Reklam



74 illik axtarışın sonu

Aldərə sakini Hacıyev Balaca Məmmədxan oğlu 1941-ci ildə Böyük Vətən müharibəsinə çağırılmış, 1942-ci ildən itkin düşmüş sayılırdı. İllərlə sürən axtarışlar heç bir nəticə verməmişdi.

Dəfələrlə SSRİ-nin müdafiyə nazirliyinə və müharibə zonalarına müracətlər edilsə də hər dəfəsində eyni cavab alınıb.

Hacıyev Balaca Məmməxan oğlu 1900-cü ildə Aldərə kəndində dünyaya göz açıb. Hamı kimi ailə qurub, altı uşaq atası olub. 1941-ci ildə hamı kimi müharibəyə çağırılıb və əsgər paltarı geyinib...

“1941-ci ildə Mehri rayon hərbi komisarlığından hərbi xidmətə çağırılıb, 02.1942-ci ildən itkin düşmüş sayılır.” Bu məlumatlar hər dəfə məktublara cavab şəklində verilib. İtkin düşmüşlərlə bağlı bütün mətbuat vasitələrinə edilsə də heç bir nəticə əldə edilməmişdir.

Nəhayət ki, 2016-cı il iyun ayında veb saytlarda yenilənmiş məlumatlara rastlandıq və 74 illik axtarış öz bəhrəsini verdi. Məlum oldu ki, O, 1942-ci ilin dekabr ayında Mazdok şəhərində əsir düşmüş və Almaniyada Qross Born Rederiç hərbi düşərgəsində əsirlikdə olmuşdur. 17 iyul 1944-cü ildə düşərgədə vəfat etmiş 18 iyulda isə dəfn olunmuşdur.

Qross Born Rederiç hərbi düşərgəsində 1941-ci ildən əsir düşənlər saxlanırdı. Dəfələrə yolxucu xəstəliklər yayılmış və əsir düşənlər kütləvi şəkildə vəfat etmişdir. Ölən əsirləri isə düşərgənin ətrafında salınmış qəbiristanlıqda dəfn edirdilər. Məşhur Çaythayn qəbiristanlığı...

Çaythayn Riza şəhərinin yaxınlığında, Drezdenin şimal-şərqində yerləşir. Almaniyada ən böyük Sovet vətəndaşları dəfn edilmiş qəbiristanlıqdır. Vermaxtın böyük poliqonunda 1941-ci ilin may ayında Sovet əsirləri üçün stasionar düşərgə təşkil olunub. Zaman keçdikcə isə düşərgə 1942-43-cü illərdə ehtiyat qospitala çevrilib. Burada 8000 nəfər eyni anda müalicə alırdı. Bura artıq nəinki Sovetler İttifaqından, başqa ölkələrdən də xəstələr gətirilirdi. 1946-ci ildə xüsusi araşdırmalardından sonra məlum oldu ki Çaythayn qəbiristanlığında 32430 nəfər dəfn edilib.

1941-ci ilin iyun ayından dekabr ayına qədər orada minlərlə insan dəfn olunub. 1941-ci ilin dekabr ayında yatalaq xəstəliyi yayılandan sonra qəbiristanlıqda dəfnlər dayandırıldı. Bundan sonra 2-ci qəbiristanlıq salındı.
II Yakobstal qəbiristanlığında 1941-ci ilin dekabr ayından 1942-ci ilin noyabr ayına kimi 8000-ə yaxın insan dəfn edilib. Bundan sonra isə 3-cü qəbiristanlıq salınıb. Burada 1942-ci ilin noyabr ayından 1944-cü ilin sentyabrına qədər bütün vəfat etmiş əsirlər orada basdırılıb.

Qəbiristanlıq hospitaldan 2.5km məsafədə yerləşir və buna görə də meyitləri səhra dəmiryol arabalarında daşıyırdılar.

1946-cı ildə təhqiqat komitəsi Xornburqda 36 qardaşlıq məzarları aşkar edib. 18 sırada 6041 insan dəfn edilib. İndi isə burada 8561 nəfərin dəfn olduğu aşkar edilib və bunlar adbaad öz təsdiqini tapıb.



Mehri rayon hərbi komissarlığından verilmiş itkin düşmüşlərin siyahısı.




Əsirin düşərgədəki qeydiyyat formu





Əsirin ölüm kağızı




4 Sentyabr 2016
1765 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur