Reklam



ARAZ DESİN LAYLASINI!
Mir Əsəd

(İmam Əliyə işarədir)
Araz desin laylasını,
Tanrı versin duasını.
El unutmaz obasını,
Əli olub, Əldərədə.

Kürə düzü dönüb düzə,
Kədər, qüssə çöküb üzə.
Niqabını örtüb üzə,
Tənha qalıb, Əldərədə.

Tas alması, tasda qalıb,
Yolu, izi pasda qalıb.
Yaylaqları yasda qalıb,
Bağlar qalıb, Əldərədə.

Bulaqların gözündə qan,
Tapmaz axsın özündə can.
Nəğməsində, sözündə can,
Bulaq qalıb, Əldərədə.

Qoyun-quzu çıxıb yoxa,
Yad donuzu dönüb oxa.
Sahib olub, qalıb dığa,
Evlər qalıb, Əldərədə.

Əbgasımı aldı duman,
Çəkilməsi oldu güman.
Öz izini saldı yaman,
Dığa qaldı, Əldərədə.

Gəray düzü, yurdun gözü,
Çağır desin ordun sözü,
Çıxmayacaq dığa özü,
Dığa qalıb, Əldərədə.
12 Aprel 2010
1513 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur