Reklam



"Apar məni" şeir (Nanə Yavərqızı)
Apar məni
NANƏ YAVƏRQIZI

Apar məni, xəyal gəmim,
Özün ilə apar məni.
Yalqız qalıb dənsiz zəmim,
Gözün ilə apar məni.

Apar məni ,qarlı dağa,
Tala içi göy oylağa,
Dərə qoynu buz bulağa,
İzin ilə apar məni.

Apar məni , elə bu gün,
Gəl xəlvətcə ,gizlin-gizlin,
Qəlbdən gələn şirin-şirin,
Sözün ilə apar məni.

Apar məni , sən özünlə ,
Üzü bizdən dönən elə .
Od-ocağı sönən elə ,
Közün ilə apar məni .

Apar məni , yalvarıram ,
Daha bəsdir , dözəmmirəm ,
Vətənsizəm , güləmmirəm ,
Özün ilə apar məni .
19 Noyabr 2016
142 dəfə oxunub
 
 



 

Reklam

Öz reklamınızı yerləşdirmək  üçün bizimlə əlaqə saxlayın  e-mail: info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur