Reklam



ALDƏRƏ ŞƏHİDLƏRİNƏ
İbrahim Hacıyev

Bu gün yetmiş igid daşa dönərək.
Öz dogma kəndinə görüşə gəlib.
Kim deyər,cəbhədə onlar ölüblər,
Deyərdim hər biri göyə yüksəlib.

Neçə il qovrulub qəmdə Aldərə,
Həsrət yaşayıbdı şadlıga,toya.
Toy məclisi neçə nişanlı gəncin
Bir qara kagıza çevrilib vaya.

Donub yanaqlarda həsrət yaşları,
Nişanlı olanlar qocalıb bu gün.
Birləşib məzarlar,qəbir daşları,
Abidəyə dönüb,ucalıb bu gün.

Barmagında nişan üzüyü olan,
Çox qızlar qocaldı,gəlin olmadı.
Cəbhədən dönmədi onlarla cavan.
Həyatda onlardan nişan qalmadı.

Neçə insan ömrü hicrana düşdü
Hər axşam bir evdən nalə ucaldı.
Bahar gözləyənlər borana düşdü,
Arzular,istəklər gözlərdə qaldı.
Arzusu qəlbində onlarla cavan,
Geri qayıtmadı qanlı davadan.
Isfəndiyar,Qasım,Cəlil,Məmmədxan
Nə nişan gördülər,nə toy gördülər.

Getdi İmanqulu,Məhəmmədəli,
Ölüb qovuşdular əbədiyyətə.
Düşdü əziyyətəyazıq atalar,
Neçə il dözdülər dərdə,möhnətə.

Getdi qayıtmadı biboglum İsa,
Şaqraq gülüşləri qulagımdadır.
Yarı özgələrə yar olanların,
Budur,siyahısı qabagımdadır.

Umudəli,Kərim geri dönmədi,
Aglayıb kor oldu Məşədi Muxtar.
Salıb anasını dərdə, möhnətə,
Arzusu gözündə getdi ixtiyar.

Səfərəli müəllim,Mahmudov Əli,
Getdilər, puç oldu şirin arzular.
Cəbrayıl Əsədov bilmir ki, indi
O ad familyada bir nəvəsi var.

Oğul boya-başa çatdıran ana,
Onun qazancını yeyə bilmədi.
Dünyaya atalı göz açan körpə,
Dil açanda “ata” deyə bilmədi.
Ağır yumruq dəydi Məşədi Fizzəyə.
Dörd oğul,iki-üç nəvəsi getdi.
Onlardan dörd nəfər geri dönmədi,
Köç etdi,köksündə nəfəsi getdi.
Sadıq,Yusif,Əsəd,Məhəmmədbağır,
hələ bir kimsəyə dil açmamışdı.
Musanın,Pənahın arzularısa,
Qönçə tutmuşsa da,gül açmamışdı.

O ağır illəri görməyənlər də
Həmin dəhşətlərdən xəbərdar olsun.
Qoy əl-ələ versin bütün insanlar,
Ki yer üzündə sülh bərqərar olsun.
12 Aprel 2010
520 dəfə oxunub
 
 



 

Reklam

Öz reklamınızı yerləşdirmək  üçün bizimlə əlaqə saxlayın  e-mail: info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur