Reklam



Yenə də daşnak fikirli ermənilərin qanlı siyasəti Həzrətqulu Əhmədov
Yenə də daşnak fikirli ermənilərin qanlı siyasəti

Həzrətqulu Əhmədov

Çox təəccüblüdür ki, 50 illi bir internasional sovet tərbiyəsi bunların fikrini dəyişməmişdir. Yeniyetmə cavanları acı bir milli ruhda tərbiyələndirirlər. Bu tərbiyə də Azərbaycan Türklərinə qarşı olur.

Hələ çoxdan bizim azərbaycanlı yazıçılar, şairlər Azərbaycan və Erməni millətini qardaşlığa çağırır. Çiyin-çiyinə verib mehriban yaşamaq üçün can qoyur. M.Ə.Sabir, C.Məmmədquluzadə (Kamança), N.Nərimanov (Bahadur va Sona), C.Cabbarlı (1905-ci ildə), S.Vurgun, M.S.Ordubadi Erməni-Azərbaycan dostluğu haqqında əsərlər yazır.

Bu tərəfdən isə vəziyyət bambaşqadır. Zahirən Osmanlı türklərinə qarşı çevrilən bu siyasət azərbaycanlılara da qarşıdır. Köhnə daşnak yazıçılarının çox kəskin millətçi kitabları ruscaya tərcümə edilib satışa buraxılır. Ən millətçi Rəffinin “Xent” adında kitabı buna sübutdur. Belə kitabları oxuyan erməni uşaqları millətçiliyə alışır və qarşıda osmanlı türkləri deyil azərbaycanlılar durur. Aşağıda yazacağım bir neçə hadisə buna sübutdur:

1. Xankəndində bir erməni uşağı öldürülür. Bu ölümü haq-nahaq yıxırlar bir-iki azərbaycanlının üstünə. Bakıdan məhkəmə gəlir. Bu tutulanlara 10 il iş kəsilir. Bu qərardan narazı qalan ermənilər nə üçün bulara ölüm cəzası verilmədi deyə məhkəmə üzvlərinin üstünə düşürlər. Orada olan ermənilər bunun qarşısını alırlar və gizlicə onları qaçırırlar. Ölən uşağın qohumları dustaq aparan maşının qarşısını kəsib benzin töküb yandırırlar. 10-15 dustaq ölür, dustaq aparan əsgərlərdən biri bərk yaralanır. Bu hadisəylə baglı Moskvadan “komitet işçiləri” gəlir cinayətkarlar cəzalarını alırlar.

2. Gəncədə Ermənistan futbolçuları ilə Gəncə arasında oyun vaxtı nizam intizama baxan bir milis zabitinin başına ermənilər qarpız qabıgı keçirib döyməyə başlayırlar. Tamaşaya gələn azərbaycanlılarla ermənilər arasında vuruşma başlayır, oyun pozulur. İş o yerə gəlir ki, üç gün şəhərin ermənilər olan hissəsinə gediş-gəliş kəsilir. Ordu hissəsi işə qarışır qan tökülməsinin qarşısı alınır.

3. 1965-ci ildə bütün Ermənistanda 1915-ci il “erməni soyqırımı”nın 50 illiyinə matəm elan edildi. Yayılan xəbərə görə o gün ermənistanda olan azərbaycanlıları qirmaq fikri varmış. Yenə də işə ordu qarışır, vaxt ikən şiddətli tədbir görülür və bu vəhşiliyin qarşısı alınır. Görənlərin dediyinə görə Yerevan şəhərində yaşayan azərbaycanlı evləri partiyaçılar tərəfindən qorunurmuş.

4. 1965-ci ildə Yerevandan Bakıya gələn sərnişin qatarına 3 vaqon qoşurlar. Vaqonda əsgərliyə gedən uşaqlar olur. Bunlar Noraşen stansiyasında xuliqanlığa başlayırlar. Vaqonun içərisinə daş doldurub azərbaycanlılara atırlar, yerə düşəndə yıgılıb qabaqlarına keçəni döyürlər. Beləliklə qatar Saatlı stansiyasına çatır. Stansiyada Bakıya gələn iki qardaşı daşa basırlar. Uşaqlar yaralanır bunlardan biri ölür.Bu hadisə Saatlı camaatını özündən çıxarır, ara qarışır. Vaqondan atılan daşlar geri atılır.Atılan daşların nəticəsində vaqonlar təmirə getməli olur. 6 saat qatarı stansiyadan buraxmırlar, qana-qan almaq istəyirlər. Vaqon qapiları bərk-bərk bağlandığından bir şey edə bilmirlər. 6 saatdan sonra qatar yola düşür. Bu uşaqları Biləcəri stansiyasında düşürmək üçün bir rota əsgər gəlir və çox çətinliklə bunları düşürürlər.

5. 1968-ci ildə Bakıdan Yerevana gedən qatar Ararat stansiyasına çatır. Orada 5-10 nəfər vaqona biletsiz minmək istəyəndə vaqon bələdçisi bunları buraxmır. Bələdçini bərk döyürlər. Bələdçi də butulka ilə xuliqanın birinin başı yaralanır. Stansiya rəisinin və milis rəisinin üstünə düşürlər ki, necə olur ki, bir türk bir erməninin başını yarır. Qatar Yerevana çatan kimi bunlar hər bir tədbir görürlər. Qatar gələn kimi tökülürlər bələdçilərin üstünə, vur-havur düşür. Heç bir şeydən xəbəri olmayan bələdçilər qaçıb vaqonlarında formalarını dəyişərək sərnişinlərə qarışaraq gizlənirlər. Məhərrəm adında bir bələdçini o qədər döyürlər ki, 5 ay xəstəxanada yatandan sonra bir il birinci dərəcəli əlil olur. Məhərrəm deyirdi ki, məni vuranda bir sərhəd mayorunun atəş açdığı yadımdadır, sonra nə olduğunu bilmirəm. Mayorun açdığı atəşin səsini yaxında olan sərhəd zastavasının əsgərləri tökülüb gəlir, aranı sakitləşdirirlər. Beləliklə, bir neçə bələdçi möhkəm döyülmüşdü. Bu hadisəyə də Moskvada komitetin işçiləri baxdı bə günahkarlar lazımi cəzanı aldılar.

6. 1967-ci ildə getmişdim Şuşaya, çünki, Şuşanı 1915-ci ildə gördüyüm idi, çox gözək şəhər idi, ilin sentyabr ayı idi.
Özüm kimi bir qoca tapdım, dedim xahiş edirəm mənimlə şəhərin yuxarısına gedək. Qəbiristanlığa yaxın bir yerdə söhbət edirdik. Görüş tərəfdən iki böyük avtobus gəldi, içindən 13-14 yaşlı uşaqlar endilər. Bunlara 40-50 yaşlarında bir kişi əlini şəhərin dağılmış yerlərinə uzadıb ermənicə nə isə deyirdi. Yoldaşım birdən mənim sözümü kəsdi və işarə etdi ki, danişma. O erməni dilini bilirmiş, danışığa qulaq verib başını bulayırdı. Soruşdum ki, nə danışır ki, sən belə narahat olursan? O dedi ki, bunlar deyəsən məktəb uşaqlarıdı ekskursiyaya gəliblər. O danışan deyir ki, uşaqlar baxın görün bu erməni şəhərini necə dağıdıblar, hər bir erməni uşağı bu qisası yerdə qoymamalıdır. Gec-tez bunun əvəzi olmalıdır. Bu yazıları oxuyan bilməlidir ki, ata-anaları, müəllimləri uşaqların beynini zəhərləyir onları düşmən ruhunda böyüdürlər. Yuxarıda yazdığım kimi, daşnaklar hələ də susmayıblar, yenə qan içmək fikri başlarından çıxmamışdır.

Bunu da qeyd edim ki, indi azərbaycanlılar 1917-1920 illərdəki adamlar deyillər ki, erməniyə yalvarsınlar: kirvə səni and verirəm qurana, Həzrət Abbasa bizi öldürmə! Yox o şərait çoxdan keçib gedib. Daşnakların zülmü altında, onların vəhşiliyinə qarşı möhkəm birləşmiş, bərkişmiş bir Azərbaycan xalqı əmələ gəlmişdir. Əgər Allah eləməsin bir də elə şərait (yəni 1917-1920-ci illər) araya çıxarsa azərbaycanlılar özlərini qorumağa, düşmənə düşmən kimi cavab verməyə hazırdırlar.

Əhmədov Həzrətqulu 1976-cı il
3 Fevral 2016
1490 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur