Reklam



"Qaldı" şeir (Nanə Yavərqızı)
Qaldı
NANƏ YAVƏRQIZI

Uca dağın başı qarlı,
Dərələri gül yarpızlı,
Ətəkləri al laləli,
Düzənlərdə gülüm qaldı.

Bağlarının bəhəri var,
Al şəfəqli səhəri var.
Gecəsində ay oxşayar,
Gündüzündə günüm qaldı.

Vətən, səndə canım qaldı,
Heç doymadım, gözüm qaldı,
Deyəmmədim, sözüm qaldı,
İnanmazsan, qibləm qaldı.
19 Noyabr 2016
1497 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur