Reklam



ALDƏRƏ Sənədli povest (ixtisarla) 1-ci hissə
Mehri rayonunun özünəməxsusluğu nədədir? Əhalisinin sayına və ərazisinin kiçikliyinə baxmayaraq, həm aran, həm yaylaqdır, ərazisində beş yüzdən çox bulaqlaı vardır ki? hamısının da suyu içməlidir, arıçılıq, heyvandarlıq, meyvəçilik üçün əlverişli iqlim şəraitinə malikdir, yerli əhali də uz işlərini həmin təsərrüfatlar əsasında qurar, yaxşı məhsul əldə edərdilər, amma buıada da ermənilər öz mənafelərini ön planaçəkərdilər, iki min ton üzüm emal edən zavodun xammalinın, yəni üzümünün yarıdan çoxunu Aldərə kəndi versə də şərab zavodu rayon mərkəzində tikilmişdi, məhsul on iki kilometr məsafədən oraya daşınırdı. Konserv zavoduna şöhrət gətirən qızılgül, qoz, incir mürəbbələrinin də xammalı azərbaycanlılar tərəfindən əziyyətlə becərilir, ermənilər şəhər həyatı yaşayılı həmin məhsullarla təchiz edilən konserv zavodunda işləyib yüksək maaş alırdılar, Ermənistan adlanan respublikanın heç bir rayonunda yetişməsi mümkün olmayan nar tədarükü edilib İrəvana və digər şəhərlərə aparılırdı. Konserv zavodunun en şöhrətli məhsulu sayılan ərik və şaftalı kompotları da yerli azərbaycanlıların yetişdirdikləri meyvələrdən hazırlanırdılar. Biz isə unutqanlığımızı unutmuruq.
Aldərə Mehri rayonunda ən böyük ərazisi, örüşü olan kənddir, bunun da başlıca səbəbi əslən aldərəli olan Sərməsbəyovların böyük mülk sahibləri olmalarından yaranmışdı. İnqilabdan əvvəi sonralar erməni kəndlərinə verilmiş torpaqların da çoxu onlara məxsus imiş. Hətta Mərzit yaylağı adlanan ərazi də qonşuiuqda yerləşən Şvanidzor adlanan erməni kəndinə verilmişdi, halbuki, oralar Morzitlilərin atababa torpaqları idi, Mərzitlilər isə Aldərə ilə bir sovetlikdə birləşmişdilşr və eyni məkanda yaşayırdılar. Aldərəlilər hər il yay fəslində yaylaqlara köçər, Bakıda, Gəncədə, hətta Naxçıvanda yaşayan həmyeililərimiz də yaylağa gələrdilər, yaylaqda həmişə qələbəlik olardı, biçilmiş taxıl zəmilərində futbol meydançaları yaradıb futbol oynayardıq. Sonradan Abkəsə (kendimizdə oraya Əbqas deyirdilər) köçərdik, etiraf edim ki, bura yaylanmaq üçün ən əlverişli məkan idi, ərazisindən üç kiçik dağ çayı axır, onlarla sərin, saf suyu olan bulaqlar çağlayırdı, örüşü, dunu gətirmək üçün meşəsi də lap yaxında.
Bəli, Aldərə şanlı tarixə malik olan qədim kəndlərdəndir, 1929-cu ilə qədər Nüvədi və Tuğut, sonradan Nüvədiyə birləşdirilib ləğv edilən Eynəzir kəndilə birlikdə Azərbaycan Respublikasının ərazisində, Zəngilan rayonunun tərkibində olmuş, sonradan Mehrini “cırtdan rayon” bəlasından qurtarmaq üçün adlarını çəkdiyim kəndləri birlikdə Ermənistanın, yəni Mehri rayonunun tərkibinə vermişlər.
Uduza-uduza gəldiyimiz yollarda Qərbi Azərbaycan ərazisində respublika yaradan ermənilər burada da torpaqlarını genişləndirməyi bacarmışlar, həm də aldatmağı, rəhbərlərimizin şorgözlüyündən istifadə etməyi bacarmışlar. Dəfələriə ermənilərin dillərindən eşitdiyim bir cümlə heç vaxt yadımdan çıxmır.
– Gözəl kənddir, heyf ki, türklər yaşayırlar.
Mehri kiçik bir rayondur, əhalisinin sayına görə təkcə Ermənistanda deyil, bəlkə də Zaqafqaziyada ən axırıncı yeri tutur, bununla belə Ermənistan hökuməti orada şərab, konserv, baramatoxum, çınqıl zavodları yaratmışdı ki, hər bir erməni işlə təchiz olunsun, əhalinin sayını nəzərə almadan iri xəstəxanalar, məktəblərtikilir, lazım olubolmadığını nəzərə almadan əmanət kassaları, rabitə şöbələri, telefon qovşaqları saxlanırdı.
Kəndimizdə yaxşı adamlardan söz düşəndə ilk növbədə Məşədi Omcqulu emi yada düşür. Şirin söhbətləri, qonaqpərvərliyi, səxavət və mərhəməti ilə uşaqdan-böyüyə qədər hamının rəğbətini qazanmışdı, şirin söhbətləri, baməzliyi ilə də sevilərdi, peşəkar aktyorlar kimi danışıq zamanı səsini elə ucaldıb, alçaldardı, mimika və jestdən elə istifadə edərdi ki, hamı heyranlıqla dinləyərdi. Kəndimizə gələn qərib adamları qarşılayıb evinə aparar, kəndimiz, onun adamları haqda xoş əhval yaradardı. Bizim rayonla qonşu olan Ordubad və Zəngilan rayonlarının elə bir kəndi yox idi ki, orada onu tanımasınlar, hörmətini saxlayıb xatirini istəməsinlər. Uşaqlığı ikinci dünya müharibəsi illərinə düşənlər onu daha çox sevirdilər, müharibənin qurtarmasından altmış il keçsə də onu unutmamışıq, hündür boyu, gülər üzü indi də gözlərimiz qarşısında canlanır, adı çəkilən məclislərdə ona xorla rəhmət oxunur. Aclığın əldən saldığı kənd uşaqları kolxoz bağlarından kəndə, anbara, qumtmaxanaya, yaxud çərəzə aparan və kəndin ortasından keçən çay boyu yola düzülər, atla, qatırla, bəzən ulaqla iri səbətlərdə üzüm daşıyan, kəndimizin dilincə desək zvena sədrlərinin yolunu gözləyirdik, onlardan mərhəmət diləyirdik. Məşədi Omcqulu əminin gəldiyini uzaqdan görən kimi sevinərdik. Bilirdik ki, hamımıza pay verəcək. Bu səxavətinə görə kolxoz sədrinin, briqadirin onu danladıqlarını eşitmişdik, hətta uşaqlıqda başa düşə bilmədiyimiz, “aclıq bir il gedər, töhmət yüz il” cavabı verdiyini də eşitmişdik.
Məşədi Orucqulu əmi üzüm salxımlanni çaylaqdakı daşların özərinə düzər başının hərəkətilə “götür” deyərdi, heç bir uşağı paysız qoymazdı.
Bağlardan dərilən üzümün bir hissəsi anbara daşınırdı. Anbara gələn üzüm isə kolxozçulara əmək gününə görə aparılan bölgü əsasında paylanırdı. Heraqırna adlanan üzüm sortu Aldərə bağlarının səksən faizindən qoxunda əkilir, qabığı qalın son dərəcə şirin olan bu üzümdən əla keyfiyyətli mövüc hazırlanır, o dərəcədə şirin olur ki, yığıldığı qabda şəkərlənir. İncirin, üzümün qurudulduğu yerə qurutmaxana deyilir. Amma üzümü qurutmazdan əvvəl onun Qzərində əməliyyat aparılır. Əvvəlcə yanlarında çoxlu deşikləri olan vedrələrə yığıb soda qatılmış iri qazanda qaynayan suya basır, sonra soyuq suda yuyub aşağısından hava çəkən taxta yeşiklərə yığırlar, xüsusi düzəldilmiş həmin yeşikləri pəncərəsi olmayan kiçik bir otağa yığır, qapısını möhkəm örtüb içəridə kükürd yandırırlar. (Əlbəttə, kükürdə od vuran kimi çölə çıxmaq, sonra qapını bağlamaq lazımdır). On səkkiz iyirmi saat tüstü içəridə qalır, sonra qapını açıb tüstü tam çıxınca gözləyirlər, sonra isə boşaldıb Günəşin altında sərib qurudurlar. İncir də həmin prosesdən keçir, ancaq inciri suya basmadan kökürd tüstösünə verib sərirlər.
Çərəz deyilən yerdə isə üzümü ezib şirəsindən çaxır düzəldir, çeçəsinl isə qıçqırdıb araq çəkirlər. Kənd camaatının böyük əksəriyyəti əmək gününə bölünən araq, çaxın almır, anbarlardan onu satmağa xahiş edirdilər. Həm də dəyərdəyməzinə satırdılar.
Məşədi Orucqulu əminin iki bacısı vardı, - Züleyxa və Məşədi Şeyda Züleyxanın qızı Nərgizi rəhmətlik İsmayıl əmi almışdı, amma Məşədi Orucqulu əminin ondan xoşu gəlmirdi, necə deyərlər danışanda az qala ağzından vururdu. Bir dəfə məclisdə yenə onu pərt edəndə astaca soruşdum:
Məşədi, niyə ona qarşı həmişə sərtsiz?
— Danışdığını bilmir, yüz dəfə desəm də özünə yığışmır.
— Mən axı onun kiminsə xatirinə dediyini eşitməmişəm.
— Sən kənddə yaşamırsan, çox şeylərden xəbərin yoxdur.
— Mən onun oğlanlarına yaxından bələdem, pisliklərini görməmiş, eşitməmişəm.
— Mən demirəm ki, kiməsə pislik edib, amma yaxşılıq da etməyib: amma mənə qarşı elə bir hərəkət edib ki, ölünce yadımdan çıxmır.
— Mümkünsə, yaxud deyilməlidirsə, mənə deyin.
— Niyə demək olmaz, olar və söylərənı də. Səfərəli anadan olanda mənim əlli yeddi yaşım vardı, bütün qohuməqrəba yığılıb bayram etdi, bütün kənd mənə gözaydınlığı verdi və iki ildən sonra məni Ermənistan SSR Ali Sovetinə deputat seçdilər. Kəndə gələn hər rayon rəhbəri mütləq mənimlə görüşürdü. Bir axşam Səfərəli bərk xəstələnmişdi, istiliyi qırxı keçmişdi, qonşular da bizə yığışmışdılar, qapı döyüldü, gələn Abdun idi, içəri keçib Səfərəlini soruşandan sonra dedi:
— Raykomun birinci katibi gəlib, iclas keçirmək istəyir, deyir gərək deputat iclasda çıxış edə, Həsənov (kolxoz sədri) deyir gəlsin kluba.
— De ki, oğlu ağır xəstədir, gələ bilməz.
Abdun çıxıb getdi, amma az keçməmiş geri qayıtdı:
— Raykom katibi deyir mütləq gəlməlidir, camaat yığılıb onu gözləyir.
Çarasiz qalıb evdən çıxdım, kluba gedəgedə öz-özümə fikirləşirdim ki, “ay Allah, mən hansı pis əməlin sahibiyəm, bu yaşımda mənə oğul verib, indi almaq istəyirsən!”. Kluba getsəm də fikrim uşağın yanında idi, necə deyərlər, qulağım səsdə, fikrim evdə idi. İclasda oturanda da gözüm klubun qapısında qalmışdı, nə danışdığını, nəyə görə əl çalındığını bilmirdim. Daha doğrusu, hiss etmirdim, belə gərgin bir anda klubun qapısı açıldı, hamıdan çox mən qapıya tərəf getdim, qəhərdən boğulsam da, hönkürmədim, İsmayıl qoluma girib məni klubun eyvanından bayıra aparmağa başladı, mən uşağın öldüyünü tam yəqin etdim, fikirləşdim ki, məni eyvandan çıxandan sonra da bir söz demədi. Mən boğulur, elə torpaq döşəməyə çökmək istəyirdim, qardaşlarına öyrəşmiş qızlarım gözlərim önünə gəlir, uşaq ölsə nə hala düşəcəklərini təsəvvür edəndə ixtiyarsız olaraq gözlərimdən yaş axıb yanaqlarımı isladırdı. Yenə də öz Allaha nəzirniyaz edirdim, günahım nədir, məni bu yaşımda ağlar qoymaq istəyirsən, qardaşlarından, xeyli yaşlı olan səsi çıxan kimi başının üstünü kəsib “can” deyən qızlara da rəhm etmədin, “mənim günahım olubsa, o məsum bacılara rəhm edəydin” deyə fikiriəşirdim, qızlarımın adından Allaha yalvarırdım. İsmayıl qoluma girməsə bəlkə də yıxılardım, İsmayılın məni kiubun arxasına aparmaq istədiyini duyanda yaxşı ki, bayılmamışam, cəmi bir neçə addım olan həmin məsafəni keçdiyimiz vaxt mənə əbədiyyət qədər uzun gəldi. Məşədi Muxtarın evi ilə klubun arxasını ayıran darkeçiddə özümü saxlaya bilməyib divara söykəndim, elə belə vəziyyətdə də İsmayılın xəbəri çatdırmasını gözlədim, nə desə yaxşıdır?
—Nə deyim, vallah!
Qaranlıq, darısqal küçədə qulağıma pıçıldadı:
—Məşədi Orucqulu, iki qatırdanışmışam, sabah gedək adama bir yük odun gətirək, heç özürn də bilmirəm necə oldu ki, həmin andaonu boğmadım.
Hirsimi cilovlayıb danışığıma azca sərtlik verdim:
—Ay evin yıxılsın, çıx Xocal dağının təpəsinə, oradan çağır ki, Məşədi Orucqulu sabah gedək oduna!!! Vicdansız, öldüm axı, belə hərəkət olar!?
Mirzə Səlim əmi kimdir? Kəndimizin yetişdirdiyi dörd əməkdar müəllimdən biri olan Bağır müəllimin atasıdır. Onlar üç qardaş olmuşlar, kiçik qardaşları Həmzə müharibədən qayıtmamış, Məhəmməd əmi (ortancıl qardaş) kəndimizdə vəfat etmiş, Mursaqulu bəyin qızını aldığı üçün uzun müddət təqib olunmuş, xəstələndiyi üçün müharibəyə getməmiş ömrü boyu kəndimizdə yaşamışdır, Həmzəni görməmişdim, amma Mirzə Səlim əmi də, Məhəmməd əmi də ruhani təhsili almışdılar, buna görə də çox çəkçeviriərə məruz qalmışlar, uzun müddət incidilmiş, təqib edilmişlər.
Kəndimizdə böyük tayfalardan sayılan Gəncili tayfasından idilər. Mirzə Səlim əmi özünəməxsusluğu ilə seçilən kişilərdəndi, əsla yaltaqlıq bilməz, yaşıdlarının dediyinə görə heç vaxt yalan danışmazdı, mənim nəzərimdə Ə.Haqverdiyevin “Mirzə Səfəri” idi, amma qəza dəftərxanasında işləmir, kolxozda işləyirdi.
Onun haqqında sonralar kəndimizda kolxoz sədri olmuş Hüseynqulu Məmmədhəsənov bir epizod danışıb, yeri gəlmişkən, sizə çatdırmaq istəyirəm Tutubəyim bibi söhbət edəndə deyərdi:
— Bu söhbəti yadında saxla, o birini deyim, sonra yadıma salarsan, onıı da deyərəm.
Mən də belə etmək istəyirəm. Kəndimizdə uzun illər (otuz ildən artıq) Cəmşid Həsənov kolxoz sədri olub, onun yerinə Hüseynqulu Məmmədhəsənovu seçəndə mədəniyyət evinin direktoru Yavər Baxşlyev zarafatla demişdir:
Həsənovdan da razıyıq, Məmmədin də artırdınız!
Hüseynqulu danışır ki, aclığın tuğyan etdiyi müharibə illərində zəmilərdən biçindən sonra sünbül yığıb ovar, buğdasını əl dəyirmanında çəkib süddə bişirərdik, belə olanda bizim üçün ən xoş gün sayılardı. Bir dəfə eşitdik ki, kənddən on kilometr uzaqlıqda yerləşən Avadan Qəray adlanan yerdə taxılı biçiblər, xırman döyürlər, qardaşım İsmayılla Avadan Qəraya yollandıq, xeyli axtarsaq da, beşon sünbül tapdıq, görünür kimsə bizdən əvvəl “axtarış” aparıbmış, başımız necə qanşdısa, qaranlıq düşənəcən orada qaldıq, qorxudan gedib xırmandakı kişilərə qısıldıq, biri Mirzə Səlim əmi idi, digəri yadımdan çıxıb, Mirzə Səlim əmi öz süfrəsindən hərəmizə bir pendir dürməyi verdi, özü də bircə dürmək yedi, mən başa düşdüm ki, bizə verdikləri bu axşam yeməli olduğu payındandır, axşam altımıza bəlim döşəyib Qstümüzü cecimlə örtdü, yanındakı kişi bizə heç məhəl də qoymadı. Şəhərə yaxın Mirzə Səlim əmi məni dümsükləyib oyatdı, buğda doldurduğu torbanı İsmayıla verib dedi:
— Aparın gedin, bu kişi oyansa, bilsə, gedib məni satacaq. Allah eləməsin, tutulsanız, deyin sünbül yığıb ovmuşuq. Dördbeş kiloqram qədərində olan həmin buğda bizim ailəmizi acından ölmək təhlükəsindən xilas etdi.
Mirzə Səlim əminin oğlu Bağır müəllim də heç vaxt yalan danışmaz, ona görə də kim nə danışsa, inanırdı, yeganə nöqsanı da o idi ki, Kommunist Partiyasına ürəkdən inanırdı, hətta Qərbi Azərbaycandan qovulandan sonra da, partiya uçotu, üzvlük haqda fikiriəşirdi, elə buna görə də çox adamların ondan açığı gəlirdi. Bağır müəllim dəqiq elmləri gözəl bilirdi, amma tarix fakültəsini bitirmişdi, bir dəfə soruşdum:
— Bağır müəllim, riyaziyyatı bu qədər gözəl bildiyiniz halda niyə tarix fakültəsinə gedirdiniz, yaxşı bir ixtisas seçəydiniz, yaxud elə riyaziyyat fakültəsinə gedəydiniz ki, dərsiniz çox olaydı. (Bağır müəllim uzun illər Aldərə kənd orta məktəbində direktor müavini olmuş, təhsilin düzgün istiqamətləndirilməsində mühüm mövqeyi olmuşdu, sözün qısası, nəslinə, tayfasına layiq adam olmuşdur, müəllim kimi yüksək ada əməkdar müəllim adına layiq görülmüşdür.
Yuxanda adlarını çəkdiyim iki qohumum Həsənqulu İbrahimov və onun kiçik qardaşı, otuz dörd il Aldərə orta məktəbinin direktoru olmuş əməkdar müəllim Səfərəli İbrahimov haqqında söhbət açmaq istəyirəm.
Həsənqulu xaloğlu qohumcanlı, mehriban, səxavətli insan idi, bir qədər kəmhövsələ idi, müharibə dövründə sürücü olmuş, hansısa marşalın sürücüsü işləmiş, ağır yara almış, amma müharibədən sonra da kəndimizdə sürücülük etmişdi, yaxşı sürücü kimi şöhrət tapmışdı. Həsənqulu xaloğlu ilə bağlı bir əhvalat danışmaq istəyirəm, mən kəndimizə bazar günləri gələrdim, yaxın qonşumuz olan Həsənqulu xaloğlugildə tez-tez olardım, çox zaman özü məni çağırtdırar, evində olanda isə həyat yoldaşını və qızlarını tələsdirərdi, çay gətir, xörək gətir, bunu götür, onu qoy nə bilim nə? Evimizdə oturub bir nəfər taytuşumla çay içirdik, Həsənqulu xaloğlunun oğlu Cəfər (gənc ikən vəfat etdi, Allah rəhmət eləsin!) gəldi ki:
Atam deyir bizə gəlsin! (Atasına “ağa” deyirdi). — Bir azdan gələrəm, Hledim və zənn etdim ki, mənimlə söhbətə gələn getməli olduğumu bilib gedər, mən də onlara gedərəm. Amma mənim qonağımın getmək fikri yoxmuş. Cəfər ikinci, üçüncü dəfə gəlsə də, qonağım getmək barədə düşünmürdü. Cəfər dördüncü dəfə gəldi:
— Ağam deyir, daha gəlməsin!
Əlbəttə, qonağı yola salandan son ra onlara getdim. payımı yeyib, doyunca da güldüm və evə qayıtdım. Yay fəslində Həsənqulu xaiaoğlunun necə deyərlər, sezonu olurdu. Hər gün səhər ot yüklənmiş maşınla kəndə gələr, günorta yaylağa qayıdardı. Yaylağa gedibgələnlərin hamısı ona əziyyət verməli olurdu, amma bir qədər deyinsə də, heç kəsi yerdə qoymaz, göndərilən əmanətləri də vaxtında ünvanına çatdırardı. Amma birisi yaxınlaşıb:
— Beşcə dəqiqə gözlə, evdə xurcun var, götürüm gəlim, desəydi özündən çıxar, əsəbiləşərdi.
— Hər adamı beş dəqiqə gözləsəm, axşama qədər gedib yaylağa çatmaram.
Belə məqamlarda Mübariz dillənərdi:
—Xaloğlu bir kart vuraq!
Həsənqulunun keyfi açılar və deyərdi:
—Varındı? Gətir vuraq də, onsuz da getsək, istiyə düşəcəyik. Elə gözlə yək, sərində gedək.
Yaylaqda ona daha çox işimiz düşərdi. Yay günlərində uca dağlar başında təkcə onun yük maşınının kabinasında radio vardı. Futbol reportajlarına qulaq asardıq. Özü bizlərdən üstün azarkeş idi, ammma büruzə vermirdi. Yeməklə çox arası olmasa da, yamanca çayxor idi, hara getsə yaxşı çay axtarar, tapsa əlliatmış paçka birdən alardı. Çayı da mütləq samovarçayı olmalı idi. Bu vərdiş də onların tayfalarından gənclilərdən gəlirdi. Kəndimizdə çayxor adamlara görünür gənclilərtə qohumluğun var deyərdilər.
Qardaşı Səfərəli müəllim də bir çox əlamətlərinə görə ona oxşayırdı. Amma kəmhösələlikdə ona bənzəmirdi. Kəndimizdə heç kəs deyə bilməzdi ki, onun dilindən söyüş eşitmişəm. Həqiqətən heç zaman necə deyərlər, “lüğətdənkanar” danışmazdı. Məktəb işini gözəl bilən direktor idi. Mürəkkəb xarakterli adamlarla işləməyi bacarırdı, dəftərxana səliqəsahmanında azaz adam ona rəqib ola bilərdi. Qohumqardaşa, xüsusəri qardaşı və bacısının balalanna böyük qayğı ilə yanaşardı. Heç vəchlə onları öz balalarından seçməzdi. Bütün gənclilər kimi o da yamanca çayxor idi. Bir gün yaylaqdan kəndə gəlmiş, açarımızı gətirməmişdim. Qapımızın ağzında fırlanır, başqa açarları sınaqdan keçirirdim. Səfərəli müəllim də öz eyvanında nə isə edirdi, məni görüb nə olub, nə qurdalanırsan? deyə soruşdu. — Yadımdan çıxıb evimizin açarını gətirməmişəm, dedim. — Düş gəl bura, çay iç, çörək ye, narahat olma, sifariş edərəm açarı göndərərlər, dedi. Mən onlara getdim, süfrəyə çay, pendir, bal qoydu (ailəsi yaylaqda idi). Bir stəkan da çay süzdü, mən yeyib, içmişəm, mənə baxma, sən ye, iç. Mənə çay süzəndə birini də özünə süzmüşdü. Mən adətim üzrə iki stəkan çay içdim. Mənim yanımda dörd stəkan da əlavə içdi, sonra mənə baxıb, bilirəm, gedib hər yanda deyəcəksən de, onsuz da bütün kənd bilir ki, mən çox çay içənəm, söylədi. Mən isə: —Heç yerdə demərəm, dedim və sözümə əməl etdim. Həsənqulu və Səfərəlinin bircə bacıları vardı. Adı Möhrəngiz idi. Doxsan beşinci ildə rəhmətə gedib. O da qardaşları kimi çox qohumcanlı idi, ona görə də həmlşə rəhmətlə yad edirəm. Hərn də anamın ölümündən sonra atama qohum kimi ürəkdən can yandırmışdı, ona görə də atam mənə və qardaşlarıma, onun bir özünə də, balalarına da, həmişə hörmət edin, deyə tapşırmışdı. Amma onun yaxşılıqlarının əvəzini verə bilmədik, tez rəhmətə getdi. Yeri gəlmişkən, yeganə oğlu Maarif də xeyirə-şərə yarayan qohumlardandır. Xalaqızının əri kəndimizin sədaqətli kommunistlərindən olan Cəbrayıl Məmmədov idi. Öz kəndimizdə, qonşu kəndlərdə də kolxoz sədri olmuşdu. Kommunizm quruculuğuna ürəkdən inanan bir şəxs kimi tanınardı. O da söyüş söyməz, heç kəsin xətrinə dəyməzdi. Stalinin tənqid olunmasına öz şəxsi faciəsi kimi baxırdı, toylarda “Hayastan” rəqsi oynayar, həmişə onun ifadəsilə desək, ümumittifaq ağsaqqalı Mixail İvanoviç Kalinindən sitat gətirər, sevdiyi şüarı “Yaşasın Lenin, Stalin milli siyasəti” şüarı idi. Oğlanları tərifləyəndə “sağ ol, qoçaq!” deyərdi, qızlara acığı tutanda “cənənbər” deyərdi. Bu gün də mən bu sözün mənasını bilmirəm. Amma bir şahidi olduğum hadisəni sizə də çatdırmaq istəyirəm. Cəbrayıl dayı kənd sovetinin sədri idi. Özü də bir neçə adı könüllü vergi olan vergini verməmiş kolxoxçunu idarəyə çağırmışdı. Onların arasında mənim dostum Pəhləvanın anası Xanımağa xala da vardı. Cəbrayıl dayı ondan soruşdu: — Xanımağa, niyə könüllü vergini vermirsən? Könlüm yoxdu, vergini vermirəm! Cəbrayıl dayı hirsləndi, nə hiısləndi: —Kəs səsini, Buxarinin qızı, Zinovyevin qızı. "Könüllü vergidən söz düşmüşkən Məşədi Muxtar əminin bir kəlamını yada salmaq istəyirəm. Məşədi Muxtar əmi deyib: — Könlümə qalsa bu hökumətə (Şura hökumətinə) qurumuş incir yar pağı da vermərəm! — Bəxtiyar əminin dostlarından olan Mürid əmi and içirdi ki, Bəxtiyar mənim yanımda dedi ki, həbsxanada olanda məhbuslarla görüşə gələndə Kalininin (SSRİ Ali Sovetinin sədri) başını qırxmışam. Bu barədə Bəxtiyar əmidənsoruşandahirslə: — Yalansa, Müridin dədəsinin... deyirdi. Bəxtiyar əmi yaxşı arıçı kimi də məşhur idi, qəssablıq da edərdi. Kənd yerində lazım olan bütün sənətləri bacarırdı, baltası, dəhrəsi, dəryazı, bağ qayçısı, dəmirkəsən qayçısı kənddə hamının alətlərindən kəsərli olardı. Gopçuluğu olmasa, kənddə hamıdan bacarıqlı, məharətli kişi idi. Bir dəfə əmisi kürəyindəki dolu xəşəni göstərib: — Bəxtiyar, bu nədir? deyə soruşur. — Kəklikdir, əmi! — Ə, axmaq, hamıya gop gəlmişdin, qalmışdım mən?! Əmisi şəxsən mənə danışırdı ki, xəşəni yerə qoydu, ağzını açdı və yerə əydi, xəşədə iyirmi səkkiz kəklik vardı. Bəxtiyar əmi təhsil görməmişdi, ona görə də çox vaxt danışığında dolaşıqlığa yol verirdi. Bir dəfə əmi əlindəki qırxlığı (qoyun qırxmaq üçün istifadə olunan qayçı) tərifləyirdi: —Otuz beşinci ildə Gəncəyə getmişdim, girdim dəmirçi dükanına, gör düm qırxlıq var, soruşdum neçəyədir, dedi öç manat, çıxartdım altı manat verdim, dedim mənə bir qırxlıq düzəlt! Amerikanski maşının resorundan kə sib düzəltdi bu qırxlığı. Dayım dilləndi: — Bəxtiyar bibioğlu, otuz beşinci ildə Gəncədə amerikanski maşın yox idi axı! — Kəs səsini, Nikolay vaxtı Şura hökuməti hər yeri aimışdı. Bəxtiyar əmi gop deyəndə həmişa zəngilanlı bir şahid göstərirdi: —İnanmırsan, get Bartazlı Əlidən soruş, yaxud Hacallı kəndində Dünya malıdan soruş və s. Bir gün Bəxtiyar əmi kolxoz tövləsinə işıq çəkən Nuruşa deyir: —Sən haranın montorusan (montyoru), işıq çəkirsən?! —Sən haranın dəlləyi idin, gedib Kalinin yoldaşın başını qırxdın?! Məmi məndən incisə də, Bəxtiyar əmi belə Bəxtivar əmiydi. Kəndimizin yaxşı kişilərindən biri Abdun əmi idi, səxavətinə, insanlığına söz ola bilməzdi. Məşədi Orucqulu əmi kimi onun da adı çəkiləndə xorla rəhmət oxunur, söhbətləri, kəskin cavabları camaatımızın yaddaşından silinir. Altmışıncı illərin əvvəllərində milnyyətcə rus olan bir zastava rəisi qayıqlı motosikl almaq üçün kənd camaatından iki min manat borc istəyir, verən olmur, söhbətin üstünə gəlib çıxan Abdun əmi əhvalatdan xəbər tutan kimi: — Gözlə, mən gedim gətirim, deyir və iki min manatı gətirib verir. Bir aydan sonra zastava rəisini hərbi akademiyada oxumaq üçün Moskvaya göndərirlər. Abdun əminin qohumları: — Gördün, indi urusu tap, pulunu al, ay tapdın e, pulun batdı! — Mənim pulum halal puldu, batmaz! Bir aydan sonra Abdun əmiyə kəndimizdə deyilən kimi "basılqa" gəlir. Abdun əmi gedib alır; bir drap palto, bir kiloqram hindçayı. Bir ay da keçəndən sonra iki min manat və minnətdarlıq məktubu. Abdun əmi paltonu rəhmətə gedənə qədər geyindi, qeyrimillətin yanında xalqımıza yaxşı ad qazandırdı. Abdun əmi toylarda “Ənzəli” oynayardı, həm də çox məharətlə oynayardı. Deyirdilər ki, gəncliyində, Bakı neft mədənlərində işləyəndə rəqs etməyi öyrənib, fanatizmin düşməni idi, elə ona görə də qatı mövhumatçı olan qohumu Tahməz əmiylə yola getməzdi, hər kəlməbaşı Allaha, peyğəmbərə, imamlara and içəndə daha çox açığı tutardı. Bir dəfə Təhməz əmi: — Əbülfəzlabbas haqqı, məni söyənin bağırsaqlarını qıçlarına dolayaram,- deyəndə hirslənmiş Abdun əmi: — Get, güzgüyə bax, gör Əbülfəzlabbas səni nə günə salıb! deyir. Abdun əmi qardaşı oğlu Muxtara (Abdun əminin öz övladı yox idi) pul verir ki, sən də qonşumuz Orucun maşınından birini al. Muxtarın maşını "Jiquli" idi. Maşınların markasından başı çıxmayan Abdun əmi, nəhayət, Muxtarın kələyini başa düşür: —Ay karsız, sənə demədim Orucun maşınından al, gedib iki qapılı ma şın almısan! - deyir və onu danlayır. Abdun əmi gənclik illərində Bakıda, neft mədənlərində işlədiyi üçün rus dilini bilirdi, amma azaz danışa, arvadına acığı tutanda onu rusca söyərdi. Kənddə ali məktəbə gələn gənclərlə maraqlanar, gələcək ixtisasları ilə tanış olardı. Möbariz danışır ki, bir tətil günündə Abdun emi məndən soruşdu: — Hansı sənəti seçmisən, hansı məkfəbdə oxuyursan? — Bakı Dövlət Universitetinin hüquq fakültəsində! — Ordan nə çıxır, mənə onu başa sal! dedi. Mən hüquq fakültəsi, onun əhatə etdiyi sahələr haqda məlumat verdim. Abdun əmi: — Yaxşı sənətdi, yuxarıda adamın ola, dedi və yanımda dayanan Sərasətdən soruşdu: — Sən harda oxuyersən? — Dənizçilik məktəbində. — Nəçi olacaqsan, mənə onu başa sal! Sərasətdən əvvəl mən dilləndim: —Gəmi kapitanı olacaq, Abdun əmi. Abdun əmi əlindəki eşmədən bir güllab vurub: —Ondan gəmi kapitam olmaz! - dedi. Sərasət hirslihirsli soruşdu: —Niyə olmur? Kapitan olanlar məndən artıqdı? — Tvoy rost ne pozvolyayet! deyə Abdun əmi boyca balaca olmasına işarə etdi, sonra mənə baxıb: — Bu nə şalvardı geymisən? ö$yərək şalvarımın dar balağına işarə etdi. — Şalvardı də! — Şalvar olmağına şalvardı, amma neobıknovennı şalvardı. Abdun ərainin sözsöhbəti çoxdu, amma "Xatirətər işığında" adlı əsərdə onun haqqında geniş məlumat vermişəm. Kənddən qaçmağa məcbur olan şəxs Qasımov Şahmurad olmuşdur. 0, da sahə müvəkkilinin azğınlığına dözməyərək onu döymüş, Hacıqabul stansiyasında yaşayan qohumlarının yanına qaçmışdı. Bu günə qədər də həmin stansiyada yaşayırvə işləyir, kəndimizin Hacıqabbulla qohumçuluq əlaqələrinin artıb möhkəmlənməsində də mövqeyi olmuşdur. Ali məktəb illərində ona çox əziyyət vermişik. Qardaşı Şahvələd Kənd Təsərrüfatı İnstitutunda oxuyurdu, mənimiə də dost idi, amma hamımız - mən, Şahvələd, Əjdər, Nəsibə, Məleykə Əli Bayramlı stansiyasında qatardan düşür, Hacıqabula Şahmuradın evinə gedirdik, orada gecələyir, bütün günü istirahət edir və axşam Bakı-Tiflis qatarıyla Gəncəyə yollanırdıq. (Əllinci illərdə həmin istiqamətdə yalnız bir qatar gedirdi). Sonra Şahvələd də hacıqabullu qızla Xanımzər xanımla evləndi, Şahvələdin baldızı isə aldərəliylə Əsgərov Məmmədqulunun oğlu İbrahimlə ailə qurdu ki, bütün bunlar Şahmuradın Hacıqabula qaçmasının nəticəsi idi. Kəndimizdən çıxmağa məcbur olan adamlardan bir çoxunun övladları məsul dövlət vəzifələrinə yüksəlmiş bütün Azərbaycanın tanıdığı şəxsiyyətlərə çevrilmişlər. Belələrinə RAğayevi, Abbas Bağırovu, Məmmədəli Qurbanovu, Sultanqulu İmanovu və s. nümunə göstərmək olar. Firidun Ağayev hələ inqilabdan evvəl Bakıya, - neft mədənlərində işləməyə gəlib, həmin vaxt kənddən Bakıya gələnlər çox idi, demək olar ki, onlaria gənc iş üçün gəlirdi. Başqalarından fərqli olaraq aldərəlilərin işə düzəlməsi asan idi, çünki Fərəcbəy Hüseynbəyov neft milyonçularından hansınınsa kadr işinə baxırmış. (Fərəcəbəy dövrünə görə savadlı, həm də rusca yaxşı bilən adam imiş). Firidun yaşca kiçik olduğu üçün neft mədənlərində işləyə bilməzdi, ona görə də lokomotiv deposunda çilingər şagirdi vəzifəsinə düzəlir, sonra çilingər, maşinist köməkçisi, maşinist işləyir, nəhayət Azərbaycanda ilk Sosialist Əməyi Qəhrəmanı olur. Onun bu yüksək ada layiq görülməsi kəndimizdə bayram şənliyinə çevrildi, həmyerlilərinin fəxr etdiyi şəxsiyyətə döndərdi, respublika Ali Sovetinə deputat seçildi. Lokomotiv deposunda təlimatçı maşinist kimi fealiyyəti dövründə əsl tərbiyəçi kimi şöhrətlənmişdir, onu yaxşı tanıyan, milliyyətcə rus olan Smolnikov familiyalı bir nəfərdən onu soruşanda haqqında elə gözəl fikirlər eşitdim ki, ancaq fərəh hissi duydum. Gözlərimin önündə Firidun Ağayevin qəhrəman deputat kimi kəndə ilkgəlişi canlandı, ilk dəfə qızıl medal, deputat nişanı görürdüm, Nübar nənəmin doğmaca əmisioğlu olması ilə fəxr edirdim. Kəndimtzin yetişdirdiyi gözəl insanlardan biri Abbas Bağırov idi, ona görə yox ki, yöksək vəzifə sahibi idi, sözün əsl mənasında zəhmətkeş adamlara qarşı qayğıkeş idi, bu gün də adı çəkiləndə tanıyanların hamısı ondan ağızdolusu danışır, rəhmətlə yad edirlər. Onun kəndimizə də böyük faydası olmuşdu, yeni mədəniyyət sarayı, yeni orta məktəb tikilməsi məhz onun adıyla bağlıdır, məsələni açıqlayım, tez-tez kəndə gələr, kəndin abadlaşması qayğısına qalardı. Rəhmətlik üç çağırış dalbadal SSRİ Ali Sovetinin deputatı seçilmişdi, həmin illərdə Ermənistan Nazirlər Sovetinin sədri də deputat idi, onun vasitəsilə kəndimizdə mədəniyyət evi və məktəb tikdirdi, təəəssüfiər olsun ki, hamısı çörək itirən ermənilərə qaldı. Abbas Bağırovun atası Məşədi Məhəmməd kəndən çıxanda anaları rəhmətə getmiş, iki oğlu Bağır və Abbasla çıxmışdı. Kiçik qardaş Məşədi Məhəmməd əvvəlcə Hacıqabula gəldi, bir müddət burada yaşayıb işləyəndən sonra Gəncəyə köçdü. Orada vağzalın yaxınlığında ev tikib yaşamağa başladı. Abbas orta məktəbi bitirib Tiflisdəki Zaqafqaziya Dəmiryol Mühəndisləri İnstitutuna daxil oldu, bir müddət Zaqafqaziya dəmir yolu Ələt hissəsinin baş mühəndisi oldu, sonra Bakı hissəsinə dəyişildi, sonra o Azərbaycan dəmir yolunu Zaqafqaziya dəmir yolundan ayırmağa nail oldu və uzun müddət Azərbaycan dəmir yolunun rəisi vəzifəsində çalışdı, həm də şərəflə çalışdı. Məmmədəli Qurbanovun adı Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır, Sovet hakimiyyəti illərində mühüm postlar tutmuşdu, mədəniyyət naziri, kinomotoqrafiya komltəsinin sədri, hətta Bakı Şəhər Partiya Komitəsinin birinci katibt olmuşdu, birinci katib seçiləndə həmyerlimiz Allahverdi kişi demişdi: — Çox fərasətli uşaq idi, mən bilirdim ki, yaxşı vəzifə tutacaq, bəlkə gəlib kənddə kolxoz sədri də oldu. Məmmədəli Qurbanovun qardaşı İsmayıl Qurbanov da bir neçə il Yevlax Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur. Sultanqulu İmanov müharibə illərində hərbi tribunal, uzun illər Respublika Ali Məhkəməsinin kollegiya üzvü, Ali Məhkəmə sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Onlar öç qardaş olmuşlar, - böyük qardaş Məşədi Hüseynqulu, ortancıl Abbasqulu, kiçiyi Sultanqulu. Abbasqulu müharibədən qayıtmamışdır. Müharibədən yaralı qayıtmış oğlu Həsən müəllim mənim nəzərimdə ən yaxşı müəllim, həm də ən yüksək insani keyfiyyətləri olan şəxs idi, şəxs yox, şəxsiyyət idL Digər iki oğlu da Kərimqulu və Zaman müəllim idilər, lakin heç biri Həsən müəllimin səviyyəsinə yüksəlməmişdi. Acıqlan gəlməsin, mən də onlarla həmyerlimiz olan müəllimlər də onun səviyyəsinə yüksələ bilmərik. Bunun üçün onun təbiətində və əqidəsində doğulmaq gərəkdir, onun şəxsiyyəti şəxsən mənim üçün ən böyük müəllimlik simvoludur. Mənə dərs demiş bütün müəllimlBrin ruhları qarşısında baş əyirəm, amma Həsən müəllimi ancaq səcdəyə layiq insan hesab edirəm. Yazdığım bir gəraylıda belə bir bənd var: Birinə verir istedad, Başqasına şöhrət və ad. Bir atadan dördbeş övlad Hərəsi bir təhər olur. Həsən müəllimin yüksək insani keyfiyyəti vardı, bunamin nümunə göstərmək olar, amma hələ orta məktəb illərində gördüyüm bir hadisəni bu gün də yadıma salanda qəhərdən boğuluram. Şimşəkli, leysanlı, ildırımlı bir gün idi, kənddə çaxnaşma düşmüşdü, küçələr, yollar sel gələn çaya bənzəyirdilər. Xebər gəldi ki, Balacagilin evinə ildırım döşüb, ev uçub, hamısı uçqunun altında qalıblar, bütün kənd oradaydı, hamı işləyirdi, çökmöş damın altından ağlamaq səsi eşidilirdi, deməli sağdılar, onları xilas etmək lazımdır. Hamıdan ürəkiə, hamıdan sürətlə Həsən müəllim işləyirdi. O, iri daşları elə asanlıqla götürüb kənara atırdı ki, elə bil atdıqları daş yox, taxta idi. Ən tez Balacanı xilas etdi və sevindi, az keçməmiş anası Təzəgül xala da xilas oldu, uçqun altda Balacanın bacıları Səadət və Tərian qalmışdılar, yağış zəifləsə də dayanmamışdı. Həsən müəllimin alnındatəriə yağış birbirinə qarışmışdı. Dişləyir, işləyirdi bu dəm çöhrəsində sevinc parladı, Səadət də sağsalamat çıxdı, torpaqlar altda qalan təkcə Tərlan idi, əli belli adamlar işləyir, tez-tez birbiriərini əvəz edirdilər. Əvəzedilməyən təkcə Həsən müəllim idi, birden Tərianın ayaqlarını gördü, bədəni üzərinə düşən daşları, pərdiləri tez-tez götürüb atdı və birdənbirə elə hönkürdü ki, hamı səksəndi, Tərlan ölmüşdü. Kəndimizdən gəlib Bakıda yaşayan adamlar arasında öz həmyerlilərinə ən çox hörmət edən insan Həzrətqulu əmi idi. Əslinə qalsa biriki il məktəbə getmişdi, amma mütaliə yol ilə elə savadlanmışdı ki, heç bir ixtisas sahibi ilə danışmağı bacanrdı, xüsusən Mustafa Kamal paşaya aid çoxiu mütaliə edirdi. Bir dəfə ondan Türkiyədə SSRİ-nin səfiri olmuş V.Aralovun “Vospominaniye sovetskoqo diplomata” adlı kitabını aldım ki, oxuyam, kitabı kimsə oğurladı. El arasında deyildiyi kimi az qaldı məni öldürsün, yaxşı ki, həmin kitabdan birini tapdı, yoxsa vəziyyəti mürəkkəbləşərdi, o da dəmiryolçu kimi çox məşhur idi, həm insanlığına görə, həm də müxtəlif vəzifələrdə işlədiyinə görə. Azərbaycan dəmir yolu səmişin xidmətinin rəisi, o zamanlar adlandığı kimi desək qatar rəisi, Bakı dəmiryol texnikumunun direktoru, ən çox isə mцəllimlik etmişdir, yəni maşinist köməkçilərinə, maşinistlərə kurslarda dərs demişdir, o səbəbdən də maşinistlərin əksəriyyəti ona “Həzrətqulu müəllim” deyirdilər. Həzrətqulu əmi ulu Sabirin şerlərini ezbər bilirdi, Mirzə Cəlili, Ə.Haqverdiyevi sevəsevə oxuyardı, Məmməd Səid Orbubadi ilə dost idi, tez-tez kəndə gələr, gələndə də meşəni, dağı dolanar, çobandoğraması yeyər, hər işlə maraqlanardı. Stalini, onun siyasətini bəyənməzdi, inandığı adamların yanında onun rejimini “qanlı rejim” adlandırardı, ondan xoşu gəiməyən müharibə dövrü kolxoz sədriərini, partkomları lağa qoyardı. “Qaladaışna xitab” adlı şerimdə Həzrətqulu əmiyə ayrıca bənd həsr etmişəm: Həzrətqulu əmi yaşar Bakıda, Var-dövləti, hər şeyi var Bakıda. Sən yadına düşsən coşar Bakıda. Tez-tez sənin görüşünə gələr o, Özün ancaq burda xoşbəxt bilər o! və bir qədər keçəndən sonra: —Vay öldüm, bağırsaqlarım doğranır, kömək elə! Həzrətqulu əmi başladı əmimi yamsılamağa, olanları təkrar etməyə, bir qədər kəndə tərəf qaçdı, sonra hirslihirsli: — Əclaf, dedim ki, içmə, mən indi Əhmədə, Fatmaya nə cavab verəcəm?! (Əhməd və Fatma Həzrətqulu əminin övladlarıdır). — Ay avam, sudan adama nə zərər yetər, əksinə, belə sular müalicə edirlər. Mənim zarafat etdiyimi görüb acıqlandı və “ay axmaq, belə də zarafat olar, ürəyimi qırdın ki” - dedi. Kənddən köçənlər içərisində Məmmədkərim, Əbdülkərim və Həzrətqulu İbrahimov qardaşları da vardı. Böyük qardaş Məmmədkərim, kiçik qardaş Həzrətqulu Gəncəyə, ortancıl qardaş Əbdülkərim isə Bakıya köçmüşdülər. Qardaşlar hər üçü dəmiryolçu idilər, Məmmədkərim o zamanlar ticarət şöbəsi kimi fəaliyyət göstərən FTŞ-də (Fəhlə Təchizat Şöbəsində) rəhbər vəzifədə (ya rəis olardı, ya müavin) işləyərdi, kiçik qardaş Həzrətquluya “Qulu mastır” deyərdilər, 2N-li dəmiryol peşə məktəbində usta vəzifəsində çalışırdı. Dəmiryolçuların dram dərnəyində həmişə baş rolları (Vaqif, Qaçaq Nəbi, Qatır Məmməd, Bəhram, Oqtay və s.) ifa edərdi, hamı tərəfindən bəyənilərdi. Onlar da yuxarıda bəhs etdiyim Gəncili tayfasından idilər, Məmmədkərim mənim Zərif bibimlə, Əbdülkərim, Mehdiqulu eminin qızı Sona ilə, Həzrətqulu rusla ailə qurmuşdu, adı Tatyana idi, ancaq Tanya" deyirdilər. Onların Şahzadə adlı bir bacıları da vardı, mərzitli Məmmədrzaya ərə getmişdi, onun da iki oğlu (isa, Musa) bir qızı (Nazlı) vardı, hər üçü ali məktəb bitirmişdi, İsa Moskvada Tibb İnstitutunu, Musa indiki Neft Akademiyasını (texnika elmləri namizədliyi), Nazlı isə Kənd Təsərrüfat Akademiyasının baytarlıq fakültəsini bitirmişdilər, İsa Gəncədəki aviasiya hərbi hissənin baş həkimi polkovnik, Musa Azərbaycan Elektrik Sazlama zavodunun direktoru, Nazlı isə partiya xətti ilə kəndə göndərilmiş kojxoz sədri idi. İsa öz kəndimizdən olan Kərbəlayı Fəttahın kiçik qızı Firuzə ilə evlənmişdi. Firuzənin böyük bacısı Ruxsarə alman dili müəllimi idi, pedaqoji elmləri namizədiydi. Bakı Dövlət Universitetində dərs deyirdi. Onun əri Eynulla Fərəcov nəqliyyat polisinin kadriar şöbəsinin rəisi idi, podpolkovnik rütbəsində istefaya çıxdı. Eynullanın kiçik qardaşı Saiamulla Milli Təhlükəsizlik Komitəsinin əməkdaşı idi. O, poikovnik rütbəsində istefaya çıxıb, bacıları Pərnisə yuxarıda haqqında söhbət açdığım İsmayıl Qurbanovun həyat yoldaşı idi. Onlann atalan Məşədi Səfər mərzitli idi, amma ondan başqa da kəndimizdə iki Məşədi Səfər vardı, amma birinin (mərzitli Məşədi Səfərin) familyası Babayev, digərininki Quliyev idi. Quliyev Məşədi Səfərin evi kəndin “Süleyman yeri” deyilən məhəlləsində idi, kişinin altı oğlu, bir qızı vardı. Qızı Züleyxa bibisioğlu israfilə getmişdi, İsrafil haqda başqa əsərlərdə söhbət açmışam, peşə məktəbim bitirsə də, hazırcavab bir adamdı, söz üçün cibə girənlərdən deyil. Quliyev Məşədi Səfərin böyük oğlu Qəhrəman bizə dərs demiş Yevgeniya Mixaylovna ilə evlənmişdi, sonradan köçüb Gəncəyə getdilər. Məhəmmədlərdən üçüncü arvadının adı Mədinə idi, dükançı, arabaçı, dəmiryolçu məhəmmədlərin, bundan başqa da İldırım oğlu Məhəmməd, Maşıoğlu Məhəmməd, Vəlioğlu Məhəmməd, Səfərov Məhəmməd və s. Dəyirmançı Məhəmməd atamın dostu idi, zarafatçıl, baməzə adam idi. Oğlanları İsrafil və Məzahir kolxozun qatırlarına, ayrı-ayrı adamların uzunqulagına palan tikəndilər, yuxarıda dediyim kimi, İsrafil hazırcavab və söyüşçül bir adam idi. Bir dəfə İsrafili yaylaqdan pətək gətirməyə göndərdilər, kəndə az qalmış kəhrizin yanında arılar çıxır və eşşəyi çalır. Eşşək şıllaqlamağa başlayanda arılar tökülüb İsrafili ütürlər. İsrafil çay aşağı qaçmağa başlayır, atası qarşısına çıxsa da İsrafil dayanmır, arılardan qurtarmaq üçün daha sürətlə qaçır. Onun yolunu gözləyən Kərbəlayı Muxtar əmi soruşur: — Məhəmməd, İsrafil gəlmədi? — Gəldi, ağadadaş (kəndimizdə böyük qardaşlara belə müraciət olu-nurdu). — Gəldisə bəs hanı? — O cür ki İsrafil qaçırdı, indi Arazı keçmiş olar! — Pətəklər necə oldu, söyüş söyürdü, kimə söyürdü? — Narahat olma, ikimizə də çatdı, soruşdum ki, eşşək hanı, pətəklər hanı? Cavab verdi: — Eşşək sahibinin də, ... pətək sahibinin də... sağ olsun fərq qoymadı. Kərbəlayı Müseyibin üç oğlu vardı, Muxtarov Həsən, Hüseyn və Tofiq. Hüseyn atasilə birlikdə Gəncədə yaşayırdı, parovozda maşinist idi, sonra teplovoz maşinisti oldu. Həsən Muxtarov Zaqafqaziya Dəmiryol Mühəndisləri İnstitutunu qırmızı diplomla bitirmişdi, Politexnik İnstitutunda müəllim, Xalq Təsərrüfatı Şurasında Nəqliyyat Şöbəsinin rəisi, Azərbaycan dəmir yolunda hərəkət xidmətinin rəisi və s. vəzifələrdə çalışmışdı. Gəncə stansiyasındakı 20 N-li dəmiryol orta məktəbini qızıl medalla bitirən Tofiq indiki Neft Akademiyasını bitirmişdi, uzun müddət Azərneftdə trest rəisi işləmişdi. Hər üçünə Allah rəhmət eləsin, yaxşı insanlardı, Tofiqlə İsrafil arasında olan bir söhbəti sizə çatdırmaq istəyirəm. Tofiq İsrafili Bakıya oğlunun toyuna dəvət edir, toya gələn İsrafil günorta çatanda Tofiqin yanına gəlir və: — Acından ölürəm, mənə yemək ver! — Mən səni axşama şadlıq sarayında keçirilən məclisə dəvət etmişəm, axşam istədiyin qədər yeyərsən! — Bura bax, kəndə toya gələndə səhər-səhər xaş yeyirsən, günorta bozbaş yeyirsən, axşam-axşam aş yeyirsən, gələndə yoluna hər cür yemək, meyvə, araq qoyuram, sovqat bağlayıram, sən mənə axşam bir damcı yemək verəcəksən, tez ol mənə yemək ver! Əlacı kəsilmiş Tofiq həyat yoldaşını - Nəsibə müəlliməni çağırır: —Ay Nəsibə, tez ol israfilə yemək ver, yoxsa bizi rüsvay edəcək! Kəndimiz Araz çayından iki kilometr yuxarıda, dağlar arasında yerləşir. Əslində Arazın özü də dağlar arasından keçib Kürə, Xəzərə can atırdı. Arazın lap sahilində Aldərə çayının iki yerə böldüyü məhsuldar bağlar vardı, həmin bağlar Kəleybər və Kəvşən adlanırlar. Demək olar ki, həmin bağlarda Qatqazın hər yerindən tez meyvələr yetişərdi. O bağlarda baramaçılıq üçün çoxlu tut əkilmişdi, hələ uşaq olduğum illərdə kənddə ən yaxşı xəbərlərdən biri - Kəvşəndə tut yetişib - xəbəri idi. Kəvşənə gedər cır tut yeyər, hətta konserv qabına yığıb evdəki kiçiklərə də gətirərdik. Mənim orta məktəbdəki ədəbiyyat müəllimim Şirindil Qasımov Oktyabrın anası Səlbi xalanın doğmaca xalası oğludur, həm də qonşu idilər. Günün birində Okıyabrın oğlu Səxavət Şirindil müəllimin oğlu Xəlili vurur, qaçıb içəri girir və qapını bağlayır. Xəlil az qalır qapını sındıra, Oktyabr gedib qapını açır və içəriyə can atan Xəlili tutur. Xəlil dartınır: — Burax, onun dədəsinın... — Dədəsi mənəm də, hara dartınırsan? Oktyabrın anası şair təbiətli, hazırcavab qadındı. Qaçqınlıqdan sonra Gəncəyə getmişdim, Oktyabrı tapdım, evlərinə getdik. Səlbi xala doxsanı keçmişdi. Oktyabr soruşdu: — Nənə (kənddə hamımız anamıza nənə deyirdik) tanıdın kimdi gələn? — Niyə tanımadım, Qukku Mütəllimin qardaşı İbrahimdir. Oktyabr Mütəllimlə çox möhkəm dost idi. Biz kəndda olmayanda atam hər sözü ərklə Oktyabra deyə bilərdi. Bir dəfə kəndimizdə qaz balonlarının qıt vaxtında Oktyabr evimizə balon gətirib, qaz sobasına qoşur. Atamın yaxın dostu Oruc əmi də bizdə imiş. Oruc əmi soruşur — Üç gün bundan əvvəl deyirdin balon yoxdur, bəs bunu hardan tapdın? — Mütəllimin atasına saxlamışdım! — Mən də Cəbrayılın atasıyam! —Get Cəbrayıhn dostundan balon al, mən Mütəllimin dostuyam! Oktyabr uşaq vaxtında çox dəcəl-xata olub. Kənd uşağının isə dəcəl-xatalığı meyvə oğurlamaqdır. Kəndimizdə en yaxşı bağ-bostan becərən Abbas əmiydi - Abbas Qazıyev. Kiçik oğlu Hüseyn (Allah rəhmət eləsin) mənimlə dost idi. Hamının bağından meyvə qurtaranda Abbas əminin bağında qalardı. Hüseyn də həmin meyvəni mənsiz yeməzdi. Oktyabr Abbas əminin bağından nəsə oğurlayır, Abbas emi Səlbi xalanın qarşısını kəsir: — Oxdana de, çalışsın əlimə keçməsin, elimə keçsə öldürəcəyəm. Səlbi xala bu mövzuda bir bənd şer də yazmışdı: Abbas sevər bağçanı, Daha sevməz heç yanı. Deyir ki, öldürəcəm, Əgər tutsam Oxdanı! Səlbi xala ömrünün böyük hissəsini sağıcılıqla məşğul olmuşdu. Ona görə də ilin əksərvaxtını yaylaqlarda keçirərdi. Ferma əvvəlcə Kürdəzirə, oradan Əlvanaya, sonra Əbqasa, sonra da Düzə köçərdi. O yerlərin büllur kimi saf havasını udar, diş göynədən bulaqların suyundan içərdi. Doxsan ildən artıq yaşadı, nə gözlərindən, nə də qu-laqlarından şikayətçi olmadı. Səlbi xala əllinci illərdə bir “Sağıcı” mahnısı da bəstələmişdi, heyf nəqarətindən başqa yadımda qalanı yoxdur: Bijim-bijim, nənəm, nənəm, Səni sağan mənəm, mənəm. Bəlkə də belə mahnını heç kəs bəyenməz, amma nızərə alsaq ki, Səlbi xala bir hərf də tanımırdı, bu şeiri də, bəstəni də yüksək qiymətləndirmək olar. Səlbi xalanın Gəncədə yaşayan bir qardaşı vardı. Bibimgilə qonşu olsa da, Məmmədkərim əmi ilə nərd oynamağa gəlsə də, onun haqqında ətraflı məlumatım yoxdu. O, bizə gələndə üçüncü mərtəbədən aşağı düşməz, əslən aldərəli olan Əjdər müəllimin eyvanına adlayar, oradan da bizə gələrdi. Deyilənə görə, Gəncənin ən yaxşı nərd oynayanlarından sayılırdı. Əjdər müəllim onun haqqında daha yüksəkfikirdə idi: — Cəmi üç-dörd il məktəb görüb, hüquq qanunlarını əzbər bilir. İki dəfə məhkəməyə düşüb, hər ikisində də vəkil tutmadan prosesi udub. Kəndimizdəki çox zirək, işdən qorxmayan kişilərdən biri də Şükür əmi idi. Onun üç oğlu, bir qızı vardı, kiçik oğlu Məmmədəli on üç yaşında daş uçqununda öldü. Böyük oğlu Məhəmmədəli gənc ikən Gəncəyə köçmüş, orada lokomotiv de-posunda işə girmiş, az keçmədən deponun baş ustası, fəxri dəmiryolçu olmuş, dəmiryolçular arasında tanınan şəxsiyyətə çevrilmişdir. Şükür əminin ikinci oğlu Mikayıl idi. Kənd toylarında hamıdan yaxşı rəqs edən, hamıdan uca qəhqəhəylə gülən, həmişə nikbin olan Mikayıl. Motosikl azarkeşi kimi də şöhrət tapmışdı. Çox yaraşıqlı gənc idi, ağappaq, sağlam dişləri güldüyü zaman onu daha yaraşıqlı edirdi. Çox zaman motosikli ilə məni də bağlara, qatara, qonşu dəmiryol stansiyasına aparardı. Məharətli sürucu oisa da, böyük sürətlə sürdüyü üçün çoxları onun moto-siklinə mmməzdi. Mikayıl deyirdi: — Bir dəfə işdən çıxıb evə gəlirdim (Mikayıl da dəmiryolçu idi - yoltəmir briqadiri). Qazax dikinə çatanda Əziz əmi əlini qaldırdı, saxladım. Nə soruşsa yaxşıdır: — Mikayıl, hamısı motosiklin qazıdır, yoxsa öz qazın da var üstündə. Kəndimizdə döyüş filmləri nümayiş etdiriləndə də Mikayıl sakit dayana bilməzdi, vuruşu həyəcanlı səslərlə müşayiət edərdi. Mikayıl toy içində toy idi, kənddə oldumu, orada sakitlik ola bilməzdi. Uşaq güləşdirər, it boğuşdurar, gördüyü əhvalatı həmişə bəzək-düzəklə təqdim etməyi xoşlayardı. Çox təəssüflə bildirirəm ki, Mikayıl Gəncədə qəzaya düşərək rəhmətə getdi. Ürəyimdə ona yas saxlasam da, mərasimdə iştirak edə bilmədim ki, bu halı bu gün də özümə bağışlaya bilmirəm. Elə he-sab edirəm ki, nisgilli, qərib ruhuyla məni qınayır, “Dostluqda sədaqətin bu qədərmiş?”, - deyir. Aldərə kəndindən Gəncəyə və Bakıya mühacirət edərlərdən çoxu bəy nəslindən olanlardı - Fərəc bəy, Surxay bəy, Abbasqulu bəy, onun qardaşları və s. Əslində düzgün iş görmüşdülər, çünki kəndimizdə qalanları əllərinə fürsət düşmüş ermənilər min bir bəhanə ilə gedər-gəlməzə göndərirdilər. Onlardan elə şəxslər var ki, onları çox yerlərdə - Bakıda, Gəncədə də tanıyırlar. Belələrindən biri müxtəlif vəzifələrdə işləmiş Ələkbər Səfərov olub. O da Gəncədəki iyirmi nömrəli dəmiryol orta məktəbini qızıl medalla bitirib. O zaman respublika ali məktəblərinin ən üstünü sayılan indiki neft, qaz sənayesi işçiləri həmkarlar komitəsinin sədri, Gəncə Şəhər İcraiyyə Komitəsinin sədri və s. yüksək vəzifələrdə çalışmışdır. Onu bir neçə dəfə görmüşdüm. Zahirən də gözəl insan idi. Atası, əmisi, qardaşı, hətta nəslin bir neçə nümayəndəsi dəmiryolçu idilər. Ümumiyyətlə, Gəncəyə köçmüş həmkəndlilərimizin çoxu dəmiryolçulardılar. Hətta FTŞ (fəhlə təchizatı şöbəsində) ticarətlə də məşğul olanların çoxu əksər vaxt aldərəli olublar. Çox təəssüflənirəm ki, onlardan biri - Imran əmi haqda məlumatım çox azdır. Halbuki mehriban və səmimi şəxs idi. Qardaşı Məşədi Məhəmməd haqda da çox az məlumatım var. Yuxanda Şıxıdan, onun oğlundan söhbət açanda demişdim ki, Şıxı kənd və onun ətrafında olan yerlərin adları haqda oğluna məlumat vermişdi. Ona görə də Aldərə və onun ətrafındakı yerlər haqda məlumat vermək istəyirəm. Qoy aldərəlilər köçürüləndən sonra da doğulanlar daha Aldərə haqda məlumata malik olsunlar. Aldərədən yaylaqlara üç yol aparır. Onlardan biri haqda çox az məlumatım var. Bu İyis tərəfdən Meydan Gədiyihə, Pageyə gedən yoldur ki, həmin yolla mən bircə dəfə, uşaq ikən gəlmişəm. Onun mərhələlərini əzbər bilirəm. Ona görə ki, həmin yollan əzbər bilirəm, xüsusilə avtomobil yolu hazır olandan sonra demək olar ki, üç yol bir yolla əvəz olundu və əsasən birindən istifadə olunmağa başladı, digər yolları ot, kəsək basdı. Çaydan qurtarandan sonra Dəyir-man dolayısı, Dəyirman yoxuşu, Molarxacı, Sarı qədik, Qurum dərə, İstəkanı mani, Qozlu dərə, Qara Su, Qılçıqlı dərə, Tas dərəsi, Tas, Tas yoxuşu, Uzun zəmi, Dəmirov suyu, Mixer və nəhayət Abkəs. Üç kiçik çayın arasında yerləşən Abkəs bulaqların, meşələrin əhatəsində salınmış alacıqlar, yuxarısında və aşağısında zəmi yerləıi olan sahələrlə məşhur idi. Həmin zəmi yerlərində nə əksən olardı, Ancaq kolxoz taxıl əkirdi, köhnə alban kilsəsinin yanında olan xamanlarda taxıl döyülərdi. Çox adamlar elə zənn edirdilər ki, həmin kilsələr erməni kilsələridir, amma onlann hamısında Vank kilsəsində, Abkəs kilsəsində, Tas, Əlvana, Sevadan, Mallev kilsələrində olmuşdum, heç biri erməni kilsəsi deyildi, daşların Qzərindəki yazıların heç biri erməni əlifbasında deyildi (mən erməni əlifbasını oxuya bilmirəm), amma ermənilər onları erməni abidələri kimi tarixə salmış, “özəlləşdirmişlər”. (Onlar bu sahədə misli olmayan “mütəxəssis”dirlər). Yeri gəlmişkən, bir məsələni də danışmaq istəyirəm. Biz azərbaycanlılar hər cür tədqi-qatçının ərazimizdə tədqiqat aparmasına nəinki icazə veririk, hətta onlara kömək də edirik. Amma çox güman ki, alban əlifbası ilə yazılmış həmin kilsə daşlarındakı yazıları oxumağa heç bir azərbaycanlı tədqiqatçı təşəbbüs göstərməmişdir. Bir vaxtlar xəbər çıxdı ki, həmyerlimiz Şahbalın baldızı, qeyrətli tarixçimiz Fəridə xanım kəndimizə gələcək, bir sıra məsələlərə aydınlıq gətirəcək, kilsələrdə olacaq, yazılan oxuyacaq, bu kilsələrin kimə məxsusluğunu, nə vaxt inşa edildiyini müəyyənləşdirəcək. O da hadisələrlə əlaqədar gələ bilmədi, neçə yerdə olan kəndin keçmişindən xəbər verən qəbirstanlıqlardakı daş kitabələr də oxunmamış qaldı. İlk baxışda onlar ərəb əlifbası ilə yazılmış görünürdü. Lakin ərəb əlifbasını bilənlər onu oxuya bilmirdilər. Evimizdə bir mis məcməi vardı. Üzərindəki yazını nə Kərbəlayı Muxtar əmi, nə Mirzə Səlim əmi, nə də atam oxuya bildi. Amma Ağaməli müəllimlə kəndimizə gələn məşhur dilçi Muxtar Hüseynova göstərən kimi, "Əl sənəti Qulamullah" sözlərini oxudu. Kəndimizdəki əlifba bilənlərin oxuya bilmədiklərini deyəndə, səbəbini izah etdi, başqa variantda yazıldığını şərh etdi. Bir dəfə İbiş əmi paltarındakı papiros yanıqlarını saydı və sonra əlavə etdi: —Əbülfəz Abbas haqqı, hələ bu ən az yanığı olan xeyir-şər paltarındı. Bir dəfə kimsə kolxoz sədrinə məlurriat verir ki, İbiş xırmandan dörd pud buğda aparıb evinə, sədr onu çağırıb belə bir siqnal çatmasın-dan danışır, İbiş əmi cavabında: —Düzgün məlumat verməyiblər, mən altı pud aparmışam, deyirəm ay sənin atana lənət, xəbər verirsən, düzgün xəbər ver, de ki, altı pud aparıb, niyə dörd deyirsən? Bu etirafdan nəticə çıxaran kolxoz sədri deyir. —Dur, get, onların deməyinə baxma, mən elə sözlərə inanmaram! Amma İbiş əmi həqiqətən altı pud aparıbmış. İbiş əminin oğlanlarından ikisi - Kərim və Akif sifətcə də, xəsiyyətcə də atalarına oxşayırdılar, Allah hər ikisinə rəhmət eləsin, Akif sonbeşik, Kərim üçüncü qardaş olsa da, erkən rəhmətə getdilər. İbiş əminin sıraca ikinci oğlu, dördüncü uşağı olan Həsən bir çox xasiyyətlərinə görə atasının lap burnundan düşüb. Həsən danışır ki, əsgərliyə gedənə qədər həmişə çarıq geyərdim, ayağımın hansı ölçüdə olduğunu bilmirdim, ona görə də əsgərlikdə ayağımın ölçüsünü soruşanda azərbayoanca bilən bir bakılı rusdan soruşdum: —Əlli dördə rus dilində nə deyirlər? —Pyatdesyat çetıre. Sözlərimə qəhqəhəylə göldülər, sonra əllərində olan ən böyük ölçülü çəkmələri - qırx dörd ölçülü çəkmələri üstümə atdılar, mən ikinci bölmədə yatırdım, oradan özümü aşağı buraxırdım, düz çəkmələrin içərisinə düşürdüm, nəhayət, gecənin birində hamını yuxuya verib, ayağımın ölçüsünü öyrəndim, sən demə ayağımın ölçüsü qırx bir imiş. Ona görə də növbəti ildə qırx bir ölçülü çəkmələr aldım və rahatca gedindim. İbiş əminin ikinci qızı Gülsüm yuxarıda haqqında ətraflı məlumat verdiyim Hidayətlə ailə qurdu, onların iki ogulları və bir qızları oldu, od qədər çılğın olan Vilayəti od apardı, Ədalət mənim qardaşım Şakirin ən yaxşı dostu sayılır. Hidayət müəllimin qızı Səfərəli müəllimin oğlu ilə ailə qurub - Nazimlə. İbiş əminin ikinci oğlu olan Həsən mənim kivrəm Mirhəbibin bacısı Xırda ilə ailə qumb, yəni Miradilin qızını alıb, Miradil ağa mənim yadıma güclə gəlir, amma arvadı Tutubəyim bibi haqda sizlərə ətraflı söhbət açacam. Tutubəyim bibi həmin Tırtubeyim bibidir ki, kolxoz ilk partiya təşkilatının katibi - milliyyətcə erməni olan Qonsuria söhbətlərinin şahidi olmuşam. Tutubəyim bibi həyətdəki tut ağacının dibində əyləşib nə isə tikirdi, Qonsur evin alt tərəfindən keçən yolun həyət tərəfindəki çəpərə yaxınlaşaraq: — Tutubəyim, hamı işə gedib, sən niyə həyətdə oturmusan, işə getmirsən? — Qonsur, əvvəl Lenin, ondan sonra da Stalin öz qızıl qələmilə yazıb ki, əlli beş yaşı tamam olan qadın işləməməlidir, mən işləmirəm, oğlanlarım, qızlarım işləyirlər. — Sənin tayların staxanovçudurlar, sən də işə getmirsən! — Staxanovçuların çoxu xəstəlik tapıb öldülər, balaian yetim qaldı: — Tutubəyim, işə getməsən, səni kənddən sürgün etdirəcəyəml Tutubəyim bibi hirsləndi, nə hirsləndi! —Ay sovet hökumətinin purjinni krovatını qoyub tövlələrdə yatan eşşək, aç qulağını eşit, mən isə getməyəcəm, nə bilirsən, elə! Bu söhbəti atama danışdım, xeyli güləndən sonra dedi: —Tutubəyimin “kolxoz” sözündən allergiyası var, cavanlığında həmişə təknədə un saxlayırdı, briqadir isə çapran kimi əllərini una bulayıb bayıra çıxar, - xəmir yoğurmuşam, qalıb Erab olacaq, bu gün bişirim, sabah gedərəm, - deyərdi, sabah başqa bəhanə tapar, işə getməzdi. Bir dəfə Tutubəyim bibi, mənə belə bir əhvalat danışdı, Kəvşən kəhrizinin yaxınlağındakı zəmi yerində maş əcimişdi - çay maşı, Əlmurad da briqadir idi. Gəldi məni çağırdı ki, get maşı yığ! İki gün dalbadal maş yığmağa getdim, üç-dörd kilo yaxşısında evə gətirdim, qalanlarını arıdıb tərizlədim, çuvala doldurub anbarın qapısına gətirdim. Bütün günü orada qalsa da anbardar Namaz gəlib içəri qoymadı, mən də axşamüstü güc-bəla kürəyimə qaldırıb evə gətirdim, Əmurad gəlib: —Uaş necə oldu, Tutubəyim? — Təmizlədim, çuvala yığdım, aparc qoydum anbarın qapısına, yəqin Namaz götürüb içəri qoyub, çəkdir, nənim günümü yaz, bilirsən nə qədər əziyyət çəkmişəm! — Günüvü yazacam, arxayın ol, ancaq Namaza demək lazımdır ki, heç «ssə deməsin, bir çuval da tapıb yerirs qoymaq lazımdır. —Mənə dəxli yoxdur, mənim günüml yaz, çuvalı tapırsan tap, tapmırsan tapma! —Günüvü də yazacam, çuvalı da teacam, amma sən səs salma! —Əmək günüm yazılandan sonra nəyimə gərək səs salam, gönümü yazmasan, ya az yazsan, əlbəttə səs salaram. Deməyinə görə Əlmurad ona beş əmək günü yazıb ki, sussun, 7 maşın çuvalın itməsindən heç kəs xəbər tutmasın. Müharibə illərində kimin qapısında iri tut ağacı vardısa, hamı ona qibtə ilə baxırdı, çünki ac adamlar tut yeməklə müəyyən müddət aclıqlarını unudurdular. Bizim həyətdə kənddə ən böyük tut ağacı olsa da, müharibə başlanan ildə tutumuz qumdu. Qonşu Təhməz xaloğlunun tut ağacı çox böyük idi, məhəllə uşaqları axşama qədər tutun dibində dayanar, yerə düşən tutu təkcə götürüb yeyərdilər, bəzən yerdən tut götürən uşaq yarısını dişləyir, yarısını da qardaşına, bacısına verərdi. Təhməz xaloğlu bir gün qardaşım Mütəllimdən soruşur: —Xaloğlu (Təhməz əml lap kiçik uşaqlara da xaloğlu deyirdi) eşitmişəm sizdə başqırxan maşın var, zəhmət olmasa gətir, mənim başımı qırx. Mütəllim sevincək evə qaçıb maşını gətirir və güman edir ki, kişinin başını qırxandan sonra deyəcək - çıx tut ye, - həvəslə kişinin başını qır-xandan sonra Təhməz əmi sözə başlayır: —Xaloğlu, and içməsəm ki, heç kəsə deməyim çıx tut ye, yoxsa deyərdim, - çıx tut ye! Mütəllim bu əhvalatı Tutubəyim bibiyə danışır, o da Təhməz əminin yanına gedərək əhvalatı soruşur. Təhməz əmi etiraf edir ki, belə hadisə baş verib, Tutubəyim bibi ona üzüyuxarı: — Elə hesab etmə ki, namaz qılmaqnan, oruc tutmaqnan cənnətə gedəcəksən, sənin yerin cəhənnəmdə hazırdır, ağacda tonla tut ola-ola uşağa tut qıymamısan! - deyir. Hər şeyə inanan Təhməz əmi and-aman etsə də, Tutubəyim bibi mövqeyində qalır. Bakıda neçə dəfə onun görüşünə getmişdim, oturduğu yerdən tərpənmədən çay qoyar, dəmləyər, xörək bişirər və s. necə deyərlər çarpayısının altından lazım olan “gündəlik tələbat mallan”nı çıxarıb istifadə edərdi. Başlıca xüsusiyyətlərindən biri o idi ki, fanatik deyildi, falçıya, peyda olmuş piriərə inar.mazdı, pul qazanmaq məqsədilə yarandıqlarını deyərdi, elə buna görə də bir çox seyidlərin ondan xoşu gəlməzdi, - seyidlərin anası olduğu halda bizim əleyhimizə gedir, - deyirdilər, amma o da sözündən dönənlərdən deyildi. Qonşuluğumuzda yaşayan Abas əminin kiçik qardaşı Əli də köçüb Gəncəyə getdi, az müddət orada yaşayandan sonra həyat yoldaşı Səhərnaz bibi vəfat etdi, həmin vaxt mənim on-on iki yaşım olsa da, indi başa düşürəm ki, onun ölümünün başlıca səbəbl yeganə övladı, - oğlu İsfəndiyarın cəbhədə həlak olması nəticəsində baş verdi, Əli emi başqa qadınla evləndi, oğlanları oldu və s. Əli əmi Gəncəyə köçəndən sonra çörəkçiliklə məşğul olurdu, bu yerdə Ordubada köçən Aldərəlilər yadıma düşdü. Orada sakinləşən ilk aldərəli Qulu kişi də çörəkçiliklə məşğul olmuş, Ordubadda hökumət çörəyinə “bombu” deyildiyi üçün rəhmətlik Qulu əmiyə “Bombuçu Qulu” deməyə başlayıblar. Sonradan bir çox aldərəlilər - Rza, Bəhlul, Hürrü, Novruz və başqaları onun himayədarlığına arxalanıb Ordubada köçmüşlər. Orada yaşamışlar və nəsilləri də hal-hazırda orada yaşayırlar, onu da deyim ki, kəndimizin Ordubadla qohumluğu daha uzun tarixə malikdir. Yəni həmyerlimiz Aslan bəyin bacısı Ceyran xanım ordubadlı Hüseyn bəyə ərə getdiyi göndən başlayır. Bircə onu bilirəm ki, dəllək Bəhlul Ordubada köçəndən sonra qardaşının qisasını almaq üçün dağ-dərələrdən keçərək piyada yolla Aldərəyə gəlmiş, yaylağa gedən yolda ermənilərin qarşısını kəsmiş, bir nətəri da yaxalayıb dağ yollarıynan Ordubada qayıtmışdır. Kəndimizdən Bakıya köçənlər də az olmayıb, Gəncədə olduğu kimi Bakıda da aldərəlilərin əksəriyyəti dəmir yolunda işləyiblər, Azərbaycanda ilk Sosialist Əməyi Qəhrəmanı Firidun Ağayev və kəndlilərimiz, kəndimiz üçün xeyirxahlıqlar göstərən Həzrətqulu emi haqda ətraflı malumat vermiş, zarafatlarından da bəhs etmişdim. Bir dəfə Smolnikov familiyalı bir maşi-nistdən: — Axniedova znayeş, - deyə soruşdum. — Kotoroqo Axmedova, - Xazzata. — Tak i yest! — Spraşivay, yesli kto-to eqo ne znayet, znaçit ne jeleznodorojnik, - deyə cavab verdi, həm də insanlığından, tələbkarlığından ağızdolusu danışdı.

-> Davamı 2-ci hissədə <-
11 Aprel 2010
2096 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur