayanlar,
Kremlə söykənib, yaraqlı oldu.

Dünənki kəl otaran, donuz saxlayan,
Əlində avtomat dayanır indi.
Gerovkov, Kororyan, Zori Balayan,
"Qarabağ" deyərək bağırır indi.

Arı beçə verib ana axtarır,
Anasız dayçalar arxada qalıb.
Nənəmin cəhrəsi, dişli darağı,
Düyünü, düycəsi, taxçada qalıb.

Buzlu bulaqların suyu quruyub,
Bənövşə boynunu büküb, kölgədə.
Ala inəyin də südü quruyub,
Balası mələyə-mələyə qalıb tövlədə.

Qızlar bulaq üstə oxumur daha,
Gəlinlər yaşmağın atıb bir yana.
Millətin gümanı Allaha qalıb:
Daşnak dığaları alışıb yana.

Qoyunlar mələşir, itlər hürüşür,
Elə bil göy qopub, üstümə gəlir.
Taledən bəxtimə qaçqınlıq düşüb,
Boranlı, şaxtalı fəsillər gəlir.

Susub Novlu bulaq, Seyid suyu da,
Torağay səsini çəkib içinə.
Çətin ki, gözümün yaşı quruya,
Yay gələ, gəlinlər çıxa biçinə.

Cəmşid, üzmə ürəyini, əymə qəddini,
Bu dünya fanidir, fani qalacaq.
Əldərə adlanan gözəl məkanı,
Nəbi qeyrətli oğullar alacaq.

Qız-gəlin üzünü tutdu dağlara.
Dağlar başı qarlı, dumandı, çəndi.
Mərdlər əl uzatdı, yıxılanlara,
Ölmək aşkarlıqdır, qalmaq yalandır.

Irəvan adlı cənnət məkanım,
Indi erməniyə "Erevan" qalıb.
Göyçə gölüm, Zəngi çayım, Xan sarayım,
Cümə məscidi, Şah Abbasın mehman otağı.
Ziyarət ocağım, Buğukarım,
Indi namərd-erməniyə qalıbdır.
12 Aprel 2010
462 dəfə oxunub
 
 



 

Reklam

Öz reklamınızı yerləşdirmək  üçün bizimlə əlaqə saxlayın  e-mail: info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur