Reklam



"Aldərəm" şeir (Nanə Yavərqızı)
ALDƏRƏM
NANƏ YAVƏRQIZI

Yazı çiskin yağışlı,
Sinəsi gül naxışlı.
Gözləri qəm baxışlı,
Doğma yurdum Aldərəm.

Qoynu meyvə bağları,
Sipər çəkər dağları.
Qışın oğlan çağları,
Yaz baharım Aldərəm.

Layla çalar Arazın,
Aşıb-daşar avazın.
Gəlin kimi naz- nazın,
Yaddan çıxmır Aldərəm.

Can ayrılmaz canından,
Ayrı düşdüm elimdən.
Adın düşmür dilimdən,
Sənsiz qaldım Aldərəm.
19 Noyabr 2016
1335 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur