Reklam



MÜRİD ƏMİYƏ MƏKTUB GƏLİB (Hekayə) - İbrahim Hacıyev
MÜRID ƏMİYƏ MƏKTUB GƏLİB


Mürid əmi atamla həmyaş idi. Dostluqları və möhkəm zarafatları vardı. Kənddə evlərimiz aralı olsa da, yaylaqda alaçıqlarımız qonşu idi. Amma Mürid əmi işlə əlaqədar olaraq yaylağa az-az gələrdi. Həmişə uzunboğaz çəkmə, qalife şalfar geyər, başına köhnə dəbdə uzungünlüklü şapka qoyardı, müştəklə papiroz çəkərdi. Atam danışardı ki, əvvəər papiroz çəkməyə başladığı vaxt ondan-bundan papiroz, daha doğrusu tənbəki (o zaman hamı eşmə çəkirdi) istəyirdi. Bir dəfə bacısının əri Məhəmməd kəndin ortasında:
- Kim müridə tənbəki versə, zatına lənət! –deyir. Ondan sonra Mürid əmi özünə kisə, qutu bə s. alıb “peşəkar” olur. Mürid əmi xeyli müddət həm öz kəndimizdə, həm də qonşu kənddə kolxozun baş mühasibi olmuş, bir neçə il dükaçı işləmişdir. Kənddə mağazaya mal gələndə dükanın qarşısı tünlük olardı. Mən də özümü ora verib söhbətlərə qulaq asar, kimin nə aldığına baxardım. Bir dəfə mütəlif ölçülü qazanlar gəlmişdi. Hamıdan əvvəl özünü yetirən Məmmədqulu əmi üç qazan alıb bir tərəfə çəkildi, sonra qadınlar içəri dolub səs-səsə verdilər:
- Mürid əmi, mənə bir qastrulka, Mürid əmi mənə iki qastrulka...
Məmmədqulu əmi özünü irəli verdi:
- Mürid, mənə də bir qastrulka!
Mürid əmi ona çəpəki nəzər saldı.
Məmmədqulu əmi yenə:
- Mürid, mənə də bir qastrulka!
Hirslənmiş Mürid əmi:
- Ana-bala düzəldəcəksən, neyniyirsən?! Aldıqlarını işlət, sonra...
Məmmədqulu əmi əlindəki qazanlara baxıb:
- Ayə qastrulka budu? Dilin lal qalsın , Balaxanım qazan de də!
Mürid əminin iki qızı, iki oğlu vardı. Qızlar oğlanlardan böyük idilər. Sən demə, Mürid əmi ilə atama eyni gündə toy olub, ilk uşağı – oğlu rəhmətə gedib, bir neçə ildən sonra qızlar doğulub. Ona göre də qayınanası bizi görəndə deyinərdi. Hətta kimsə bu əhvalatı nənəmə xəbər vermişdi, o da arvada bərk qəzəblənmişdi.
Bir gün Mürid əminin oğlu Adil papiros çəkəndə anası onu “tutmuşdu”. Arvad ucadan deyinir, alaçığın qarşısındakı odunlardan birini götürüb onu vurmaq istəyirdi:
- Yaman günə qalasan, niyə papiros çəkirsəm?
- Dədən çəkib ki, yaman günə qalıb, danıçmağa nəfəsi gəmir, öskürəkdən yata bilmir.
- Mən də çəkirəm ki, yaman günə qalım.
Mən özümü çatdırıb Gülçöhrə xalanı sakitləşdirdim. Adili də bir qədər danlayıb başa saldım ki, papiros zərərli zərərli şeydir, insanın düşmənidir.
Mürüd əmi də atam kimi bağbanlıq edirdi. Iyulun sonu avqust ayı onların isi daha çox olurdu. Ənçirin dərilməsi konserv zavoduna və qurutmaxanaya verilməsi mövsumu idi.Mən atama kömək etmək uçun yaylaqdan kəndə ğetməyə hazırlasırdım. Təbii ki hətta nə bisirdiyimizdən nə yediyimizdən xəbəri olan Gulcöhrə xala kəndə ğedəçəyimi bilirdi. Ona ğorə də mənə dedi:
--Basina dönüm;qıza dir məktub yazdırım apar Mürüd dayına!
--Sevği məktubu aparmaq savabdır .Ancaq yolda oxuyacam ha,sirlərinizin hamısını yazma!
Gulcöhrə xala ürəkdən gülüb:
---Allah səni güldürsün,bizim bizim vaxtımızda sevgi məktubu olmayıb,ağlın indikilərə getməsin.
---Nə göndərsəniz apararam,hazırlayin.
Kəndə gedən maşınlar (əlbəttə yük maşınlari)hava işıqlananda yola düşürdü.Ona gğrə də məktubu bə kiçik bağlamanı axşamdan gətirib verdilər mənə.
Maşın kəndə çatanda iş adamları artıq bağlarda iş üstündə idilər.Atam da bağların Kəleybər deyilən hissəsində əncir yığmağa getmişdi.Bilirdim ki, Mürüd əmi də oradadır.Ona görə də Mürüd əminin bağlamasını və atam üçün gətirdiyim yeməkdən bir qədər götürüb bağa yollandım.Atamın yanına çatanda o,iki-üç qutu əncir yığmışdı.Görüşüb əhvallaşdıq.Nənəmi, yaşca atamdan böyük olan əmimi ,bibimi (yaylaqda alaçıqlarımız yanaşı idi),sonra yaşca məndən kiçik olan qardaşımı soruşdu.
Mən qutu götürüb ona kömək etməyə hazırlaşanda dedi:
---Əlini bulama,qaç çaydanı doldur,gətir çay qoy.Çay içək,çörək yeyək, sonra başlayaq.
Bağın qurtaracağında dərədən kəndin çayı keçirdi.Dərənin kənarında isə çox gözəl,sərin suyu olan Gəvşən kəhrizi axırdı. Havalar isti olanda bu kəhrizin ətrafı adamsız,məclissiz olmazdı Kəhrizin quyuları üç səmtdən gəlib birləşirdi.Ona görədə burada su bol və sərin idi.Özümü kəhrizə çatdırdım. Dostum Qasım da burada idi. Əlindəki kiçik vedrəni su ilə doldurub içinə şaftalı yığmışdı. Mənə şaftalı təklif etdi. Birini yedim. Çox ləzzətli idi.Bir neçəsini də verdi ki, atama aparım.Mən ,,bizim yanımızda da var,, , - desəm də Qasım: ,,heç bir bağda bundan yoxdur,, , -dedi.
Mən güldüm,amma sözündə həqiqət vardı.İri çaydanı doldurub qayıtdım.Atam əvvəlcə sərin su içdi, sonra ocağın yerini mənə göstərdi.Ocağı yandırıb çaydanı üstünə qoydum.Bağın mərzindəki dağdağan ağacının kölgəsində süfrə hazirladım.Atam Mürüd əmini də çağırdı:
---Tez bura gəl,geciksən peşman olacaqsan.
Mürüd əmi gəlib mənimlə əhvallaşdı,yaylaq barədə soruşdu,sonra ailəsini xəbər aldı.Mən bağlamanı ona verdim,açıb baxdı və məktubu götürüb mənə uzatdı:
---Eynəyim evdə qalıb,oxu görüm nə yazıblar.
Onunla zarafat etdim:
---Sevgi məktubunu necə oxuyum?!
---Gülcöhrə xalan yaza bilir ki,sevgi məktubu da yaza?
Atam sözə qarişdı:
---Yaxşı ki,yaza bilmir.
Hamımız güldük,atam mənə göz vurdu:
---Çayımızı içək,sonra oxuyarsan.
Məktubu kənara qoydum,hərəmiz bir tərəfdə bardaş qurub yeməyə başladıq.
Mürüd əmi öz bağlamasından nəsə götürüb süfrəyə qoymaq istədi,atam razı olmadı. Çörək yeyəndən sonra kasalarda çay içdik.Mənə ləzzət verdi.Sonra Mürüd əminin bükülü məktubunu açıb oxumağa başladım.Görünür məktubu evin böyük uşağı – doqquzuncu sinifdə oxuyan Nargilə yazmışdı.Mürüd əmi papirosu damağına qoyub mənə qulaq kəsildi.
---Dədə, salam! Nənəm deryir ki,bu gün, ya sabah bizə un göndərsin.İki ya üç günlük çörəyimiz qalır.Dədə Rüstəm qatırları ayaqlarından bir-birinə bağlayıb. Onlar da iki pətəyimizi aşırıb.Qulu əmim gəldi, baxdı, amma əmələ gəlmədi.
Mürüd əmi Rüstəmin qarasınca danışmağa başladı.Mən ona baxıb susurdum.Bir qədər deyinəndən sonra mənə:
---Oxu görüm! – dedi.
Mən oxumağa başladım:
--- Dədə, sarı inəyimiz xəstələnib, neçə gündür sağmırıq. Mal doxturuna dedik, heç vecinə Almadı.
Mürüd əmi yenə deyindi və sonra sakitləşib dedi:
---Oxu , niyə dayandın?!
Atam dilləndi:
--- Qoy hamısını oxusun, sonra danışarsan.
Mən oxumağımı davam etdim:
--- Dədə, qara erkək xəstələnmişdi, evdə saxlayırdıq, Adil gedib taxtalardan bir şələ ot biçmişdi, Cəmşid alıb töküb kolxozun tayasına.
Mürüd əmi bu dəfə başqa cür başladı:
Beləsinə nə deyəsən, mən burda kolxozun məhsulunu qoymuram zay olmağa, sədr də mənim heyvanima bir bağ otu çox görür.Kolxoz quranın atasına lənət!
Mən dinmirdim, atam isə gülürdü.
Mürüd əminin sakitləşdiyini görüb davam etdim:
--- Dədə, Sərdarın ayaqqabıları dağılıb, ayaqyalın dolanır.Dünən ayağına daş batıb, səhərə kimi yatmayıb.
Mürüd əmi dərin bir qüllab vurub köks ötürdü.
Mən davam etdim:
--- Dədə, Nigar əmicanım qapını açıq qoyub, ala toğlu işəri girib o qədər bugda yemişdi ki, gücnən bıçağa gəldi. Nənəm qovurdu, bir banka da sənə göndəririk.
--- Görürsən gözmuncuğu kimi saxlamışdım, Nigar bacıma nə deyim?!
Mən davam etdim:
--- Dədə Adilin şalvarı cırılıb , nənəm nə qədər yalvardı agı geymədi, ona şalvar al, göndər.
---Bəxtəvər başına , mən evə dönəndə yaylağa gedənlər çıxıb gedir, kimnən göndərəcəm, hardan alacam, heç razmerini də bilmirəm.
Hələ məktub yarı olmamışdı, mən davam etdim:
--- Dədə, nənəm deyir zirzəmidə döyülmüş duz var, götürsün, göndərsin bizə. Üç-dörd dənə də paltar sabunu al, göndər. Dədə neftimiz qurtarıb. İki gündür axşamdan yatırıq, nənəm deyir, bir qab neft göndərsin.
Mürüd əmi hövsələdən çıxmışdı,dodaqları əsir,papirosu çeynəyirdi.Mən isə amansızcasına davam edirdim:
--- Dədə, hinduşka cücələri qırılır, nənəm deyir dərman alsın, göndərsin.İynələməsək, biri də qalmayacaq.
Mürüd əminin rəngi ağarmış, alninda tər puçurlanmışdı.Çətinliklə nəfəs alırdı.Atam hövsələdən çıxdı:
--- Nə oldu qurtarmadı?!
--- İkicə cümlə qalır.
--- Onu da oxu görək daha nə qurtarıb...
--- Dədə, nənəm deyir ki,qənd-çay alıb göndərsin. Dədə, nənəm deyir ki, özündən mugayat olsun, yemək-içməyinə fikir versin!
Mənə elə gəldi ki,Mürüd əmi daha qulaq asmırdı, ya da eşitmirdi.
Günorta kəndə gedib, yaylağa gedənlərlə Gülçöhrə xalaya sifariş etdim ki, Mürüd əmi xəstələnib, təcili kəndə gəlsin.
7 Yanvar 2016
1520 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur